Məmməd Musayev: Gələcəyimizin etibarlı davamçısı
Siyasət
"Aqrarkredit" QSC-nin İdarə Heyətinin sədri, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev - Ümummilli Lider Heydər Əliyevin gənclərə bu müraciətini xatırlatmaq istərdik: “Əziz gənclər! Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifələr düşür. Bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz müstəqil Azərbaycanı XXI əsrdə yaşadanlarsınız, quranlarsınız, inkişaf etdirənlərsiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!”
Ulu Öndər Heydər Əliyev bu fikirləri ilə gənclərimizə inamını, güvənini ifadə etdi. Bu məqamı da xüsusi qeyd etməliyik ki, dahi şəxsiyyət Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək atdığı addımlarda gənclərin inkişafına, təhsilinə, tariximizi, dilimizi, milli-mənəvi dəyərlərimizi öyrənmələrinə, bir sözlə, azərbaycançılıq ideologiyasının təbliğinə xüsusi diqqət göstərmişdir. Gənclərin təhsili prioritetlər sırasında idi. Keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərinə göndərilən gənclər orada elmin sirlərinə daha dərindən yiyələnərək əldə etdiklərini ölkəmizə qayıdaraq Azərbaycanın inkişafına, tərəqqisinə yönəldirdilər.
1993-cü ildə Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclərə diqqət və qayğı dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Ulu Öndər Heydər Əliyevin Fərmanı əsasında Gənclər Günün təsis edilməsi Azərbaycan gənclərinin inkişafında stimulverici amil oldu. Hər il bayram tədbirində bir ildə görülən işlərin hesabatı verilir, qarşıdakı dövrün vəzifələri müəyyənləşir.
Ulu öndər Heydər Əliyev 1999-cu ildə imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla gənclərin inkişafı üçün daha əlverişli şərait yaradılmışdır. Fərmana əsasən, Azərbaycanda dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilmiş, Gənclər və İdman Nazirliyinin nəzdində gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradılmışdır. 2002-ci ildə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun Azərbaycanda gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Göründüyü kimi, gənclərin inkişafı, dövlət idarəçiliyində irəli çəkilməsi ulu öndər Heydər Əliyevin diqqət göstərdiyi əsas məsələlər sırasında olub.
Bu mühüm məqam daim önə çəkilir ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətinin birinci dövründə gənclərin inkişafına diqqət yetirirdisə, 1993-cü ildə hakimiyyətə qayıdışından sonra onların dövlət idarəçiliyində irəli çəkilməsi əsas çağırışlar sırasında oldu. Gənclərə diqqət bütün sahələrdə özünü qabarıq şəkildə büruzə verdi. Bu isə öz növbəsində Azərbaycan gəncində özünə inamı artırdı, daha səylə çalışmasına, potensial imkanlarını genişləndirməsinə stimul oldu.
Bu gün müasir müstəqil, eyni zamanda, qalib Azərbaycan dövlətinin gəncindən danışırıq. Bu, ikiqat məsuliyyətdir. Azərbaycanı müxtəlif yarışlarda təmsil edən Azərbaycan gənci bu qalibiyyəti qorumaq üçün daha böyük məsuliyyət hissi daşıyır. Azərbaycanda hansı sahəyə baxsaq gənclərimizin fədakarlığını, vətənpərvərlik hissindən irəli gələn addımlarının uğurlu nəticələrini görürük. Prezident İlham Əliyev ötən il “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nı təsdiq etdi. Yeni dövrün çağırışlarını özündə əks etdirən bu sənədin uğurlu icrası gənclərimizin qarşısında daha geniş imkanlar açacaq. Azərbaycan gəncliyi hər zaman yeniliyə, təkmilləşməyə can atan gənclikdir. Bu məqamı da qeyd etməliyik ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz Azərbaycanın müasir texnologiyalar sahəsində malik olduğu imkanların təqdimatı oldu. Bu isə öz növbəsində Azərbaycan gəncinin yenilikləri öyrənməsində və tətbiqində hansı imkanlara malik olduğunu nümayiş etdirdi. Məhz İKT sektorunda əldə olunan uğurlara söykənərək, bu fikri böyük əminliklə qeyd edirik ki, Azərbaycan bu gün dünyada təkcə neft-qaz ehtiyatlarına malik ölkə deyil, həmçinin yüksək səviyyəli elmi potensiala malik və informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunduğu innovasiyalar ölkəsi kimi tanınır.
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər:
Həmçinin oxuyun:
Elxan Allahverdiyev rayon sakinlərinin müraciətlərini dinlənilərək onlar tərəfindən qaldırılan məsələlərin qanunamüvafiq qaydada həlli ilə əlaqədar aidiyyəti üzrə konkret tapşırıqlar verir
Cəsarət Qasımov: Milli dövlətçiliyimizin xilaskarı
Milli həmrəyliyin Zəfər təntənəsi
Namizəd İsmayılov: Yeni Azərbaycan Partiyasının Müasir Azərbaycanın tərəqqisində rolu
Elman Rüstəmovdan güc alan, maraqlar konfliktində mərkəz olan “Şapka Mamed”lə bağlı İLGİNC FAKTLAR