Gəncə Şəhər İcra Hakimiyyətində silsilə tədbirlər davam edir
Siyasət

Niyazi Bayramov şəhid anasının və müharibə iştirakçısının yas mərasimlərində iştirak edib

Mərasimlərdə YAP Gəncə şəhər təşkilatının sədri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və bələdiyyə sədrləri iştirak ediblər.
Niyazi Bayramov hər iki mərhumun ailə üzvlərinə başsağlığı verib.
Niyazi Bayramov şəhərdə həyata keçirilən asfaltlanma işlərinin gedişatı ilə yerində tanış olub

Xəbər verdiyimiz kimi, Gəncə şəhərinin bir sıra küçə və prospektlərinin, o cümlədən Cavadxan qəsəbəsi və Gülüstan yaşayış massivindəki yolların asfaltlanmasına başlanılıb. Bu gün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov işlərin gedişatı ilə yerində tanış olub, iş icraçıları ilə söhbət edib, müvafiq tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, hazırki mərhələdə Gəncə Şəhər İcra Hakimiyyəti və "Azəravtoyol" ASC tərəfindən ümumilikdə 100-dən çox küçə və prospektin asfaltlanması nəzərdə tutulub. Yol infrasturukturunun yenilənməsi işləri başa çatan ərazilərdə sakinlərin rahatlığının təmin edilməsi məqsədi ilə abadlıq-quruculuq işləri də görüləcəkdir.
Niyazi Bayramov Beynəlxalq Atıcılıq İdman Federasiyasının nümayəndə heyəti ilə görüşüb

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının baş katibi Villi Qrillin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş hazırda inşası sürətlə davam edən Gəncə İdman Sarayında baş tutub.
Niyazi Bayramov qonaqları salamlayaraq bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə inşası davam etdirilən Gəncə İdman Sarayı Qafqazın ən böyük idman qurğularından hesab edilir. O qeyd edib ki, idman sarayı gələcəkdə beynəlxalq yarışların keçiriləcəyi məkana çevriləcək. Bu yarışların keçirilməsi həm idman sahəsi, həm də şəhər iqtisadiyyatının inkişafı üçün çox faydalı olacağını bildirib. Həmçinin, 2025-ci ildə MDB ölkələrinin III oyunlarının da burada baş tutacağını diqqətə çatdırıb.
Villi Qrill səmimi görüş üçün təşəkkür edib və idman sarayının bütün beynəlxalq standartlara cavab verdiyini söyləyib.
Görüşdə atıcılıq üzrə Avropa çempionatının Gəncə İdman Sarayında təşkil edilməsi ətrafında müzakirələr aparılıb.
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər:
Razim Rüstəmov: Qətiyyətli siyasi iradə
Sərxan İsmayilov: İran öz bədnam xislətini bir daha nümayiş etdirdi
Qazax Rayon Dövlət Sosial-İqtisadi Kollecində Elşad Quliyevin Öncül Rolu və Dövlətçiliyə Sadiqliyi
Bakı Sabunçunun Sarsılmaz Dövlətçi Rəhbəri: Cavid Muradovun Fədakarlıq və Xidmət Yolu
Bərdə-Çörək ASC-də Liderlik və Dövlətçiliyə Sadiqlik Nümunəsi: Məhərrəm Şəfiyev
Həmçinin oxuyun:
Tərtər Rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir - ÖZƏL
Elxan Allahverdiyev rayon sakinlərinin müraciətlərini dinlənilərək onlar tərəfindən qaldırılan məsələlərin qanunamüvafiq qaydada həlli ilə əlaqədar aidiyyəti üzrə konkret tapşırıqlar verir
Qərbi Azərbaycana qayıdışla bağlı görüləcək işlər dövlətimiz üçün prioritet istiqamətdir.
Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin təşəbbüsü ilə "Unutmadıq, unutmarıq" adlı tədbir keçirilib
Azərbaycan Orta Dəhliz layihəsində söz sahibidir.
