» » Lacın sakini Baş Prokurordan KÖMƏK İSTƏDİ: "İstintaq işinin aparılması başqa ədalətli bir müstəntiqə həvalə olunsun"

Lacın sakini Baş Prokurordan KÖMƏK İSTƏDİ: "İstintaq işinin aparılması başqa ədalətli bir müstəntiqə həvalə olunsun"

Lacın sakini Baş Prokurordan KÖMƏK İSTƏDİ: "İstintaq işinin aparılması başqa ədalətli bir müstəntiqə həvalə olunsun"
Siyasət
14:02, 13 апрель 2023
179
0
Xəbər vermişdik ki, bu il fevralın 28-də Suraxanı rayonu ərazisində Laçının Ağcakənd kənd sakini Zamanov İntiqam Binnət oğlunun asılmış vəziyyətdə meyiti aşkar olunmuşdur. Hazırda həmin istintaq işini Suraxanı rayon prokurorluğu aparır.

BİA.az-a müraciət edən Lacın qacqını, hazırda Ağcəbədi rayonu, Ağabəyli kəndində məskunlaşan Gülməmmədov Ziyəddin İlyas oğlu bildirir ki, mərhum Zamanov İntiqam Binnət oğlu onun övladları Elgün və Aydın, həmçinin həyat yoldaşı Məlahət və baldızı Biriliyant tərəfindən təzyiqlərə məruz qalaraq evdən qovulub, evi əlindən alınaraq satılıb, həmçinin şərlənərək küçəyə atılmışdı.

Bununla bağlı, Zamanov İntiqam Binnət oğlu 14.11.2022-ci il tarixində SPACE televiziyasında aparıcı Amil Xəlilin verlişində olmuş, verlişdən çıxandan sonra bacısı İsmayılova Diləfuruza zəng edərək haqsızlığa dözə bilmədiyini bildirərək telefonu söndürmüşdür.

28.02.2023-cü il tarixdə isə Zamanov İntiqam Binnət oğlu intihar etmiş və cibindən tapılan məktubda övladları Elgün və Aydın, həmçinin həyat yoldaşı Məlahətə görə intihar etdiyini yazmışdır:

"SPACE televiziyasında aparıcı Amil Xəlilin verlişində mərhum Zamanov İntiqamın oglu Elgünün səs yazısı yayılıb və bu səs yazısında o, acıq-aydın atasına qarşı həddən artıq aqressivdir, onu ölümlə belə hədələyir və bu hal onun baş vermiş cinayətə baiskar olmasına ciddi şübhələr yaradır. Bunu elə dolayısı ilə Elgün özü də təsdiq edir. O, hər yerdə bildirir ki, bu işdə Suraxanı rayon prakrorluğunun müstəntiqi Tamerlan muəllim bizə dəstək olur və deyir ki, mən sizin arxanızda dayanmışam. Maraqlıdır, bucür bir qurup cinayətkara nə üçün müstəntiq arxa durur? Hələ özünü "Bığ Famil" adlandıran birisi də bütün qohumlara məlumat verir ki, müstəntiqimiz Elgünün arxasındadır, heç bir qrum bu işi müdaxilə edə bilməz. Onun yaxın qohumu var, yuxarı vəzifədə çalışır. Narahat olmayın, müstəntiq də o adama arxalanır."

Gülməmmədov Ziyəddin İlyas oğlu bildirir ki, mərhum İntiqam Zamanovun qızının qaynatası, hazırda Xızı rayonu, Yeni Yaşma qəsəbəsində yaşayan "Bıg Famil" kimi tanınan Şükürov Famil Elgünü müdafiə etdiyindən mərhumun ölüm işinin açılmasıyla bağlı müxtəlif maniələr və müdaxilələr edir:

"Şükürov Famil bizə qarşı aqressiv mövqe tutur, telefonla zəng edərək hədə-qorxu gəlir, ölümlə hədələyir. O, mərhumun bacısı oglu İsmayılov Məhəbbət Kamil oglunu və məni vhatcap vasitəsilə nalayiq söyüşlərlə təhqir edir, "Siz bu işdən əl çəkin, yoxsa oğlanlarım sizi tikə-tikə edəcək" deyə təhdid edir. Biz dövlətimizdən və dövlət başçımızdan kömək isdəyirik. Azərbaycan Resbubilkasının Baş Prakroru Kamıran Əliyev cənabına yazıb xaiş edirik ki, bu istintaq işini öz nəzarətinə götürsün və istintaq işinin ararılması başqa bir təcrübəli və ədalətli müstəntiqə həvalə olunsun."



Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxın