» » İlham Əzimov: Böyük uğurlara imza

İlham Əzimov: Böyük uğurlara imza

İlham Əzimov: Böyük uğurlara imza
Siyasət
15:30, 12 июль 2023
51
0
İlham Əzimov: Böyük uğurlara imza


28 saylı Yol İstismar İdarəsinin müdiri İlham Əzimov - Bu günlərdə Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü mühüm məqamlarla yadda qaldı. Görüş çərçivəsində aparılan müzakirələr qlobal həmrəyliyin vacibliyini bir daha təsdiqlədi. Hər zaman əməkdaşlığa, təcrübə mübadiləsinə və səylərin birləşdirilməsinə xüsusi önəm verən Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə atdığı addımların, irəli sürdüyü təşəbbüslərin və qəbul etdiyi qərarların xronologiyasına diqqət yetirdikdə qlobal həmrəyliyə davamlı töhfələrini aydın şəkildə görürük.
Qoşulmama Hərəkatı dünyada BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. Ölkəmiz bu təsisata uğurla rəhbərlik etməklə onun beynəlxalq aləmdə nüfuzunu və rolunu gücləndirib, böyük uğura imza atıb. Dövlət başçısı İlham Əliyevin  Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq müstəvidə davamlı və ardıcıl şəkildə irəli sürdüyü təşəbbüs və təkliflər daim həm Hərəkat, həm də digər ölkələrin geniş dəstəyini qazanıb. Bu uğurlu sədrliyi ilə Azərbaycan göstərdi ki, böyük ərazisi və əhalisi olmasa da, məhz güclü Liderin rəhbərliyi altında qlobal nailiyyətlərə imza ata bilər.
Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyünün, daha sonra isə sədrliyinin ölkəmiz üçün böyük töhfələri oldu. 2021-ci ildə Azərbaycanın 155 ölkənin səsini əldə edərək BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsində Qoşulmama Hərəkatı ölkələrinin dəstəyi də öz rolunu oynamışdır. Hərəkatın üzv ölkələri Azərbaycanın ədalətli mövqeyinə dəstək vermişdir. Xüsusilə bu dəstək 44 günlük İkinci Qarabağ müharibəsi dövründə daha aydın hiss edildi. Belə ki, 2020-ci ildə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş bəyanatın qarşısı 7 Qoşulmama Hərəkatı ölkəsi tərəfindən inamla alınmışdır. 2022-ci ildə də oxşar hadisə baş verdi. Azərbaycanın ədalətli mövqeyinin Qoşulmama Hərəkatı  ölkələri tərəfindən dəstəklənməsi onların bu məsələdə beynəlxalq hüquqa əsaslanmaları ilə yanaşı, eyni zamanda, etibarlı tərəfdaş olan və beynəlxalq aləmin məsuliyyətli və fəal üzvü olan Azərbaycanı dəstəkləmək istəyindən də qaynaqlanır. Prezident İlham Əliyev tədbirdəki çıxışında bu məqamlara xüsusi diqqət yönəldərək bildirdi ki, sədrliyimiz dövründə Azərbaycan xalqı üçün ən önəmli və yaddaqalan məqam Vətən müharibəsində bizim tarixi Qələbəmiz oldu. 2020-ci ildə Azərbaycan Ermənistanı döyüş meydanında məğlub edərək Ermənistanın 30 illik işğalına son qoydu. İşğalçı ölkə kimi Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinin icrasını özü təmin etdi. Azərbaycanın bu Qələbəsi beynəlxalq hüququn və ədalətin zəfəridir.
Dövlət başçısı İlham Əliyevin elə bir çıxışı yoxdur ki, həqiqətlərimiz dünya ictimaiyyətinə çatdırılmasın. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə keçirilən hər bir tədbir tarixi həqiqətlərimizin təbliğində öz sözünü deyir.
Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə “Ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan indi bir sıra nəhəng çağırışlarla üz-üzədir” söyləyən cənab İlham Əliyev bildirdi ki, keçmişdə işğal altında olmuş ərazilərdəki dağıntıların miqyasından dəhşətə gəldik. Azərbaycanın şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr, məscidlər təhqir olunmuş, qarət edilmişdir. Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törətmişdir. İşğal altında olmuş ərazilərdəki 67 məsciddən 65-i dağıdılıb, qalanlarından isə donuz və inəklər üçün tövlə kimi istifadə edilib ki, bu da bütün dünya müsəlmanlarına qarşı təhqirdir. Altmış min hektar meşəlik məhv edilmiş, kəsilmiş və daşınmışdır, torpaqlarımız və çaylarımız çirkləndirilmiş və zəhərləndirilmişdir.
Minaların işğaldan azad edilmiş ərazilərdə yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin bu torpaqlara qayıdışını ləngitdiyini bildirən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki, Azərbaycan humanitar minatəmizləmə üzrə xüsusi milli Dayanıqlı İnkişaf Məqsədi müəyyənləşdirib. Bundan başqa, Azərbaycan qlobal miqyasda humanitar minatəmizləmə səylərini dəstəkləyir və minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təklifini irəli sürmüşdür: “Əminəm ki, Qoşulmama Hərəkatının üzv dövlətləri səsimizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifimi dəstəkləyəcəklər.”
Göründüyü kimi, Azərbaycanın hər bir təşəbbüsü qlobal həmrəyliyin möhkəmləndirilməsinə yönəlib.
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxın