» » Namizəd İsmayılov: Yeni Azərbaycan Partiyasının Müasir Azərbaycanın tərəqqisində rolu

Namizəd İsmayılov: Yeni Azərbaycan Partiyasının Müasir Azərbaycanın tərəqqisində rolu

Namizəd İsmayılov: Yeni Azərbaycan Partiyasının Müasir Azərbaycanın tərəqqisində rolu
Gündəm / Siyasət
12:57, 24 ноябрь 2022
142
0
Olduqca qürurverici haldır ki, partiyamızın yubileyini qaləbələrlə,  zəfərlərlə dolu zəngin bir tarixi reallıqlar müstəvisində qeyd etdik. Noyabr ayı xalqımız ücün uğurlu ay kimi, bayramlar ayı kimi yaddaşlarda əbədi həkk olunacaqdır!

Bu məqamda tarixə qısa bir ekskursiya etməyi özümə borc bilirəm. Bəli, düz 30 il bundan öncə, yenicə müstəqillik əldə etmiş respublikamızda olduqca əlamətdar hadisə baş verdi. Noyabrın 21-də Ümummilli lider,  ulu öndər Heydər Əliyevin rəhbərliyi və sədrliyi ilə Naxçıvanda xalqın təkidli tələbılə  respubilkanın müxtəlif bölgələrindən olan 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Bu, doğrudan da tarixi hadisə idi. Bu o zamanlar idi ki, ölkəmiz daxili və xarici güclərin çox böyük təhdidlərinə məruz qalmış, dövlət müstəqilliyimiz itirilmək təhlükəsi ilə üzləşmişdi. Müharibə şəraiti, ölkədə baş alıb gedən xaos, anarxiya,  cəbhədə hərbi uğursuzluqlar Azərbaycan xalqının iradəsini demək olar ki, tamamilə sarsıtmışdı. 1992-ci ilin mayında Şuşa və Laçının işğala məruz qalması əlbəttə ki, çox böyük faciə idi. O zamanki iqtidarın yarıtmaz siyasəti,şəriştəsiz idarəçiliyi, ölkəni daha da acınacaqlı bir vəziyyətə gətirib çıxarmışdı. Məhz belə  ağır və acınacaqlı bir zamanda dövlətinə və xalqına sadiq olan insanlar, xüsusilə ziyalılar , məşur 91- lər , ulu öndər Heydər Əliyevin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təkidlə tələb etdilər. Yarandığı gündən etibarən qısa bir zaman kəsiyində Yeni Azərbaycan Partiyası dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə ümumxalq partiyasına çevrildi və bu günə qədər partiyamız çox böyük, şərəfli və uğurlu tarixi yol keçmişdir.

Xalqın tələbi və böyük istəyi ilə hakimiyyətə gələn Ulu Öndər qısa müddət ərzində vəziyyəti sabitləşdirdi və ölkəmiz inkişaf yoluna qədəm qoydu. O ildən bu günə qədər Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedir. İlk öncə ölkədə böyük infrastruktur layihələr reallaşdırıldı,  xarici investorlar dəvət edildi və nəticə etibarilə iqtisadi sahədə böyük uğurlar əldə edildi.  Qısa bir zaman kəsiyində Azərbaycan dünya miqyasında böyük siyasi-iqtisadi nüfuza malik olan ölkəyə çevrildi. Ölkəmiz başda BMT  olmaqla əksər beynəlxalq qurumlarda təmsil olundu və bu gün Azərbaycan dünyada gedən qlobal məsələlərin həllində fəal rol oynayan, dünya çapında inkişaf etmiş ölkələr arasında xüsusi yeri olan qüdrətli, müzəffər bir dövlətə cevrilmişdir

Ümumiyyətlə, tarixi reallıqlar göstərir ki, Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir.  Səmərəli fəaliyyəti ilə  ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanıb. Ulu Öndər Heydər Əliyevin 1993-2003-cü illərdə hakimiyyəti dövründə Azərbaycanda elə bir sahə olmadı ki, diqqətdən kənarda qalsın. Bir zamanlar xəyal edilən nəhəng iqtisadi layihələr həyata keçirildi. Heydər Əliyevin siyasi iradəsi və peşəkar diplomatik fəaliyyəti sayəsində “Əsrin müqaviləsi” imzalandı, eləcə də Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşdı. Dövlət və ordu quruculuğu sahəsində ciddi addımlar atıldı. Azərbaycan beynəlxalq arenaya çıxdı. Xarici ölkələr, beynəlxalq təşkilatlar, məhz ulu öndərin siyasi nüfuzuna arxalanaraq müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığa başladılar.


Ümummilli lider Azərbaycanın müstəqil və suveren dövlət kimi fəaliyyətini təmin edən kursu hazırladı və onu həyata keçirməyin bütün incə yollarını layiqli davamçısı İlham Əliyevə miras qoyub getdi.


Namizəd İsmayılov: Yeni Azərbaycan Partiyasının Müasir Azərbaycanın tərəqqisində rolu


Bu gün Ümummilli liderin ideyalarını uğurla davam etdirən Cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Bu üzvlərin böyük əksəriyyəti gənclərdir ki, onlar da Azərbaycanın tarixi zəfərinin qazanılmasında müstəsna rol oynadılar. Əsası, məhz ulu öndər tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti yekunda öz müsbət nəticəsini verdi. İki il öncə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoydu, xalqımız adını əbədi olaraq tarixə qalib xalq kimi yazdırdı.

2003-cü ildən başlayaraq müstəqil Azərbaycan Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bir çox uğurlara imza atmış, sosial-iqtisadi inkişaf yolunda mühüm nailiyyətlər əldə etmişdir. Cənab Prezident İlham Əliyevin elə birinci prezidentliyi dövründə sürətləndirilən iqtisadi islahatlar və həyata keçirilən iqtisadi inkişaf proqramları nəticəsində bütün parametrlər üzrə Azərbaycan keçid dövrünü uğurla başa vurmuşdur. Bu, Cənab Prezidentin özünün də qeyd etdiyi kimi, məhz bazar iqtisadiyyatına sadiqliyin və inamın nəticəsində mümkün olmuşdur. 2003-cü ildə ölkədə ÜDM-in 73 faizi özəl sektor tərəfindən istehsal edilirdisə, indi bu rəqəm 80 faizi ötmüşdür.

Azərbaycan “aşağı gəlirli ölkələr” sırasından “yuxarı gəlirli ölkələr” sırasına yüksəlmişdir. 2004-cü ildə Respublikamızda adambaşına düşən ÜDM müstəqil ölkənin iqtisadi tarixində ilk dəfə olaraq 1000 dollarlıq həddi keçmişdir. 2003-cü ildə Azərbaycanda adambaşına düşən ÜDM 888,6 dollar olduğu halda, hazırda bu rəqəm  4214,3 dollara yüksəlmişdir. Göründüyü kimi, Cənab Prezident İlham Əliyevin iqtidarı dönəmində ölkədə  adambaşına düşən ÜDM təxminən 5 dəfəyə qədər artmışdır ki, bu da ölkədə artan iqtisadi rifahı göstərən mühüm göstəricidir.

Cənab Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin inkişafı və güclənməsi istiqamətində gördüyü işlərin ən böyük nəticəsi isə heç şübhəsiz ki, Qarabağın düşmən tapdağından azad edilməsi və bu torpaqlarda yenidənqurma və bərpa işlərinə sürətlə start verilməsidir. Qarabağ zəfəri, Azərbaycanın iqtisadi inkişafı, ölkə başçısının dövlət və ordu quruculuğu sahəsində illərdir apardığı siyasətin məntiqi nəticəsidir. Azərbaycan 2020-ci il tarixində qısa bir zaman ərzində böyük bir qələbəyə imza ataraq öz gücünü bütün dünyaya sübut etmişdir. Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi ilə Azərbaycan 30 il yaşadığı məcburi köçkün problemini həll etmiş, iqtisadi dövriyyədən kənarda qalan 20 faiz torpaqlarından istifadə imkanı qazanmışdır. Bütövlükdə Cənubi Qafqazın, xüsusən də Azərbaycanın dünyadakı “münaqişəli” bölgə imicinin tədricən aradan qalxması regionun iqtisadi cəlbediciliyini ciddi şəkildə artırmış oldu.

44 günlükVətən müharibəsi zamanı hər daim Azərbaycanının yanında olan qardaş Türkiyə dövləti ilə bir çox istiqamətlərdə yeni əməkdaşlıq sazişləri bağlanmışdır. Dərinləşən bu əməkdaşlıq Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyədə öz təsdiqini tapmışdır. Beləliklə Naxçıvanı bir-birinə bağlayan Zəngəzur dəhlizinin qurulması ilə Türkiyənin Azərbaycanla quru yolu ilə əlaqəsi reallığa çevriləcək.

