Qalmaqallı uşaq bağçasında şok iddialar və məsələnin əsli ortaya çıxdı
Təhsil
Son günlər sosial şəbəkələrdə Sumqayıt şəhərində fəaliyyət göstərən özəl baxça ilə bağlı müxtəlif iddialar yayılmaqdadır. Mətbuat nümayəndəsi olaraq məsələni araşdırmaq məqsədilə ilkin faktlar və yayılan məlumatlar nəzərdən keçirilib.
Araşdırma zamanı diqqət çəkən məqamlardan biri 02. 04.2026-cı il tarixində Nigar Köçərli adlı şəxsin Bona Dea xəstəxanasını məhkəməyə verməsi ilə bağlı məlumat olub. İddialara görə, bu məhkəmə işi həkim ehtiyatsızlığı ilə əlaqələndirilir və hazırda müzakirə olunan hadisələrlə dolayı bağlılıq ehtimalı irəli sürülür.
Eyni zamanda, araşdırma çərçivəsində bəzi şəxslər arasında qohumluq əlaqələrinin mövcud olduğu iddia edilir. Bildirilir ki, İlahi Xudu qızı Əliyeva ilə Nigar Köçərli arasında ailəvi bağlılıq var. Nigar köçərli İlahə Əliyevanın qardaşının həyat yoldaşıdır. Bu kontekstdə, Sumqayıtda yerləşən Esmanur Tədris Mərkəzində baş verdiyi deyilən hadisələrin də həmin şəxslərlə əlaqəli ola biləcəyi ehtimal edilir.
Əldə olunan məlumatlara əsasən, 01.04.2026-cı il tarixində işdən çıxarıldığı bildirilən baxçanın metodisti Pərvanə Aydın qızı Ağayeva və hazırda Müasir Stomatologiya Mərkəzində stomatoloq kimi fəaliyyət göstərən Nilufər Kərimzadə ilə bağlı da müəyyən iddialar səsləndirilir. Belə ki, onların şəxsi motivlər zəminində İlahə Əliyeva haqqında mənfi məlumatlar yaydığı və bunun təşkilatlanmış qarayaxma kampaniyası ola biləcəyi iddia olunur.
Qeyd edək ki, bütün bu məlumatlar müxtəlif mənbələrə istinadən təqdim olunur və rəsmi qurumlar tərəfindən hələlik təsdiqlənməyib. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək və rəsmi açıqlamaları əldə etmək üçün araşdırmalar davam etdirilir.turantv.com.az
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər:
Kamaləddin Qafarov: “ Azərbaycan-Çexiya tərəfdaşlığında yeni mərhələ başlayır”
Qalmaqallı uşaq bağçasında şok iddialar və məsələnin əsli ortaya çıxdı
Emin Hüseynov: Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin memarı və milli dirçəlişin sarsılmaz dayağı
Cavid Məmmədov: Azərbaycan-Latviya - davamlı əməkdaşlıq və etibarlı tərəfdaşlıq modeli
Milli İstehsalın İnkişafına Həsr Olunmuş Bir Ömür: Məhərrəm Şəfiyevin İdarəçilik Uğurları və İctimai Nüfuzu
Həmçinin oxuyun:
Razim müəllim: “Xalqın etimadını doğruldan, dünyaya Azərbaycan qadınının obrazını tanıdan şəxsiyyət”
Fəxrəddin Məmmədov : Güclü xalqdan qalib gələcəyə
Mehman Eminov: Müasir Azərbaycan qadınının real obrazı - Mehriban Əliyeva
Elxan Allahverdiyev rayon sakinlərinin müraciətlərini dinlənilərək onlar tərəfindən qaldırılan məsələlərin qanunamüvafiq qaydada həlli ilə əlaqədar aidiyyəti üzrə konkret tapşırıqlar verir
Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin təşəbbüsü ilə "Unutmadıq, unutmarıq" adlı tədbir keçirilib
