» » Cəsarət Qasımov: Mühüm mərhələ

Cəsarət Qasımov: Mühüm mərhələ

Cəsarət Qasımov: Mühüm mərhələ
Siyasət
11:17, 05 июль 2023
116
0
Cəsarət Qasımov: Mühüm mərhələ


Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Cəsarət Qasımov - Azərbaycan müstəqillik qazandıqdan sonra bütün sahələrdə ciddi böhranla üzləşmişdi. Müstəqilliyin ilk illərində ölkədəki naşı və yarıtmaz hakimiyyətlərin səriştəsizliyi ucbatından ordu quruculuğunda heç bir ciddi addım atılmamış, silahlı qüvvələr ayrı-ayrı siyasi qrupların əlində hakimiyyət uğrunda mübarizə alətinə çevrilmişdi. Nizami orduya malik olmayan Azərbaycan hərc-mərclik və xaos burulğanında ərazilərini bir-birinin ardınca itirmək məcburiyyətində qalmışdı.
1993-cü ilin iyununda xalqın təkidi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin qarşısında dövlətçiliyin qorunub saxlanması ilə yanaşı, cəbhə bölgəsində hərbi uğursuzluqları aradan qaldırmaq, torpaqlarımızı işğal edən düşmənin qarşısını almaq, iqtisadi, siyasi, mənəvi və psixoloji cəhətdən ağır durumda olan bir ölkədə ordu quruculuğuna başlamaq kimi ağır vəzifələr dururdu. Yaranmış acınacaqlı durumda bütün sahələrdə köklü islahatların aparılmasına ehtiyac yaranmışdı. Ölkədə vəziyyətin sabitləşməsinə nail olmadan xarici investorları cəlb etmək, iri neft şirkətləri ilə müqavilələr imzalamaq, iqtisadi böhran və tənəzzül mərhələsindən çıxmaq mümkün deyildi. Belə bir şəraitdə Prezident səlahiyyətlərinin icrasına başlayan Ulu Öndər Heydər Əliyev qısa müddətdə bütün sahələrdə vəziyyəti sabitləşdirməyə nail oldu.
Hərbi uğursuzluqlarla üzləşdiyini və daha irəliləyə bilmədiyini görən təcavüzkar Ermənistanın rəhbərliyi 1994-cü ilin mayında danışıqlar masası arxasında oturmağa, cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan Bişkek protokolunu imzalamağa məcbur oldu.
Atəşkəsə qədər artıq on minlərlə insan həlak olmuşdu, qaçqınların və məcburi köçkünlərin sayı isə bir milyonu keçmişdi. Qarabağ münaqişəsindəki atəşkəs mərhələsi təkcə müharibəni dayandırmağa yox, problemin həllini sivil-diplomatik danışıqlar müstəvisinə yönəltməyə imkan verdi.
Ümumilikdə, atəşkəsin əldə olunması Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi və ordu quruculuğu prosesinin uğurla aparılması baxımından mühüm bir mərhələ oldu. Bu mərhələdən sonra ordu quruculuğu istiqamətində ciddi addımlar atıldı. Azərbaycan Silahlı Qüvvələrinin kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin maddi rifah halının ildən-ilə yaxşılaşdırılması, ordu hissələrinin ən müasir texnika və avadanlıqlarla təchiz edilməsi, eləcə də bu sahədə beynəlxalq təcrübənin mənimsənilməsi dövlət siyasətinin ən mühüm qollarından birinə çevrildi.
Yaranmış sabitlik həmçinin regionda beynəlxalq əhəmiyyətli böyük enerji və infrastruktur layihələrini reallaşdırmağı da mümkün etdi. Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq  mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. “Əsrin müqaviləsi” və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirdi. Azərbaycandakı neft-qaz yataqlarının işlənməsi sayəsində ölkəmizdə görünməmiş iqtisadi yüksəliş baş verdi.
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxın