İlham Əliyevin posterləri İran küçələrinə vuruldu - FOTO
Gündəm / Dünya

Son zamanlar Azərbaycan-İran münasibətlərinin gərginləşməsi fonunda Cənubi Azərbaycanda yaşayan soydaşlarımız maraqlı aksiyaya başlayıblar.
Təbriz, Ərdəbil və digər şəhərlərdə küçələrə Azərbaycan Prezidenti İlham Əliyevin fotosu olan posterlərin vurulması sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirələrə səbəb olub.
Fotonun üzərində isə “Güney Azərbaycan sizin arxanızdadır, cənab Prezident” yazısı qeyd olunub.
Diqqəti çəkən nüanslardan biri fotoda olan yazının farsca deyil, məhz əski Azərbaycan əlifbası ilə yazılması olub.
Artıq Azərbaycan Televiziyasının rəsmi feysbuk hesabında da bununla bağlı paylaşım edilib.
Qeyd edək ki, son aylar bütün müstəvilərdə Azərbaycan – İran arasında gərginlik yaşanır. Ötən gün isə DTX-nin keçirdiyi əməliyyat nəticəsində Azərbaycanda İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmə ifşa edilib.

Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər:
Çingiz İbadov: Vahid geyim təhsilimizin gələcəyinə xidmət edir
Hicran Şərifov: Dünyəvi təhsil və milli kimlik - Azərbaycanın gələcəyini qoruyan dəyərlər
Bərdə Təhsilində Zəhməti, Qayğısı və Pedaqoji Dəyərləri ilə Seçilən Direktor – Mehparə Mustafayeva
Sözün Dəyərini Qoruyan, Universitetin İctimai Nüfuzunu Ucaldan Peşəkar – Tamerlan Əkbərov
Şamaxının Abadlığında, İnsanların Rifahında və Dövlətə Xidmətdə Öz Dəst-xətti Olan Rəhbər – Tahir Məmmədov
Həmçinin oxuyun:
