Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub-Fotolar
---

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfər tarixi” tədbiri keçirilib.
aia.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfederasiya sədrinin müavini Musa Mirzəyev çıxışında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan misilsiz Qələbədən, Ordumuzun Vətən müharibəsində keçdiyi şanlı döyüş yolundan danışıb.
Vurğulanıb ki, Zəfərimiz dövlətimizin gücünü və xalqımızın iradəsini bütün dünyaya bir daha nümayiş etdirməklə yanaşı, gələcək nəsillər üçün də əsl vətənpərvərlik, birlik və mübarizlik nümunəsidir. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, həyatın yenidən canlanması qazanılmış Qələbənin yaratdığı imkanların real nəticəsidir.
Akademiyanın rektor vəzifəsini icra edən Fərid Babayev çıxışında qazanılmış parlaq Qələbədən, xalqımızın tarixində əhəmiyyətindən söz açıb, bu möhtəşəm Zəfərin Vətən sevgisinin, milli birliyin və ədalətin təntənəsi olduğunu, sarsılmaz iradəni və qəhrəmanlığı təcəssüm etdirdiyini diqqətə çatdırıb.
Tədbir Akademiyanın tələbələrinin təqdimatında “Hədəfdə Zəfər” bədii kompozisiyası ilə davam edib. Kompozisiyada Azərbaycanın şanlı Zəfər tarixi, Vətən müharibəsində xalqımızın birliyi və qəhrəmanlığı, şəhidlərimizin əziz xatirəsi bədii ifadəsini tapıb.
Qeyd edək ki, Konfederasiyanın Zəfər Gününə həsr olunmuş tədbirlər proqramı çərçivəsində AHİK-in, üzv və tabe təşkilatların əməkdaşları parlaq Qələbə ilə başa çatan Vətən müharibəsindən bəhs edən “44” bədii filmini də izləyiblər.













Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər:
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub-Fotolar
Həzrət-Əli Temirov: Zəfər salnaməsi: xalq-Lider birliyinin təntənəsi
Mustafa müəllim – Göyçayda Halal Zəhməti, İşgüzarlığı və Keyfiyyətə Bağlılığı ilə Seçilən Sahibkar
Professor Bəyalı Ataşov – Azərbaycan İqtisad Elminin İnkişafında Dərin İz Qoyan Görkəmli Ziyalı
Bəxtiyar müəllim – Masazırda Quruculuq Əzmi, Halal Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar
Həmçinin oxuyun:
Eldar Əzizov: “Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
İslam İsmayılov : Zəfər zirvəsinə yüksələn qəhrəmanlar
Hacı Fərəc müəllim: Əldə olunmuş bu tarixi nəaliyyətlər Ali Baş Komandan İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı və zərgər dəqiqliyi ilə qurub-yaratdığı hərbi-siyasi xarakterli müdrik strateji gedişlərin əməli nəticəsidir
Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin təşəbbüsü ilə "Unutmadıq, unutmarıq" adlı tədbir keçirilib
Azərbaycan Orta Dəhliz layihəsində söz sahibidir.