Hazırda Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan cəmiyyəti “Böyük qayıdış” üçün çox böyük hazırlıq işləri görür. Cənab Prezidentin son vaxtlar bu sahədə qəbul etdiyi qərarlar onun həmişə olduğu kimi, bu dəfə də sistemli və koordinasiyalı yanaşmaya üstünlük verdiyini göstərir. İlk növbədə Prezidentin 24 noyabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz  məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılmışdır. İlkin infrastrukturun qurulması istiqamətində atılan önəmli addımlara 45 kilometrlik Bərdə-Ağdam dəmir yolu xəttinin, Füzuli-Şuşa Avtomobil yolunun və Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarının tikintisini və s. göstərmək olar. “Böyük qayıdış”a hazırlıq prosesi çərçivəsində atılan növbəti mühüm addım bu ərazilərdə yeni idarəetmə institutunun - Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin yaradılmasıdır.

Eyni zamanda Cənab Prezident tərəfindən digər sahələrdə olduğu kimi dövlət və hökümət sturukturlarında yeni  islahatlar aparılmışdır.

Yeni dövrün yeni reallıqlarına uyğun olaraq Cənab Prezident  İlham Əliyev tərəfindən ölkənin siyasi sistemindədə islahatlar aparılması çərcivəsində Yeni Azərbaycan  Partiyasının VII qurultayını cağırılaraq partiyanın fəaliyyətində bir cıra islahatlar aparmışdır.

Yeni idarə heyyəti yaradıldı, Veteranlar şurası yaradıldı , Partiyanın daha çevik fəaliyyətini təmin etməsi ücün Mərkəzi Aparat yaradılaraq, onun yeni şöbələrini təkmilləşdirilməsi həyata keçirildi. Mərkəzi Aparata yeni rəhbər-Cənab Tahir Budaqov təyin olundu.

Bu gun hər bir rayon təşkilatına yeni sədr İdarə Heyətinin  qərarı ilə Aparatın rəhbərinin əmri ilə təyin edilibdir. Sədr yalnız bir yerdə çalışmalıdır. Hər bir rayon və şəhərlərdə işlək və yüksək əməkhaqqı ilə təmin edilmiş, maddi- texniki təminatı ilə təchiz edilmiş, partiya aparatı fəaliyyət göstərir. İlk dəfə olaraq YAP rayon təşkilatları avtomobillərlə təmin edilmişdir.

Demək olar ki YAP da bu gün özünün Azərbaycan cəmiyyətində inkişaf dövrünü- intibah dövrünü yaşayır və təşkilatlanır.

Sözsüz ki burada da Cənab Sədr İlham  Əliyevin diqqət qayğısı və Mərkəzi Aparatın rəhbəri Cənab Tahir Budaqovun, Mərkəzi Aparatın gərgin əməyinin, işin düzgün təşkilinin və tələbkarlıgının nəticəsindədir.

YAP Qardag rayon təşkilatının üzvü olaraq bizlər də üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün ötən dövr ərzində bütün imkanlarımızı səfərbər etmişik. 


Bu məqamda xüsusilə qeyd etməyi özümə borc bilirəm ki, Cənab Prezident  İlham Əliyevin ömür-gün yoldaşı və ən yaxın silahdaşı olan Azərbaycan Respublikasının Birinci vitse prezidenti, Heydər Əliyev Fondunun sədri və Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyeva öz növbəsində ölkəmizin hərtərəfli tərəqqisi istiqamətində görülən işlərə tövhələr verir. O, doğma vətənin ən böyük təəssübkeşlərindən biri, xalqımızın xoşbəxt gələcəyinə hesablanan bir çox layihələrin müəllifi olmaqla yanaşı, birinci xanım adını şərəflə daşıyır, dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim etməkdədir.

Eyni zamanda  müsəlman qadınının stereotiplərin qıraraq özünün ağıllı, savadlı, müasir dünyagörüşlü, eleqant, yüksək siyasi baxışlara malik, hər birimizin qürur mənbəyinə cevrilmiş əsl güclü siyasətci-qadın obrazını dünyaya təqdim etmişdir.

Bir daha əminliklə demək istəyirəm ki,  ümummilli lider, ulu öndər Heydər Əliyevin ideya və arzuları yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyənində əbədiyyətə qədər yaşayacaq, qoyub getdiyi böyük əməlləri hər daim bizlərə örnək olacaqdır. Daima inkişaf edən, yeni tarixi qalibiyyətlərlə zəngin ana vətənimiz Azərbaycan Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Yeni Azərbaycan Partiyanın Sədri, Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək!


Namizəd İsmayılov,
Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi.
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxın