Azərbaycan Orta Dəhliz layihəsində söz sahibidir.
Gündəm / Siyasət
Bildiyimiz kimi, son dövrlər ölkəmiz çox böyük iqtisadi layihələrə imza atıb. Bu layihələrin uğurla həyata keçməsinin əsas amillərindən biri hakimiyyət - xalq birliyi səbəbindən mövcud olan sabitlikdir. Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasət nəticəsində yaranmışdır. Dövlət başçımızın uğurlu, müdrik siyasəti, peşəkar diplomatik bacarığı nəticəsində Azərbaycan bir çox dövlətlərlə iqtisadi, siyasi sahələrdə dost münasibətlər qurmuşdur ki, bunun da sayəsində ölkəmizin güclü dövlətə çevrilməsi reallaşmışdır.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin noyabrın 25-də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışı və bir sıra diplomatların, ekspertlərin, elm mərkəzlərinin nümayəndələrinin suallarına verdiyi qətiyyətli və açıq cavabları Ermənistan və onun havadarlarına, ümumiyyətlə dünya ictimaiyyətinə bir mesaj idi. Möhtərəm Prezidentimiz bildirdi ki, Azərbaycan coğrafi cəhətdən Avropanı Asiya ilə birləşdirən bir ərazidə yerləşir. İki qitənin dəmir yolu, avtomobil yolu ilə birləşdirilməsi istiqamətində Azərbaycan böyük infrastruktur layihələri reallaşdırmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə 5 il bundan öncə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropadan Asiyaya və əks istiqamətdə yük daşımalarının həcmi hər il artmaqdadır. Azərbaycan Şimal - Cənub, Şərq - Qərb nəqliyyat marşrutlarının mərkəzində yerləşir, ölkəmiz bu marşrut xəttlərini birləşdirən nəhəng bir logistika infrastrukturu yaratmışdır. Cənub Qaz Dəhlizinin tərkib hissələrindən olan TAP və TANAP qaz boru xətləri vasitəsilə artıq iki ilə yaxındır ki, Azərbaycan qazı Avropaya ixrac olunur. Yaxın illərdə Azərbaycandan Avropaya hər iki boru xətti vasitəsilə ixrac ediləcək qazın həcminin 2 dəfə artırılması üçün Azərbaycanla Avropa Komissiyası arasında bu ilin iyun ayında Anlaşma Memorandumu imzalanmışdır. Bununla da Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol daha yüksək səviyyəyə qaldırılacaq.
Xüsusulə qeyd edək ki, bu gün Azərbaycan iqtisadi cəhətdən qüdrətli dövlət olmaqla yanaşı, Silahl Qüvvələrimiz dünyanın ən güclü ordu sıralarında yer alır. Azərbaycan dünyanın bir çox dövlətləri ilə strateji müttəfiqlik haqqında müqavilə imzalamışdır. Bütün bu amillər Azərbaycanın beynəlxalq aləmdə öz təhlükəsizliyini təmin etməsi üçün həyata keçirdiyi çox mühüm addımlardır. Azərbaycana qarşı bir cəbhədə birləşən nə İran, nə də Ermənistan Azərbaycanın regionda həyata keçirəcəyi nəqliyyat - infrastruktur layihələrinə mane törədə bilməz. Ermənistan nə siyasi, nə də iqtisadi cəhətdən müstəqil, suveren bir dövlət deyil. Bu ölkənin ərazisindən heç bir beynəlxalq nəqliyyat xətti keçmir. Ümumiyyətlə, Ermənistanın nəqliyyat şəbəkəsi özünəməxsus deyil. Bu ölkənin nəqliyyat sektoru Rusiyaya məxsusdur. Bu gün Orta Dəhlizin bir hissəsi olan Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələri Azərbaycan Rusiya ilə aparır.
