» » Rafiq Zülfüqarov: İlham Əliyev – Azərbaycan Tarixində Sözünü Nəticələrlə Deyən Prezident

Rafiq Zülfüqarov: İlham Əliyev – Azərbaycan Tarixində Sözünü Nəticələrlə Deyən Prezident

Rafiq Zülfüqarov: İlham Əliyev – Azərbaycan Tarixində Sözünü Nəticələrlə Deyən Prezident
Siyasət
23:51, 11 сентябрь 2026
2
0



Siyasətdə verilən vədlər zamanla unudula bilər, söylənilən fikirlər illər keçdikcə öz aktuallığını itirə bilər. Ancaq dövlətin tarixini dəyişən nəticələr unudulmur. Prezident İlham Əliyevin rəhbərlik etdiyi dövrə məhz bu prizmadan baxdıqda Azərbaycanın keçdiyi yolun miqyası daha aydın görünür. Ölkənin ərazi bütövlüyünün bərpasından tam suverenliyinin təmin olunmasına, beynəlxalq mövqelərinin möhkəmləndirilməsindən Qarabağda başlanan böyük quruculuğa qədər əldə edilən nəticələr Azərbaycanın müasir dövlətçilik tarixinin mühüm səhifələrini təşkil edir.
İlham Əliyevin idarəçilik xəttində dövlət maraqlarının qorunması əsas prinsip kimi önə çıxır. Dünyada siyasi münasibətlərin sürətlə dəyişdiyi, dövlətlər arasında iqtisadi və geosiyasi rəqabətin gücləndiyi şəraitdə Azərbaycanın öz milli mövqeyini qoruması mühüm əhəmiyyət daşıyır. Ölkənin fərqli dövlətlərlə əməkdaşlıq etməklə yanaşı, qərarlarını öz maraqları əsasında müəyyənləşdirməsi müstəqil dövlətçilik düşüncəsinin praktiki ifadəsi kimi qiymətləndirilə bilər.
Bu müstəqilliyin arxasında isə güclü iqtisadi dayaqların olması vacibdir. Məhz buna görə ötən illərdə Azərbaycanın enerji imkanlarının genişləndirilməsi ilə paralel olaraq yolların, elektrik təsərrüfatının, kommunikasiya sistemlərinin və digər mühüm infrastrukturların yenilənməsinə böyük diqqət ayrılıb. Yeni istehsal müəssisələrinin yaradılması, sahibkarlığın dəstəklənməsi, kənd təsərrüfatının müasirləşdirilməsi və regionların iqtisadi fəallığının artırılması ölkənin gəlirlərinin daha geniş sahələrdən formalaşdırılması məqsədinə xidmət edir.
Prezident İlham Əliyevin siyasi fəaliyyətinə tarixi qiymət verilərkən Qarabağ məsələsi isə tamam başqa əhəmiyyət daşıyır. Bu məsələ Azərbaycan xalqı üçün sadəcə ərazi problemi deyildi. Qarabağ milli qürur, tarixi ədalət və doğma yurda qayıdış məsələsi idi. Uzun illər davam edən danışıqların nəticə vermədiyi şəraitdə Azərbaycan öz hərbi və siyasi gücünü artırdı. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər xalqın onilliklər boyu gözlədiyi nəticəni gerçəyə çevirdi.
Qələbədən sonra Azərbaycanın qarşısında daha mürəkkəb, lakin bir o qədər şərəfli vəzifə yarandı: azad edilmiş torpaqlarda həyatı yenidən qurmaq. Bu gün Qarabağ və Şərqi Zəngəzurda görülən işlər Azərbaycanın quruculuq imkanlarının nümayişinə çevrilib. Yolların, yaşayış məntəqələrinin, məktəblərin, enerji obyektlərinin və digər infrastrukturların sıfırdan yaradılması böyük maliyyə, təşkilatçılıq və siyasi iradə tələb edir. Ən mühüm nəticə isə həmin torpaqlara Azərbaycan insanının geri dönməsidir. İllərlə köçkün həyatı yaşayan insanların öz doğma yurdlarında yenidən ocaq qalaması Böyük Qayıdışın ən qiymətli mənzərəsidir.
Bu gün Azərbaycanın əldə etdiyi tarixi nəticələrin arxasında şəhidlərin canı, qazilərin sağlamlığı və Azərbaycan əsgərinin misilsiz qəhrəmanlığı dayanır. Buna görə şəhid ailələrinə və qazilərə münasibət sadəcə sosial siyasət məsələsi kimi qəbul edilə bilməz. Onların qayğılarının həlli, sosial müdafiəsinin gücləndirilməsi, mənzil, müalicə və reabilitasiya imkanlarının yaradılması dövlətin öz qəhrəmanları qarşısındakı mənəvi məsuliyyətidir. Prezident İlham Əliyevin şəhid ailələri və qazilərlə bağlı məsələləri daim diqqətdə saxlaması da bu məsuliyyətin dövlət səviyyəsində ifadəsidir.
İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mühüm tərəflərindən biri də Azərbaycanı yalnız bugünkü imkanları ilə deyil, gələcək potensialı ilə gücləndirmək istəyidir. Müasir texnologiyalar, rəqəmsal iqtisadiyyat, alternativ enerji, logistika və yeni nəqliyyat imkanları getdikcə daha böyük əhəmiyyət qazanır. Azərbaycan öz coğrafi mövqeyini sadəcə xəritədəki üstünlük kimi saxlamaq deyil, onu beynəlxalq ticarət və nəqliyyat sistemində real iqtisadi üstünlüyə çevirmək istiqamətində fəaliyyət göstərir.
Dövlətin inkişafı isə vətəndaşın həyatından kənarda baş verən proses ola bilməz. Yeni məktəbin qapısının açılması, ucqar kəndə yolun çəkilməsi, müasir səhiyyə xidmətlərinin əlçatan olması, yeni iş yerinin yaradılması və sosial müdafiənin gücləndirilməsi böyük iqtisadi strategiyanın insan həyatı
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxın