Mübariz müəllim: Regionun dayanıqlı inkişafı üçün yeni perspektivlər açılır
Siyasət
Mübariz müəllim - Zamanın gündəmə gətirdiyi vacib məsələlərin müzakirə edildiyi beynəlxalq tədbirlərin, qlobal forumların, konfransların keçirildiyi unikal məkana çevrilən müstəqil Azərbaycan bu dəfə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünə ev sahibliyi etdi.
BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümü ərəfəsində reallaşan Zirvə görüşü qrumun fəaliyyəti dövründə və Azərbaycanın SPECA-ya sədrlik etdiyi bir vaxtda ilk dəfə həyata keçirilirdi.
Prezident İlham Əliyev Zirvə görüşündə çıxış edərkən bütün regionun dayanıqlı inkişaf platformasının məqsəd və məramından ətraflı danışaraq bildirib ki, iyirmi beş il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir. Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsünə dəstək verdikləri üçün Mərkəzi Asiya ölkələrinin rəhbərlərinə təşəkkürümü bildirirəm. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Mənim dəvətimlə bu gün Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak edirlər. Əminəm ki, bu tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq.
Məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsi olan SPECA proqramında üzv dövlətləri bir amal birləşdirib: iqtisadi cəhətdən sürətlə inkişaf və siyasi sabitlik. Dövlət Başçımızın qeyd etdiyi kimi, sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur.
Azərbaycanın zəngin iqtisadi resursları, dayanıqlı və inklüziv inkişaf modeli son 20 il ərzində ümumi daxili məhsulunun 4 dəfə, büdcə gəlirlərinin 30 dəfədən, xarici ticarət dövriyyəsinin isə 10 dəfədən çox artmasına səbəb olub. Ölkəmizdə yoxsulluq səviyyəsi 50 faizdən 5,5 faizə düşüb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. Ölkəmiz artıq Avrasiyanın "Şərq-Qərb" və "Şimal-Cənub" dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Azərbaycanda əlverişli investisiya mühitinin yaranması isə ölkəmizdəki ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi sayəsində mümkün olub.
Zirvə görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziriViktor Orban, Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Xocamurad Geldimuradov, BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan, BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi xanım Armida Salsiya Alişahbana, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi çıxış edərək BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramına (SPECA) fəal və uğurlu sədrliyinə və yubiley Sammitimizin gözəl təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bidiriblər. Dövlət rəsmiləri üzv ölkələrin bundan sonra da çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edəcəklərinə əminliklərini qeyd ediblər.
SPECA-nın Zirvə görüşünün yekununda Bakı Bəyannaməsi və Orta dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi sənədlərinin qəbul edilməsi də onu təsdiq edir ki, qarşıda daha böyük nailiyyətlər, daha yeni hədəflər regionun dayanıqlı inkişafı üçün yeni perspektivlər açır.
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər: