Gənc yazıçı Rizvan Fikrətoğlu ilə 20 nömrəli məktəbdə görüş keçirilib

Mədəniyyət
Bakı şəhərində yerləşən Laçın rayon 20 nömrəli tam orta məktəbdə Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar gənc yazıçı Rizvan Fikrətoğlu ilə məktəblilərin görüşü təşkil edilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Dünarə Əbdürəhimova Rizvan Fikrətoğlunu salamlayıb, şagirdlərin bilgilər əldə etməsində, dünyagörüşünün formalaşmasında belə görüşlərin əhəmiyyətini vurğulayıb.Dünarə xanım qeyd edib ki, Rizvan Fikrətoğlunun qələmə aldığı “Ayaq səsləri” povesti məktəblilərin sağlam düşüncəyə malik vətəndaş kimi formalaşmalarına güclü təsir göstərəcək. Görüşün təşkilatçısı, məktəbin ibtidai sinif müəllimi Elnurə Ağammədova yazıçıya dəvəti qəbul etdiyi üçün minnətdarlığını bildirib, Rizvan Fikrətoğlunun fəaliyyəti və yaradıcılığı haqqında şagirdlərə geniş məlumat verib. Təşkilatçı gənclər arasına sevilən “Ayaq səsləri” povestinin məktəblilər tərəfindən də seviləcəyinə əminliyini ifadə edib. Rizvan Fikrətoğlu çıxışında məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, mütaliə mədəniyyəti, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparıb, məktəbliləri düşündürən suallara aydınlıq gətirib. Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi İlhamə İsmayılova da, öz növbəsində yaradıcı gəncə yeni ədəbi uğurlar arzulayıb. O, müasir Azərbaycan ədəbiyyatı və onun inkişaf perspektivləri, kitabxana-oxucu əlaqələri, mütaliə ilə bağlı fikirlərini bölüşüb. Görüşün sonunda gənc yazıçı məktəbin müəllim və şagirdlərinə “Ayaq səsləri” kitabını bağışlayıb, xatirə şəkilləri çəkilib.
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər:
Hafiz müəllim: "Tarix Yazan Lider: İlham Əliyevin Zəfər Yolu və Xalqın Firavan Sabahı"
Xalisə Mehdiyeva: “Zamanı qabaqlayan lider: İlham Əliyev və XXI əsr Azərbaycan modelinin yüksəlişi”
Gülüstan Vəliyeva: "Dəmir İradənin Dövlət Manifesti: İlham Əliyevin Liderliyində Azərbaycanın Yeni Erası"
Elsevər Heydərov: İlham Əliyevin Güclü İradəsi və Azərbaycan Xalqının Firavan Gələcəyi: Qarabağın Dirçəlişi və Dövlətin Sosial Dəstəyi
Emin Musayev: Peşəkarlıq və Vətəndaşlara Hörmətlə Yol Təhlükəsizliyində Nümunəvi Liderlik
Həmçinin oxuyun:

Gəncə Şəhər İcra Hakimiyyətində silsilə tədbirlər davam edir
Elxan Allahverdiyev rayon sakinlərinin müraciətlərini dinlənilərək onlar tərəfindən qaldırılan məsələlərin qanunamüvafiq qaydada həlli ilə əlaqədar aidiyyəti üzrə konkret tapşırıqlar verir

Qərbi Azərbaycana qayıdışla bağlı görüləcək işlər dövlətimiz üçün prioritet istiqamətdir.

Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin təşəbbüsü ilə "Unutmadıq, unutmarıq" adlı tədbir keçirilib

Azərbaycan Orta Dəhliz layihəsində söz sahibidir.