Cəsarət Qasımov: Qarşıya qoyulan bütün məqsədlərə nail olacağıq
Siyasət
Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Cəsarət Qasımov - Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə və işğal siyasətinə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı.
2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad olundu.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı.
Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alındı.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən qeyd edilir. Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.
27 sentyabra qədər olan dövr xalqımız üçün çətin və mürəkkəb oldu. Xalqımız çox əziyyətlər çəkdi, ancaq sınmadı, əyilmədi. Biz müharibədə təkcə Ermənistana yox bütün zalimlərə qalib gəldik. Azərbaycan xalqının böyüklüyünü bütün dünyaya nümayiş etdirdik.
Xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlılar hər gün döyüşləri izləyir və Azərbaycanın uğurlarına sevinirdilər. Xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlının ürəyi 44 gün ərzində tarixi Vətəni ilə bir döyünürdü.
1905, 1918 və 1988-ci illərdə də ermənilər bu cür cinayətləri müxtəlif formalarda törətmişdilər. Məşhur bir ifadə var: “Tarix təkrarlanır”. Bəzən tarix o zaman təkrarlanır ki, ondan nəticə çıxarılmır. Bu anım gününün təsis olunması və hər il qeyd olunması bu vəhşiliklərin və təxribatların unudulmaması baxımından xüsusi əhəmiyyət daşıyır.
30 il ərzində Ermənistan işğalçı siyasətini davam etdirməkdən, ərazilərimizdə təxribatlar törətməkdən əl çəkmədi.
30 il ərzində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Torpaqlarımızın işğalı azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmişdir.
Azərbaycan xalqı işğalla heç zaman barışmadı. 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirdi. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmadı, erməni siyasətçiləri xalqımıza qarşı aşağılayacı və təxribatçı bəyanatlar verdi.
2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur.
Məhz bu cür təxribatlar Azərbaycan xalqının səbir kasasını doldurdu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir.
Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. 44 gün ərzində bizə ən böyük dəstək verən ölkə qardaş Türkiyə olmuşdur. Qardaş Türkiyə və qardaş türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldular, Azərbaycana öz dəstəyini göstərdilər.
Vətən müharibəsi dövründə, eləcə də ondan əvvəlki dövrdə Türkiyə daim Azərbaycanın yanında oldu. Ölkəmizə həm siyasi, həm də mənəvi dəstək göstərdi. Türkiyə rəsmiləri dəfələrlə Azərbaycana səfər edərək ciddi dəstəklərini ifadə etdilər. Azərbaycan bu dəstəyi yüksək qiymətləndirir və heç zaman unutmaycaq.
2020-ci ildən bu günə qədər olan dövrdə Azərbaycan keçmiş münaqişənin dinc yolla həll olunması üçün çox çalışdı. Dəfələrlə müxtəlif platformalarda görüşlər keçirildi, bəyanatlar verildi.
Ötən dövrdə Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri dəqiq yerinə yetirdi. Ermənistan isə davamlı olaraq sülh təşəbbüslərinə mane oldu, Azərbaycana qarşı təxribatlar törətdi, mina xəritələrini təqdim etmək əvəzinə, ərazilərimizdə yeni minalar basdırdı.
Ermənilər müxtəlif bəhanələr gətirərək həmin xəritələri Azərbaycana verməkdən imtina edir, daha çox azərbaycanlının bu minalar nəticəsində həyatlarını itirmələrinə nail olmağa çalışırdılar. Ancaq onların bu arzusu Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, diplomatik səylər nəticəsində iflasa uğradı. Azərbaycan zamanla qarşısına qoyduğu bütün məqsədlərə nail olacaq. Baş verən son hadisələr bu fikri bir daha təsdiq edir.
Xəritələrin əldə edilməsi işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin sürətlə aparılmasına şərait yaradacaq. Artıq bölgədə ciddi quruculuq işlərinə başlanılıb. Qısa müddətdə bu ərazilərdə həyat öz axarına qayıdacaq.
Eyni zamanda, minaların xəritəsinin Azərbaycana verilməsi onların aşkarlanması üçün sərf olunan xərclərin azaldılmasına gətirib çıxaracaq. Burada ən vacib məsələlərdən biri də xəritələrin əldə edilməsinin insan itkisinin qarşısının alınmasında əhəmiyyətli rol oynamasıdır.
Fikirlərimin sonunda bir daha qeyd etmək istəyirəm ki, biz bir xalq olaraq, ölkə olaraq bundan sonra da bir olmalı, növbəti erməni təxribatlarına hazır olmalı və dərhal onun qarşısını birlikdə almalı, şəhidlərimizin canı, qazilərimizin qanı bahasına azad olunan torpaqlarımızda yeni həyat qurmaq üçün əlimizdən gələni əsirgəməməli, bir vətəndaş olaraq üzərimizə düşən missiyanın öhdəsindən layiqincə gəlməliyik.
Cənab Prezidentimizin də dediyi kimi: “Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib”.
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər:
Həmçinin oxuyun:
Qara Abdullayev: Tarix yazan qəhrəmanlar...
Elxan Allahverdiyev rayon sakinlərinin müraciətlərini dinlənilərək onlar tərəfindən qaldırılan məsələlərin qanunamüvafiq qaydada həlli ilə əlaqədar aidiyyəti üzrə konkret tapşırıqlar verir
Milli həmrəyliyin Zəfər təntənəsi
Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin təşəbbüsü ilə "Unutmadıq, unutmarıq" adlı tədbir keçirilib
Azərbaycan Orta Dəhliz layihəsində söz sahibidir.