Səbinə Salmanova Vətən Müharibəsində qəhramanlıq göstərmiş şəhid ailələri ilə görüşüb
---
45 saylı Sumqayıt dördüncü seçki dairəsindən deputatlığa namizəd olan Səbinə Salmanova tariximizdə hər zaman cəsur qəhrəmanlar kimi qalacaq şəhidlərimizin də evlərinə getmiş, onların doğmaları ilə birlikdə ruhlarını yad etmişdir. Əfsanəvi genaralımız, hər bir əsgərinin qayğısına qalan nümunəvi komandan, döyüşlər zamanı böyük qəhramanlıqlar göstərmiş, şəhidliyi ilə bütün xalqımızın, ordumuzun düşmən üzərində yeni döyüşlərə səfərbər edilməsində, ordumuzun qələbə əzminin xeyli yüksəlməsində böyük rol oynamış Polad Həşimovun, öz təəsübü, cəsarəti, qorxmazlığı, igidliyi ilə dillər əzbəri olan, hər bir döyüşçümüzə əlavə güc, qüvvət verən Mübariz İbrahimovun ailələrini ziyarət etmişdir.
Səbinə Salmanova daha sonra torpaqlarımız uğrunda gedən döyüşlərdə böyük rəşadət göstərmiş, xalqımızın başını ucaldan, bizə qalib xalq adını qazandıran, birinci və ikinci Qarabağ müharibələrində şəhid olmuş, vətənimizin əziz övladları Elçin Hüseynovun, Təbriz Alməmmədovun, Surxay Məhərrəmovun əzizləri ilə görüşmüşdür.
Səbinə Salmanova hər bir şəhidimizin ailə üzvləri ilə ətraflı, səmimi söhbət etmiş, bu ailələrin hər birinin xalqımızın qürur yeri olduğunu, bütün insanlarımız üçün çox əziz olduğunu bildirmişdir. Hər zaman şəhid ailələrinə diqqət, qayğı göstərməyi özünun, hər bir azərbaycanlının borcu hesab etdiyini demişdir.
Bu unudulmaz qəhrəmanlarımızın doğma ailə üzvləri Səbinə Salmanovaya öz qayğılarından danışmış, ona gələcək fəaliyyətidə uğurlar arzulamışlar.
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər:
Həmçinin oxuyun:
İslam İsmayılov : Zəfər zirvəsinə yüksələn qəhrəmanlar
Asif Əsgərov: Milli birliyin banisi
Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin təşəbbüsü ilə "Unutmadıq, unutmarıq" adlı tədbir keçirilib
Azərbaycan Orta Dəhliz layihəsində söz sahibidir.
Namizəd İsmayılov: Yeni Azərbaycan Partiyasının Müasir Azərbaycanın tərəqqisində rolu