» » Laçın sakini ölkə başcısına müraciət etdi - Suraxanı rayon prokurorlugu İTTİHAM OLUNUR

Laçın sakini ölkə başcısına müraciət etdi - Suraxanı rayon prokurorlugu İTTİHAM OLUNUR

Laçın sakini ölkə başcısına müraciət etdi - Suraxanı rayon prokurorlugu İTTİHAM OLUNUR
Siyasət
17:57, 25 май 2023
168
0
Laçın rayon sakini Ziyəddin Gülməmmədov BİA.az-a şikayət ərizəsi ilə müraciət edib. Şikayətci bu ilin fevral ayında yaxın qohumu İntiqam Zamanovun intihar etdiyini bildirir. O, qeyd edir ki, İntiqam Zamanov öz ailəsi, xüsusən də oğlu Elgün Zamanov tərəfindən şərlənib, sonra evindən bayıra atılıb. Onun intihar etməsinin əsas səbəbi də elə bu olub. Hazırda bu hadisə barədə Suraxanı rayon prokurorluğunda cinayət işi başlanılıb, amma istintaqın gedişi onları qane etmir. Belə ki, mərhumun qudası Famil Cəfərov müstəntiq Tamerlanla hansısa iş birliyinə girib, bu məsələnin ört-basdır olunmasına çalışır:

"Cinayət işini aparan Suraxanı rayon prokurorluğunun müstəntiqi Tamerlan cinayətdə təqsirli bilinən mərhumun oglu Elgün Zamanova vəkililk edir. Bu işdə mərhumun qudası Famil Cəfərov da vasitəci kimi fəallıq göstərir. Müstəntiq Tamerlan Elgünün xeyrinə adamlar toplayır, ifadə alır və bildirir ki, mən sənə köməklik edəcəm. O, Suraxanı rayon prokuroru ilə əlbir olub bir kəndin haqq səsini batırmaga calışır. Biz bu qanunsuzluqlar barədə Azərbaycan Resbubilkasının Prezidenti Cənab İlham Əliyevə müraciət edirik ki, Suraxanı rayon prokurorluğunun qanuna zidd əməlləri barədə ciddi tədbirlər görülməsinə göstəriş verilsin."


Şikayətci Ziyəddin Gülməmmədov həmcinin bildirir ki, cinayətdə təqsirli bilinən mərhumun oglu Elgün Zamanovla müstəntiq Tamerlanın arasında olan bazarlıq-pul sövdələşməsinin səs yazıları sübut kimi Baş Prokurorluğa təqdim olunmuşdur və lazım gələrsə mətbuata da acıqlanacaqdır. 
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxın