Ziyəddin Quliyev: Artan nüfuzun bariz nümunəsi
Siyasət
“Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Ziyəddin Quliyev - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.
Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Ziyəddin Quliyev olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.
“Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev - İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib.
Görüşdə çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərib. Bu gün Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzlərinin birinə çevrildiyini qeyd edib.
Prezident İlham Əliyevin verdiyi bu mesajı tarixi həqiqətləri ifadə etməklə yanaşı, gələcəyə istiqamətlənmiş bir bəyanat idi. Bu bəyanat, həm də türk dövlətlərinin birgə hərəkət etməsinin vacibliyini tarixi kontekstdən önə çəkirdi. Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda dövlətlərin müxtəlif təşkilatlar çərçivəsində fəaliyyətinin yüksək səviyyədə təşkili vacib məsələlərdəndir. Bu baxımdan Türk Dövlətləri Təşkilatı (TDT) mühüm platforma kimi önəmli rol oynayır. Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin bu il keçirilmiş növbədənkənar prezident seçkilərində əldə etdiyi qələbədən sonra andiçmə mərasimində səsləndirdiyi – “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”, – fikirləri bunun bariz nümunəsidir. Azərbaycan dövlətinin başçısının son dövrdə TDT-yə üzv və müşahidəçi ölkələrə etdiyi səfərlər qardaş türk dövlətləri ilə qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin möhkəmlənməsində önəmli rol oynayır. Azərbaycanın xarici siyasətində Türkiyə və Mərkəzi Asiya Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması xüsusi yer tutur. Azərbaycan Respublikası ilə Mərkəzi Asiya Türk dövlətləri arasında əlaqələrin genişləndirilməsinin ən böyük sübutu kimi son bir il ərzində cənab İlham Əliyevin Məzkəzi Asiya ölkələrinə, həmçinin həmin ölkələrin başçılarının Azərbaycan Respublikasına səfərlərini misal göstərə bilərik. Bu əlaqələrin inkişaf etdirilməsi təkcə Azərbaycan üçün deyil, həm də bütün Türk dünyası üçün böyük önəm kəsb edir.
Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü, Azərbaycan ilə Türk Dövlət Təşkilatına üzv olan dövlətlər arasında dostluq və əməkdaşlıqda yeni mərhələyə qədəm qoyduğunun əyani nümayişi oldu. Bu gün Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşada TDT-nin qeyri-rəsmi Zirvə Görüşündə imzalanan Qarabağ Bəyannaməsi regionun inkişafına mühüm töhfələr verəcək. Həmçinin Azərbaycan Türk Şurasına sədrliyi dövründə eyni kökdən gələn türkdilli ölkələr və xalqlar arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsinə də ciddi töhfələr verib.
Göründüyü kimi, Azərbaycan tək regionda deyil, türk dünyasında da aparıcı mövqeyini qoruyaraq, mühüm addımlar atır, təşəbbüslər göstərir. Bütün bu diplomatik uğurlar isə ölkə başçısı İlham Əliyevin müdrik siyasi fəaliyyəti nəticəsində davam edən iqtisadi inkişafla vəhdət təşkil edərək, Azərbaycanı lider ölkələr sırasına çıxarır.
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər:
Həmçinin oxuyun:
Eldar Quliyev: “Heydər Əliyev İli başa çatsa da, Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək”
İslam İsmayılov : Zəfər zirvəsinə yüksələn qəhrəmanlar
Hacı Fərəc müəllim: Əldə olunmuş bu tarixi nəaliyyətlər Ali Baş Komandan İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı və zərgər dəqiqliyi ilə qurub-yaratdığı hərbi-siyasi xarakterli müdrik strateji gedişlərin əməli nəticəsidir
Asif Əsgərov: Milli birliyin banisi
Azərbaycan Orta Dəhliz layihəsində söz sahibidir.