» » Emin Süleymanov: Tarixi razılaşmalar xüsusi önəmə malikdir

Emin Süleymanov: Tarixi razılaşmalar xüsusi önəmə malikdir

Emin Süleymanov: Tarixi razılaşmalar xüsusi önəmə malikdir
Siyasət
12:04, 06 июль 2024
108
0


“Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu ölkəmizin hətta üzv olmadığı bir çox mötəbər beynəlxalq təşkilatların işində yaxından iştirakını şərtləndirən əsas amillərdən biri kimi çıxış edir. Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) cari ilin 3-4 iyul tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş üzv ölkələrin dövlət başçıları səviyyəsində Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə iştirak edib. Dövlətimizin başçısı ŞƏT-in 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısına da qatılmışdı. Azərbaycanın ŞƏT Sammitinə növbəti dəfə dəvət alması Prezident İlham Əliyevin yüksək şəxsi nüfuzunun daha bir göstəricisidir.”

Bu sözləri Yenixeber.info.az açıqlamasında Emin Süleymanov deyib.

Emin Süleymanov Prezident İlham Əliyevin 4 iyul tarixində Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə etdiyi çıxışında bir çox mühüm məqamların əks olunduğunu vurğulayıb: “Görüşdə çıxış edən Prezident İlham Əliyev Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib istiqamətlərindən birinin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət sahəsi olduğunu diqqət mərkəzinə çəkdi. Dövlət başçısı bildirdi ki, coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın önəmli nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Bu imkanların maksimum effektivliklə reallaşdırılmasının təmin edilməsi üçün ölkəmizdə intensiv işlər aparılır. Yaxın perspektiv planlara Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq məsələsi daxildir. Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Bu transmilli layihənin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu artıq hazırdır və uğurla fəaliyyət göstərir. Ölkəmiz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir və sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq. Prezident İlham Əliyevin çıxışında bu il ölkəmizdə keçiriləcək COP29-a hazırlıq işlərinə dair mühüm açıqlamalar da yer almışdır. Qeyd olunmuşdur ki, Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə əldə etdiyi qiymətli təcrübədən COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün yararlanmaq niyyətindədir. Prezident İlham Əliyev hər zaman olduğu kimi prinsipiallıq və humanistlik nümayiş etdirərək bildirdi ki, Azərbaycan inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacaq”.
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxın