» » İşini vicdanla yerinə yetirən Nəbi İskəndərov rəhbərliyin etimadını daimi doğruldan insanlardandır

İşini vicdanla yerinə yetirən Nəbi İskəndərov rəhbərliyin etimadını daimi doğruldan insanlardandır

İşini vicdanla yerinə yetirən Nəbi İskəndərov rəhbərliyin etimadını daimi doğruldan insanlardandır
Gündəm / Təhsil
15:49, 16 апрель 2023
159
0

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Cəlilabad rayon Komitəsinin sədri Nəbi İskəndərov barədə bəhs edəcəyik. 

Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə, dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Cəlilabad rayon Komitəsinin sədri Nəbi İskəndərov ləyaqət nümunəsi təhsil rəhbərlərindən biridir.  
 Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir şəxs haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri bir insanı müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün təhsildə çalışanların böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala onun haqqında da belə düşünəcəkdik.   

Amması budur ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Cəlilabad rayon Komitəsinin sədri Nəbi İskəndərov vəzifəsini vicdanla yerinə yetirən biridir.
 Bütün deyilənləri, yazılanları kənara qoyaraq bir elin, obanın təəssübünü çəkən fədəkar bir insan kimi tanıdığımız Nəbi İskəndərov haqqında bəzən bədhaqları tərəfindən yayılan uydurmalar da olur ki, əslində bu insanda gülüş doğurur. Yalana bükülüb ləkə kimi atılanlara cavab olaraq gerçək olanı deyək: Bəri başdan deyirik ki, Nəbi İskəndərov təsəvvürünüzə gətirmədiyiniz dərəcədə zəngindir. Nəbi 
müəllimin saf, təmiz qəlbi var. Neyləsin ki, xalqına, el-obasına bu qədər bağlıdır. Nəbi müəllim rəhbər olduğu müəssisədə bir rəhbər kimi yox, tələbələrə bir ata kimi davranmağını, onların problemləri ilə yaxından tanış olub bir başa həllində öz əlindən gələn köməkliyini edir. O, cümlədən də müəllimlərin dərsə davamiyyətinin yüksək səviyyədə təmin edərək, tələbələrə elmin, təhsilin verilməsində, gənc nəslin savadlı və vətənpərvər ruhda böyüməsində mühüm rolu vardır. 
 Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən 
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Cəlilabad rayon Komitəsinin sədri Nəbi İskəndərov təhsil ocaqlarını müqəddəs bir məkan bilərək, həmişə yüksək pillələrdə mənafeyini qoruyub saxlayandırBəzi kütləvi informasiya vasitələrinin əməkdaşları araşdırma aparmadan işini vicdanla yerinə yetirən vətənpərvər bir ziyalı haqqında xoşagəlməz tənqidi mövzular dərc etməklə iş nüfuzuna xələl gətirirlər. Biz isə bunun tam əksi olaraq, araşdırmalarımız nəticəsində qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.
 Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Cəlilabad rayon Komitəsinin sədri Nəbi İskəndərovun Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Nəbi müəllimin fəaliyyətinin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.

Biz redaksiya olaraq Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Cəlilabad rayon Komitəsinin sədri Nəbi İskəndərova  işində uğurlar arzu edirik. Ömrünü elmə, təhsilə və gələcəyimiz olan gənclərimizi  savadlı böyüməsində həsr etdiyi üçün təşəkkürlərimizi bildiririk. 

yenixeber.info.az

Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxın