» SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir

SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir

SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir
---
14:04, 28 апрель 2026
3
0
siz-bizim-usaqlarimiza-komek-edirsiniz


Müzakirə olunan məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində əməkdaşlığı qeyd etmək istərdim. Burada həm əldə edilmiş nailiyyətlər var, - SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir. Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var. Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə Azərbaycanın Ukrayna ilə bir çox istiqamətlər üzrə bu gün də uğurla əməkdaşlıq etdiyini bəyan edib. Dövlət başçısı bu əməkdaşlığın bu gün bir daha təsdiqləndiyini qeyd edib. İki ölkə arasında enerji sahəsində əməkdaşlığın inkişafının potensialı var. Azərbaycanın enerji sahəsində əməkdaşlıq əlaqələri geniş coğrafiyanı əhatə edir. SOCAR-ın Ukraynada yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Bu da ikitərəfli biznes əlaqələrinin inkişafına töhfədir. İkitərəfli əməkdaşlıq əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayan amillərdən biri qarşılıqlı səfərlərin dinamikliyidir. Azərbaycanın xarici siyasətində ikitərəfli əməkdaşlığa və beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafına verdiyi önəm bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Bu nühüm məqamı da xüsusi qeyd etməliyik ki, son illərdə Prezident İlham Əliyevin Azərbaycana səfər edən bu və ya digər ölkənin dövlət başçıları ilə görüşlərini paytaxt Bakı ilə yanaşı, bölgələrimizdə, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə keçirməsi bir ənənəyə çevrilib. Azərbaycan və Ukrayna arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın iqtisadi, ticarət, humanitar, mədəniyyət və digər sahələrində inkişafa təkan verir, münasibətlərimizin məzmunca zənginləşməsinə zəmin yaradır. Azərbaycan-Ukrayna əlaqələri ikitərəfli formatla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam etdirilir.
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxın