Fərahim müəllim: YAP gələcəyə inamla addımlayır
Siyasət
Fərahim müəllim - Cəmiyyətin avanqard qüvvəsi olan, ölkəmizdə gedən bütün proseslərin mərkəzində dayanan Yeni Azərbaycan Partiyasının yaradılmasının 32 ili tamam olur. Hər bir əlamətdar tarix, ölkəmizin həyatında dönüş nöqtəsi kimi dəyərləndirilən gün daim keçilən yola nəzər salmağı bir zərurət kimi qarşıya qoyur. İllər keçdikcə baş verən hadisələrin mahiyyəti, bugünümüz üçün əhəmiyyəti daha aydın görünür, xalqımız tərəfindən yüksək dəyərləndirilir. Bu günümüzün uğurlarının düzgün dəyərləndirilməsi üçün müstəqilliyimizin bərpasının ilk illərinə nəzər salmaq kifayətdir. Azərbaycan ən çətin günlərini yaşadı. Ölkədə vəziyyət olduqca açınacaqlı idi. Dövlətimizin başçısı İLham Əliyev ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasını şərtləndirən amillərdən bəhs edərkən həmin dövrü belə xarakterizə edir: “Yeni Azərbaycan Partiyasının yaradılması zərurət idi…Cəsarətli, qorxmaz insanlar açıq-aydın görürdülər ki, təzə-təzə müstəqilliyə qovuşmuş gənc ölkəmiz böyük fəlakətlə üz-üzədir və artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter almışdır. Hərbi məğlubiyyət, eyni zamanda, daxili böhranla tamamlanır. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdur… Belə olan vəziyyətdə ölkə necə inkişaf edə bilərdi?! Bizim torpaqlarımız əldən gedirdi, ərazi bütövlüyümüz pozulmuşdu, Ermənistandan 300 mindən çox azərbaycanlı qovulmuşdu, Dağlıq Qarabağdan bütün azərbaycanlılar qovulmuşdu, Şuşa və Laçın işğal altına düşmüşdü, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaranmışdı, qaçqınlar, köçkünlər yaranmışdı və gələcək üçün, bu vəziyyəti dəyişdirmək üçün heç bir əsas yox idi. Kim bu vəziyyəti dəyişdirəcəkdi? O vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü ancaq öz maraqlarını güdürdü… Belə insanlara xalq tərəfindən inam ola bilərdimi?”
Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yarandı. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.
Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirildi. Həmin vaxtdan ötən 32 il partiyanın tarixini uğurlarla, qələbələrlə zənginləşdirdi. Yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanan YAP dünənin, bu günün və gələcəyin partiyası olduğunu atdığı addımları ilə təsdiqləyir. Xalqın partiyaya inamı və etimadı böyükdür. Bunu ölkəmizdə keçirilən seçki prosesləri də təsdiqləyir. Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi Yeni Azərbaycan Partiyası gələcəyə inamla addımlayır. Yeni-yeni hədəflər davamlı uğurlara yol açır.
Artıq dörd ildirdir tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Ötən ilin sentyabrında isə suverenliyimizi tam bərpa etməklə Azərbaycan yeni dövrə qədəm qoydu. Bu zəfərlərimiz birliyimizin, həmrəyliyimizin dünyaya təqdimatı oldu. Bu birlik sayəsində torpaqlarımızı işğaldan necə azad etdiksə, hazırda bu torpaqlarda genişmiqyası bərpa-quruculuq işlərini də davam etdiririk. 2021-ci ildə tarixi Zəfərimizin reallıqları əsasında Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirildi. BU qurultayda Prezident, YAP Sədri cənab İlham Əliyev müasir dövrün çağırışları əsasında yeni Proqramın hazırlanması tapşırığını verdi. Yeni Proqram hazırlandı və həmin ilin dekabr ayında təsdiqləndi. Artıq üç ilə yaxındır ki, YAP yeni Proqramdan irəli gələn vəzifələri “Biz birlikdə güclüyük!” şüarı altında uğurla icra edir. Yeni Azərbaycan Partiyasının yeni Proqramında da postmünaqişə dövrünün reallıqları öz əksini tapıb. Böyük Qayıdış proqramının uğurlu icrasına dəstək partyanın Proqramında xüsusi yer alıb.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2030-cu ilədək dövr üçün ölkəmizin sosial-iqtisadi inkişafına dair Milli Prioritetlərin təsdiqlənməsi, Fərmanı əsasında iqtisadi rayonların bölgüsünün yenidən aparılması bu ərazilərimizin inkişaf etdirilməsində hüquqi bazadır. İşğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işlərini həyata keçirmək, soydaşlarımızın tam şəkildə Böyük Qayıdışını təmin etmək üçün bütün imkanlarımız mövcuddur. Reallıq budur ki, ölkə Prezidenti İlham Əliyev yeni dövrün tələblərinə uyğun olaraq idarəçilik sistemini təkmilləşdirir. Bu mənada Azərbaycanın inkişaf modeli nümunə göstərilir. İqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması fonunda Azərbaycanın hərtərəfli inkişafına yönələn kompleks tədbirlər həyata keçirilir. Aparılan kompleks islahatlar ölkəmizə dünyada ən islahatçı ölkə imicini qazandırıb. Bu islahatlar prosesində Yeni Azərbaycan Partiyasının fəal iştirakı göz qabağındadır. Əsas hədəf Azərbaycanı daha qüdrətli, güclü görmək, xalqın yüksək rifahını təmin etməkdir.
32 illik yola qısa baxış bu reallığın təsdiqidir ki, partiya qarşısına qoyduğu hər bir hədəfə zamanında nail olub. Bu isə öz növbəsində yeni hədəflərin müəyyənləşdirilməsinə yol açır. Möhtəşəm Zəfərimiz bütün sahələrdə təkmilləşməni bir zərurət kimi qarşıya qoyub. Yeni Azərbaycan Partiyasının siyasi sistemin təkmilləşdirilməsində rolu inkredilməzdir. Dövlət başçısı İlham Əliyevin bu çağırışı bütün dövrlərdə atılan addımların əsas mahiyyətini təşkil edir. Belə ki, cənab İlham Əliyev daim bildirir ki, əldə edilən uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq. Yeni Azərbaycan Partiyasının üzvləri Ulu Öndərin dünənimizin, bugünümüzün və gələcəyimizin əsası olan ideyalarını təbliğ edir, Prezident, YAP Sədri İlham Əliyevin ətrafında sıx birləşərək yeni Proqramdan irəli gələn vəzifələrin yüksək səviyyədə icrasına çalışırlar. 32 illiyini möhtəşəm uğurları ilə qeyd edən partiyamız gələcəyə daha böyük inamla addımlayır.
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər:
Həmçinin oxuyun:
Şəhriyar Mustafayev: YAP-a xalqın etimadı böyükdür
Eldar Quliyev: “Heydər Əliyev İli başa çatsa da, Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək”
Fərəc müəllim: Ali diqqətin təzahürü
İslam İsmayılov : Zəfər zirvəsinə yüksələn qəhrəmanlar
Namizəd İsmayılov: Yeni Azərbaycan Partiyasının Müasir Azərbaycanın tərəqqisində rolu