Cənab Prezident bildirdi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni mərhələyə qədəm qoymuşdur. Bu gün Avropa İttifaqı ölkəmizin çox mühüm tərəfdaşıdır. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında vasitəçilik missiyasını həyata keçirmək istəyən Minsk qrupu artıq mövcud deyil və dəfn olunmuş qurumdur. Azərbaycan bu missiyanı öz üzərinə götürmüş Avropa İttifaqının səylərini yüksək qiymətləndirir. Brüsseldə Avropa Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə bir neçə dəfə Azərbaycanla Ermənistan arasında səmərəli görüşlər keçirilmişdir. Oktyabrın 6-da Praqada Avropa İttifaqı və Fransa Prezidentinin iştirakı ilə dördtərəfli görüş keçirildi. Həmin görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan etdi. Lakin həmin görüşdən bir həftə keçməmiş Fransa Prezidenti Makron Azərbaycana qarşı qərəzli bəyanatla çıxış etmişdir. Bundan sonra Fransa Senatı da Azərbaycana qarşı qərəzli, böhtan xarakterli qərar qəbul etdi. Fransa işğalçılıq siyasəti həyata keçirən Ermənistanın mövqeyini müdafiə etdiyinə görə heç bir halda vasitəçilik mövqeyindən çıxış edə bilməz. Minsk qrupunun həmsədrlərindən olan nə Rusiya, nə də ABŞ rəsmən bu günə qədər tərəf tutmamışlar. Dekabrın 7-də Brüsseldə keçirilməli olan növbəti görüşdə Paşinyan Makronun iştirak etməyəcəyi təqdirdə görüşə qatılmayacağını bildirmişdi. Bu, bir daha Paşinyanın acizliyinin, sərbəst qərar qəbul etmək iqtidarında olmadığının nümunəsidir. Fransa ancaq Ermənistanın maraqlarını müdafiə etdiyi üçün özü vasitəçilik missiyasının üstündən xətt çəkmiş oldu. Məhz Fransa və Ermənistanın təxribat dolu hərəkətləri səbəbindən dekabrın 7-də keçirilməsi nəzərdə tutulan görüş baş tutmayacaq.
Artıq Ermənistanın sülh sazişini imzalamaması üçün vaxt uzatmaq hiyləsi hər kəsə məlum oldu. Fransa və Ermənistan eyni bir siyasəti - işğalçılıq siyasəti həyata keçirən dövlətlərdir. Fransanın Afrika dövlətlərində həyata keçirdiyi işğalçılıq, xalqlara qarşı soyqırım siyasəti bütün dünyaya məlumdur. Bu gün Fransanın Afrikadakı mövqeləri getdikcə zəifləyir. Makron Cənubi Qafqazda Fransanın maraqlarını həyata keçirməyə çalışır. Bu məqsədlə Fransa Prezidenti Ermənistandan bir alət kimi istifadə edir. Fransa vətəndaşları arasında da Makron nüfuzunu itirməkdədir. Sadə vətəndaşları tərəfindən sillələnən, pomidor və yumurta atəşinə tutulan Makronun naşı bir siyasətçi olması göz qabağındadır. Azərbaycan isə hər gün inkişaf edən güclü bir dövlətdir və onun bütün dünya liderlərinin hörmət bəslədiyi İlham Əliyev kimi bir lideri var.
Tədbirdə Prezident İlham Əliyevin İrandakı soydaşlarımıza qarşı edilən haqsızlıqlar barədəki fikirləri hər bir azərbaycanlı tərəfindən böyük rəğbətlə qarşılandı, eləcə də bu gün İranda Azərbaycana və azərbaycanlılara qarşı olan qüvvələrə bir mesaj oldu. Bu gün İranda yaşayan 35 milyondan çox azərbaycanlıların ana dilində bir dənə də olsun məktəbi yoxdur. Burada azərbaycanlılar Azərbaycan dilini ancaq məişət səviyyəsində öyrənirlər. İranda bir ovuc ermənilər üçün erməni dilində məktəb açmalarına hər cür şərait yaradıblar. Azərbaycan dövləti İranda yaşayan azərbaycanlıların dünyəvi inkişafını təmin etmək üçün bütün vasitələrdən istifadə edəcək. Azərbaycan bütün dövlətlərlə, o cümlədən, region dövlətləri ilə yanaşı Ermənistanla da sülh, əmin-amanlıq və mehriban qonşuluq şəraitində yaşamaq niyyətindədir.
Ən əsası, Prezident İlham Əliyev bir daha Azərbaycanın güclü və qüdrətli bir dövlət, Azərbaycan xalqının isə sülhsevər bir xalq olduğunu bütün dünyaya nümayiş etdirdi.
İlkin Məmmədov,
YAP Göygöl rayon təşkilatı üzrə Qızılqaya qəsəbə ərazi partiya təşkilatının sədr müavini
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər:
Həmçinin oxuyun:
Əhməd Əhmədzadə: Azərbaycan dünyaya sülh, təhlükəsizlik və əməkdaşlıq çağırışlarını edir
Namizəd İsmayılov: Yeni Azərbaycan Partiyasının Müasir Azərbaycanın tərəqqisində rolu
“İRANDA ÖLÜM-QALIM SAVAŞI OLACAQ...” – “Rejimin sınma nöqtəsi azərbaycanlılardan asılıdır”
“İRANLA AZƏRBAYCAN ARASINDA GƏRGİNLİK ARTACAQ, MÜNASİBƏTLƏR KƏSKİNLƏŞƏCƏK...” - “Bu addımları atsaq, Tehran rejimi Azərbaycana heç nə edə bilməz...”
Soçidə daha çox Rusiyanın taleyi həll olundu... - NƏ BAŞ VERİR?