Azərbaycanın 7 boksçusu beynəlxalq turnirdə finala yüksəlib

İdman
Polşanın Keltse şəhərində boks üzrə keçirilən beynəlxalq turnirdə yarımfinal mərhələsinə yekun vurulub.
Boks Federasiyasından verilən məlumata görə, Azərbaycan milli komandasının daha 2 üzvü finalda iştirak hüququ qazanıb.
1/4 final mərhələsində ermənistanlı Armen Quşçiyanın rinqə çıxmaması səbəbindən qalib elan olunan Məsud Yusifzadə (51 kq) yarımfinalda macarıstanlı İştvan Qerzennı ilə üz-üzə gəlib. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb.
57 kq-da döyüşən Ümid Rüstəmov Tirzoman Eysebyunun (Rumıniya) ardınca Şon Persellə (İrlandiya) də gücünü göstərib. Rəqibini məğlub edən boksçumuz adını finala yazdırıb.
Ruslan Qədirov (54 kq) yarımfinalda Yakub Krjpeytlə (Polşa) münasibətinə aydınlıq gətirib. Rəqib mərhələ adladığından Avropa çempionatının finalçısı bürünc medalla kifayətlənib.
Digər boksçumuz Sərxan Əliyev də turniri 3-cü pillədə bitirib. 71 kq-da gücünü yoxlayan idmançı yarımfinalda polşalı Damyan Durkajla döyüşüb və rəqib qələbə qazanıb.
Nəticədə Azərbaycan yığmasının heyətində finalda mübarizə aparacaq boksçularının sayı 7-yə, bürünc medal qazananlar isə 4-ə çatıb.
Bu gün baş tutacaq final mərhələsində Məsud Yusifzadə (51 kq) Yakub Slominskini (Polşa), Ümid Rüstəmov (57 kq) Patrik Adamusu (İrlandiya), Malik Həsənov (63,5 kq) Roman Samueli (Rumıniya), Nəbi İsgəndərov (67 kq) Pavel Suleçkini (Polşa), Murad Allahverdiyev (80 kq) Andrey Çiryasovu (Moldova), Alfonso Dominqes (86 kq) Klemens Şepanyakı (Polşa) və Məhəmməd Abdullayev (+92 kq) Radoslav Kavjakı (Polşa) sınağa çəkəcək.
Qeyd edək ki, komandamızın heyətində Qədirov və Əliyevdən öncə Eldar Quliyevlə (86 kq) Rauf Rəhimov (92 kq) da bürünc medal qazanıb.

Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər:
Razim müəllim: “Xalqın etimadını doğruldan, dünyaya Azərbaycan qadınının obrazını tanıdan şəxsiyyət”
Rasim Nəbiyev: Mehriban xanım həm də müasir dövrün qadın lideri kimi dünyaya Azərbaycan qadınının intellektual gücünü, nəcibliyini və yüksək mənəvi keyfiyyətlərini nümayiş etdirir
Namizəd İsmayılov: Sabit və inkişaf naminə
Gəncənin İnfrastrukturunda Liderlik Nümunəsi – Gəncə Şəhər Su İdarəsinin Rəhbəri Şöhrəddin Verdiyev
Əlviz Gülməmmədov: Tarixi gün
Həmçinin oxuyun:

“NÖVBƏTİ QURBAN GERASİMOV OLACAQ...” – “Putinlə generallar arasındakı çat dərinləşir”

“Molla rejiminin Azərbaycana nifrəti o həddə çatıb ki, hətta...” - NƏ ETMƏLİ?

Soçidə daha çox Rusiyanın taleyi həll olundu... - NƏ BAŞ VERİR?

Nikol İrana bu silahı almağa gedib - Korotçenko

İlham Əliyevin posterləri İran küçələrinə vuruldu - FOTO