Nizami Çıraqov: “Azərbaycanın taleyini dəyişən zəfər tarixi”
Siyasət
2 nömrəli Yol Yaşıllaşdırılması və Ekologiya MMC-nin direktoru Nizami Çıraqov - “Ötən il Xankəndi şəhərində keçirilən Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda dövlətimizin başçısı İlham Əliyev beş il bundan əvvəl - 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paraddakı çıxışında “Gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır” çağırışını xatırlayaraq böyük qürur hissi ilə bildirdi ki, bu gün gəldi. Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni əzəli torpaqlarımızdan qovdu. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır. Şuşa əməliyyatı, 44 gün ərzində aparılan bütün digər hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır. Düşmən ordusu Azərbaycan Ordusunun peşəkarlığını, fədakarlığını görərək daha da böyük təşvişə düşürdü. Özlərinin də etirafına görə, 44 günlük müharibə zamanı Ermənistan ordusunda 12 min fərari olub. Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər də olsun hərbçisi döyüş meydanını tərk etmədi. Bu, Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi.
Tarixi Zəfərimiz, onun ardınca suverenliyimizin tam bərpa edilməsi Azərbaycan Ordusunun gücünün, qüdrətinin, döyüş ruhunun yüksək səviyyədə olmasının təqdimatı oldu. Müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun bu günü və gələcəyi ilə bağlı möhkəm təməlin yaradılması Zəfərlərimizi şərtləndirən mühüm amillər sırasındadır. 1993-cü ildə, Azərbaycanın ən çətin günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin xüsusi diqqət göstərdiyi sahələrdən biri məhz ordu quruculuğu oldu.”
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan Milli Ordusunun formalaşması prosesində yeni mərhələ başladı: “1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət göstərildi. Ordu quruculuğu prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm addımlar atıldı. Belə ki, 1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.”
Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin ordu quruculuğu istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir: “Torpaqlaımızın işğaldan azad, ərazi bütövlüyümüzün tam təmin edilməsi qarşıda dayanan əsas hədəf idi. Azərbaycan 30 illik işğal dövründə münaqişənin sülh danışıqları əsasında nizamlanmasına səy göstərdi. Ədalət və beynəlxalq hüquq Azərbaycanın tərəfində olduğu halda dünyanın ikili standartlara əsaslanan siyasəti münaqişənin həlli prosesinin uzanmasına, sonda 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə səbəb oldu. 30 illik işğal dövründə Azərbaycan düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bütün sahələrdə davamlı uğurlara imza atdı. Tarixi Zəfərimizə qədər Azərbaycan Silahlı Qüvvələri mühüm uğurlara imza atdı. 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında qələbəmiz Ermənistan silahlı qüvvələrinə dərs olmadı. İşğalçı dövlətin yeni ərazilər uğrunda müharibə planı 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə gətirib çıxardı. Azərbaycan Ordusu Ermənistan ordusuna tarixdə unuda bilməyəcəyi dərsi verdi. 44 gündə 30 ilin işğalına son qoyulması Silahlı Qüvvələrimizin gücünün, torpaq, Vətən sevgisinin təqdimatı oldu.”
44 günlük Vətən müharibəsi zamanı qazanılmış təcrübə çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələrin yaradılması zərurətini ortaya qoydu: “Məhz bu zərurət Quru Qoşunlarının Əməliyyat hərbi hissələrinin yaradılmasını aktuallaşdırdı. Buna görə də Prezident İlham Əliyevin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı. Dövlət başçısı bildirir ki, Komando Briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır. Bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, ordumuzun gücünü böyük dərəcədə artıracaq. Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaq.”
Bu gün işğaldan azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağının dalğalanması, bu ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin fonunda dünyaya müasir şəhərsalma təcrübəsinin təqdim edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına mərhələ-mərhələ qayıdışı hər birimizi qürurlandırır: “30 illik işğal dövründə ifadə olunan “Tezliklə torpaqlarımız azad ediləcək, Şuşada, Xankəndidə üçrəngli Bayrağımız dalğalanacaq” arzusu reallığa çevrilməklə yanaşı, bu ərazilər cənnət məkana çevrilir, sakinlərini qarşılayaraq yeni həyata başlayırlar. Müzəffər Ali Baş Komandan İlham Əliyevə, güclü, qüdrətli Azərbaycan Ordusuna minnətdarıq. Cənab İlham Əliyev suverenliyimizin tam bərpasından sonra yeni dövrün uğurla başladığını və uğurla davam edəcəyini bildirərək bu çağırışı da səsləndirir ki, növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri Ordumuzun daha da gücləndirilməsidir.”
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər:
Həmçinin oxuyun:
İslam İsmayılov : Zəfər zirvəsinə yüksələn qəhrəmanlar
Hacı Fərəc müəllim: Əldə olunmuş bu tarixi nəaliyyətlər Ali Baş Komandan İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı və zərgər dəqiqliyi ilə qurub-yaratdığı hərbi-siyasi xarakterli müdrik strateji gedişlərin əməli nəticəsidir
Niyazi Bayramov: Tarixi missiya
Manaf Manafov: Azad edilmiş torpaqlara həyat qayıdır
Elxan Allahverdiyev rayon sakinlərinin müraciətlərini dinlənilərək onlar tərəfindən qaldırılan məsələlərin qanunamüvafiq qaydada həlli ilə əlaqədar aidiyyəti üzrə konkret tapşırıqlar verir