"Şərur" MTK-nin rəhbəri Türkiyəyə 5 milyon dollar yardım edib? - AÇIQLAMA
Siyasət

Sosial şəbəkələrdə özlərini "Şərur" MTK-nin rəhbəri İsfəndiyar Axundovun yaxın qohumları adlandıran şəxslər iş adamının Türkiyədə baş verən zəlzələdə zərər çəkənlərə 5 milyon dollar yardım göndərməsi barədə məlumatlar yayıb.
"Şərur" MTK- nın Mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova Avropa.info-ya eksklüziv açıqlamasında bildirdi ki, Türkiyədə baş verən zəlzələdə zərər çəkənlərə yardım edilib, lakin sosial şəbəkələrdə yayılan məlumatlarda bu məbləğ şişirdilib.
"Bildiyimiz kimi, Qardaş Türkiyəyədə baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycandan Türkiyəyə genişmiqyaslı yardım, "Qardaş Köməyi” Platforması yaradılıb. Təbii ki, İsfəndiyar Axundov da qardaş köməyini əsirgəmədi. Tanımadığımız şəxslər özlərini İ.Axundovun yaxın qohum adlandıraraq sosial şəbəkələrdə güya beş milyon dollar yardım etdiyimizi yayımlayır. Bəli, yardım etmişik, ancaq məbləğ şişirdilib", -deyə o bildirib.
Tünzalə İsmayılova edilən yardımla bağlı məbləği açıqlamağa ehtiyac duymadığını qeyd edib: "Sadəcə, onu deyə bilərəm ki, yayılan məlumatlar tamamilə yalnışdır".
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər:
Haqqın zəfəri: Təhsildə idarəçilik və mənəvi ucalıq nümunəsi
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olunub -Fotolar
Emin Hüseynov: İlham Əliyevin Liderliyi və Xalqına Sonsuz Sevgisi
İmişli Rayonunda Qum-Çınqıl Sənayesinin Lideri: Həsən Müəllim və Onun Vətənpərvər Xidmətləri
Vüqar müəllim: 20 Yanvar – Şəhidlərin və Vətən sevgisinin əbədi simvolu
Həmçinin oxuyun:
Azərbaycan Orta Dəhliz layihəsində söz sahibidir.
12 saylı Cəzaçəkmə Müəssisəsi sap, pambıq alır, yoxsa “pambıqla baş kəsir..”
Bayram Yusifovun “ağsaqqallığı” ilə bağlı ilginc məlumatlar: iki MTK-ya 13 milyonluq ziyan
“VƏZİYYƏT MÜRƏKKƏBDİR, QARABAĞDA TƏXRİBATLAR GÖZLƏNİLİR!” - “Ermənistan sülhü deyil, köhnə siyasəti davam etdirməyi seçir”
Soçidə daha çox Rusiyanın taleyi həll olundu... - NƏ BAŞ VERİR?
