Sərxan İsmayilov: İran öz bədnam xislətini bir daha nümayiş etdirdi
Siyasət

Azərbaycan Respublikası vətəndaşlarını ciddi şəkildə narahat edən bir hadisə - heç bir qayda-qanuna sığmayan bədxah əməl baş verib. Qonşu İran İslam Respublikasının ərazisindən Naxçıvan ərazisinə dron zərbəsi endirildi. Nəticədə, 4 nəfər xəsarət alıb. Həm də ən acınacaqlısı budur ki, bu xoşagəlməz hal dövlətimizin başçısı İlham Əliyevin İranın Ali Liderinin ölümü ilə əlaqədar qonşu ölkənin Azərbaycan Respublikasındakı səfirliyini ziyarət edərək baş sağlığı verməsindən sonraya təsadüf edib.
İranın hücumu ilə bağlı bir çox mülahizələr yürüdülsə də, bu, hesablanmış məkrli bir planın tərkib hissəsidir. Sözsüz ki, bütün inkar cəhdlərinə baxmayaraq qonşu ölkənin ərazisindən həyata keçirilən dron hücumlarına görə bütün məsuliyyət İran İslam Respublikasının üzərinə düşür.
İran Silahlı Qüvvələri tərəfindən Naxçıvan ərazisinə dron zərbəsinin endirilməsi molla rejiminin nankorluğunun, riyakarlığının növbəti göstəricisidir. Digər tərəfdən, mülki infrastruktura dron hücumu təşkil etmək acizlik və qorxaqlıq əlamətindən başqa bir şey deyil. Dünya ictimaiyyəti, eləcə də molla rejimi bilir ki, Azərbaycan Respublikası müəyyən olunmuş prinsiplərə ləyaqətlə əməl edən nadir dövlətlərdən biridir. Azərbaycan ərazisinə edilən bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir.
İranın fəaliyyəti qonşu dövlətlər arasında gərginlik yaradaraq öz mənfur niyyətlərini həyata keçirməkdən ibarət olub və bu yolda da xeyli yaramazlıqlara imza atıb. Azərbaycan isə daim qonşuluq prinsipinə sadiq qalıb. Azərbaycan ərazisindən İran və ümumiyyətlə heç bir ölkə üçün heç vaxt təhlükə olmayıb. Dövlətimiz heç vaxt riyakar siyasət yürütməyib, dar gündə həmişə qonşularına dəstək olub. Məlum hadisələr nəticəsində İranda yaranmış vəziyyətlə əlaqədar olaraq Azərbaycan bu qonşu ölkəyə humanitar yardım göndərməyi də planlaşdırırdı.
Tarix heç nəyi unutmur və unutdurmur. Dünyanın gəliş-gedişindən baş çıxaran hər kəsə yaxşı məlumdur ki, vaxtilə təcavüz nəticəsində ölkəmizin ərazilərinin böyük bir hissəsinin işğal olunmasında Ermənistana ən böqük havadarlığı göstərən və bəzən bunu gizlətməyə heç cəhd də göstərməyən ölkələrin başında İran gəlir. Çünki digər ölkələrdən fərqli olaraq Ermənistanın İranla kifayət qədər uzun məsafəli birbaşa sərhəddi mövcuddur və həyati əhəmiyyətli bütün təminatlar məhz bu sərhədlər vasitəsi ilə Ermənistana çatdırılırdı. Hətta silah-sursatın da maneəsiz keçirilməsi adi hal sayılırdı. Həmçinin, o zaman işğal altında olan ərazilərimizin talan olunmasında İranın “özünəməxsus” rolu olub.
İranın fərqinə varmadığı, yaxud görməzdən gəldiyi məlum bir həqiqət var. Bu gün Azərbaycan Respublikası öz gücünə arxayın olan və bundan sui-istifadə etməyən mütərəqqi bir dövlətdir. Dövlətimiz münasibətlərini bütün ölkələrlə, xüsusilə də qonşularla (o cümlədən İranla) sülh və əmin-amanlıq müstəvisində qurmağa həmişə səy göstərib. Əksinə, öz yarıtmaz siyasəti ucbatından dalana dirənən, sıxıntılar içərisində çabalayan İran üçün Azərbaycan Respublikası kimi qonşu Allahın lütfü və tarixi bir şansdır. İranın Azərbaycan Respublikasından özünə qarşı heç zaman heç bir təhdidin olmayacağını qəti şəkildə bildiyi halda bu cür cılız avantüraya əl atması təəssüf və ikrah doğurur.
Azərbaycan Respublikası ilə təhdid dilində danışmaq, hədə-qorxu gəlmək heç bir dövlətə fayda gətirməyib. İran tərəfinin Naxçıvan ərazisində mülki obyekti, mülki vətəndaşların istifadə etdiyi hava limanını hədəf götürməsi dinc sakinlərə və mülki infrastruktura qarşı terror aktıdır. Bu rejimin azərbaycanlılara qənim kəsilməsi, soydaşlarımızı bütün hüquqlardan məhrum etməsi, daim təzyiq altında saxlaması, azərbaycanlı fəalların təqib olunaraq cəzalandırılması və s. acı bir gerçəklikdir. İranın təcili olaraq qeyd olunan məsələyə aydınlıq gətirməli, bunun izahatını verməli və belə halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməlidir. Azərbaycan tərəfinin müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlaması nəzərə alınmalıdır.
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər:
Razim Rüstəmov: Qətiyyətli siyasi iradə
Sərxan İsmayilov: İran öz bədnam xislətini bir daha nümayiş etdirdi
Qazax Rayon Dövlət Sosial-İqtisadi Kollecində Elşad Quliyevin Öncül Rolu və Dövlətçiliyə Sadiqliyi
Bakı Sabunçunun Sarsılmaz Dövlətçi Rəhbəri: Cavid Muradovun Fədakarlıq və Xidmət Yolu
Bərdə-Çörək ASC-də Liderlik və Dövlətçiliyə Sadiqlik Nümunəsi: Məhərrəm Şəfiyev
Həmçinin oxuyun:
Eldar Quliyev: “Heydər Əliyev İli başa çatsa da, Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək”
İslam İsmayılov : Zəfər zirvəsinə yüksələn qəhrəmanlar
Hacı Fərəc müəllim: Əldə olunmuş bu tarixi nəaliyyətlər Ali Baş Komandan İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı və zərgər dəqiqliyi ilə qurub-yaratdığı hərbi-siyasi xarakterli müdrik strateji gedişlərin əməli nəticəsidir
Azərbaycan Orta Dəhliz layihəsində söz sahibidir.
“İRANLA AZƏRBAYCAN ARASINDA GƏRGİNLİK ARTACAQ, MÜNASİBƏTLƏR KƏSKİNLƏŞƏCƏK...” - “Bu addımları atsaq, Tehran rejimi Azərbaycana heç nə edə bilməz...”
