» » Möhübbət Səmədov: "Türkiyənin sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir"

Möhübbət Səmədov: "Türkiyənin sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir"

Möhübbət Səmədov: "Türkiyənin sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir"
Siyasət
16:33, 17 февраль 2023
94
0
Qardaş Türkiyəyə yardıma dövlətimizlə yanaşı vətəndaşlar, vəzifəli şəxslər və iş adamları da qoşulub. İlk edilən yardımlardan biri də Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktoru Möhübbət Səmədov edib. Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni, kimi yorğan, kimi döşək, kimi gödəkcə, kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktoru Möhübbət Səmədov Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi fonduna maddi yardım göndərib.

Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktoru Möhübbət Səmədov 44 günlük Vətən müharibəsində də istər orduya, hərbçilərimizə, istər şəhid ailələri və qazilərə etdiyi yardımları ilə xatırlanır.

“Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir”
...Ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktoru Möhübbət Səmədovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, təşkilatcı rəhbər olan Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktoru Möhübbət Səmədovdur.
Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktoru Möhübbət Səmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Möhübbət müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana redasiya olaraq biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, xalqa, el-obaya tanıdaq.

Möhübbət Səmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır! Ona etibar edilən bütün işlərdə Möhübbət Səmədov özünü əsl məmur kimi yüksək səviyyədə dogruldub.

Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktoru Möhübbət Səmədov deyir:

- Fevralın 6-da dost, qardaş Türkiyədə baş verən təbii fəlakət Azərbaycanı da sarsıtdı. Bu dəhşətli faciə nəticəsində on minlərlə insan həyatını itirdi, yaralandı və dağıntılar altında qaldı. Zəlzələnin nəticələri hər birimizin kədərinə çevrildi. Xalqlarımız bu ağır gündə bir daha həmrəylik nümayiş etdirdilər. Zəlzələ baş verdiyi ilk saatlardan Azərbaycan dövləti və xalqı qardaş ölkənin kədərinə şərik oldu. Prezident İlham Əliyev fevralın 8-də Türkiyənin ölkəmizdəki səfirliyində oldu və bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirdi.

Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı sözdə deyil, əməldədir. Dünya hər zaman bu birliyin, həmrəyliyin şahididir. Bu fikir beynəlxalq səviyyədə də təsdiqlənir ki, Azərbaycan və Tükiyə qədər dünyada biri-birinə yaxın ölkələr yoxdur. 44 günlük İkinci Qarabağ müharibəsində “Azərbaycan tək deyil” çağırışını edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sonadək ölkəmizə mənəvi və siyasi dəstəyini əsirgəmədi. 44 günün hər anını xalqımızla birgə yaşayan Türkiyə xalqı tarixi Zəfərimizin sevincini də eyni şəkildə yaşadı, bundan böyük qürur hissi keçirdi.

Bu qardaşlığa şahidlik edən illərə nəzər salarkən bir daha böyük öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “Bir millət, iki dövlətik” fikirlərinin reallıqda əksini tapdığını görürük. Azərbaycan dövləti, xalqı da daim bu çağırışı edir ki, Türkiyənin sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir.

Türkiyədə baş verən dəhşətli zəlzələ bu kədərin də birgə yaşandığını göstərir. Dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə uyğun olaraq atılan addımlar göz qabağındadır. Cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın çağırışlarını yüksək səviyyədə dəyərləndirən xalqımız səfərbər oldu, qardaş ölkəyə yardımlarda fəal iştirak edir. Günümüzün əsas çağırışı budur: “Qardaş Türkiyə, yanındayıq!”

Bütün Azərbaycan xalqı könüllü olaraq qardaş ölkəyə dəstək olur. Bir daha sübut olunur ki, təkcə dövlətlərarası, dövlət başçıları deyil, sadə insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir. Türkiyə-Azərbaycan bir yumruq, bir ürək, bir candır. Türkiyə və Azərbaycan dövləti, xalqı belə görür və hər zaman da belə olacaq.


Yenixeber.info.az
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxın