Ziyəddin Quliyev: “Qalib Xalq Qalib Liderini seçdi: Yeni dövrün reallıqları və perspektivləri”
Siyasət
“Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev - “Bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz xarici siyasətini də buna uyğun şəkildə aparır.” Dövlət başçısı İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimində Azərbaycanın son 20 ildə iqtisadi müstəqilliyinin təmin edilməsi istiqamətində atılan addımların fonunda beynəlxalq alımdə möhkəmlənən mövqeyindən, söz sahibliyindən bəhs etdi. Keçilən yolun təhlili əsasında bir daha təsdiqləndi ki, güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Çünki xarici siyasət daxili siyasətin davamıdır. Beynəlxalq ictimaiyyət Azərbaycanın xarici siyasət kursunu dəstəkləyir, sözünün imzası qədər dəyəri artır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi.
Azərbaycanın uğurlarını davamlı edən əsas amillər lider və düşünülmüş siyasətdir. 2003-cü ildə xalq Heydər Əliyev yolunun uğurlu davamına səs verdi. Cənab İlham Əliyev həmin seçkilərindən sonra andiçmə mərasimində bu vədi açıqladı ki, Azərbaycanın daha da qüdrətlənməsi, zənginləşməsi üçün Heydər Əliyev siyasəti davam etdiriləcək, müasir müstəqil Azərbaycan yeni qələbələrə doğru inamla addımlayacaq. Son 20 ilin reallıqlarından bəhs edərkən qürurla qeyd edirik ki, bütün vədlər yerinə yetirilib. 7 fevral prezident seçkiləri yeni dövrün başlanğıcı oldu. Seçkilərdə xalqın 92, 12 faiz səsini qazanan Prezident İlham Əliyev qələbəsi ilə həm xalqın ona böyük inam və etimad göstərdiyini, həm də görülən işlərə böyük dəyər verildiyini nümayiş etdirdi.
Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi Azərbaycanı yaratmaqla inkşaf yolunda inamla addımlamasını təmin edir. Məhz bu reallıqlara söykənəək cənab İlham Əliyev bildirdi ki, son 20 il uğurlarla, qələbələrlə dolu illər oldu. Çətinliklər də oldu, problemlər də oldu. Ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla getdi.
Qeyd etdiyimiz kimi, ölkəmizin 20 ildə qazandığı uğurların zirvəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi və bunun fonunda yaradılan reallıqlar dayanır. Azərbaycanın beynəlxalq nüfuzu artır. Cənab İlham Əliyev andiçmə mərasimində “Bəzən eşidirik ki, hansısa ölkələr, yaxud da ki, ölkələr qrupu beynəlxalq ictimaiyyət funksiyalarını öz üzərinə götürmək istəyir və beynəlxalq ictimaiyyət adından danışmağa çalışır. Sözü olmayanda deyir ki, beynəlxalq ictimaiyyət bu məsələni yaxşı qəbul etməz, beynəlxalq ictimaiyyət o məsələni yaxşı qəbul etməz. Birincisi, bu, təvazökarlıqdan uzaq olan məsələdir. Məhdud sayda olan hər hansı 20-30 ölkə beynəlxalq ictimaiyyət adından danışa bilməz, o ki qaldı bir ölkə, ümumiyyətlə, danışa bilməz. Beynəlxalq ictimaiyyət isə bizim tərəfimizdədir və İkinci Qarabağ müharibəsi zamanı, antiterror əməliyyatı zamanı beynəlxalq ictimaiyyət bizi dəstəkləmişdir. Bu gün Azərbaycanın beynəlxalq nüfuzu hesab edirəm ki, heç kimə sirr deyil” sözləri ilə Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinə beynəlxalq dəstəyin yüksək səviyyədə olduğunu təsdiqlədi. Bununla yanaşı, ölkəmizin uğurlarını həzm ertməyən bəzi qüvvələr var ki, onların apardıqları əsassız təbliğata cavab Azərbaycanın bugünkü reallqlarıdır. Ölkəmiz hər zaman beynəlxalq hüququn yanındadır. Xarici siyasətinin prinsipləri dəyişməzdir. Belə ki, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr qurulur. Heç bir ölkənin daxili işinə müdaxilə etmir, öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir.
Bu gün qürurla tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasından bəhs edirik. Bütün ölkə ərazisini əhatə edən Zəfər seçkilərindən sonra Azərbaycan yeni hədəfləri ilə diqqətdədir. Cənab İlham Əliyev andiçmə mərasimində yeni hədəfləri açıqladı. Hərbi gücümüzün artırılması, Qarabağımızın və Şərqi Zəngəzurumuzun bərpası, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi, türk dünyasının birliyinin daha da möhkəmləndirilməsi, xarici siyasətimizin yeni istiqamətlərinin müəyyənləşdirilməsi və sair kimi hədəflər ümumilikdə Azərbaycanın daha da güclənməsinə xidmət edir. Güclü Azərbaycan hər zaman əsas hədəfimizdir.
Dövlət başçısı İlham Əliyev andiçmə mərasimində belə bir çağırışı da etdi ki, bizim ailəmiz Türk dünyasıdır. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.
Dövlətimizin başçısı Azərbaycanın hər zaman sülh tərəfdarı olduğunu, bütün məsələlərin ədalət və beynəlxalq hüquq prinsipləri əsasında həll olunmasına çalışdığını əsaslı şəkildə diqqətə çatdırdı. İstər 30 illik işğal, istərsə də postmünaqişə dövrünün reallıqları bunu təsdiqləyir. Tarixi Zəfərimizdən sonra Azərbaycan regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif etdi. O vaxtdan üç ildən çox keçməsinə baxmayaraq Ermənistan hələ də sülh müqaviləsinin imzalanması ilə bağlı konkret addım atmayıb. Dövlət başçısı İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi “Bizə bu məsələdə vasitəçi lazım deyil. Mən bunu demişəm, bu yüksək kürsüdən bir daha demək istəyirəm. Biz öz məsələmizi həll etmişik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək. Mən artıq dedim, bizim qarşımızda duran çağırışlara, bizə qarşı aparılan çirkin siyasətə biz onsuz da hazır olmalıyıq. Ona görə hesab edirəm ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir” fikirləri Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajdır.
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər:
Həmçinin oxuyun:
Eldar Quliyev: “Heydər Əliyev İli başa çatsa da, Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək”
Eldar Quliyev: “Heydər Əliyev İli başa çatsa da, Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək”
İslam İsmayılov : Zəfər zirvəsinə yüksələn qəhrəmanlar
Ziyəddin Quliyev: Qalibiyyətindən güc alan qürurlu xalq
Azərbaycan Orta Dəhliz layihəsində söz sahibidir.