Rəşad İsayev: Diplomatik uğur
Siyasət
Binəqədi qəsəbə bələdiyyəsinin sədr əvəzi Rəşad İsayev - Azərbaycan regionda geosiyasi potensiala malik olan bir dövlət kimi həm region, həm də bir sıra dünya ölkələri üçün önəmli tərəfdaşdır. Ölkəmiz Beynəlxalq münasibətlər sistemində aparıcı mövqeyə malikdir və milli dövlətçilik maraqları çərçivəsində Beynəlxalq arenaya uğurla inteqrasiya etməkdədir. Həmçinin müstəqil xarici siyasət aparan Respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən yararlanaraq uğurlarının miqyasını gündən-günə artırmaqdadır. Prezident İlham Əliyevin uğurlu və qətiyyətli siyasət xətti ölkəmizin geosiyasi arenada müsbət imiclə tanınmasını təmin etmişdir. Bu gün Azərbaycan Avropa, Asiya və bir çox region ölkələri ilə həm diplomatik, həm iqtisadi, həm də ticari və digər sahələr üzrə sıx əməkdaşlıq prinsiplərinə sahib olan dövlətdir və bu da ölkəmizin Beynəlxalq müstəvidə qazandığı diplomatik uğurdur.
Cari ilin 5 iyul tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşünün Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir.
Qoşulmama Hərəkatına üzv olduğu müddət ərzində Azərbaycan Respublikası özünün uğurlu xarici siyasəti sayəsində burada böyük nüfuz və etimad qazanmışdır. 2011-ci ildən üzvü olduğu Qoşulmama Hərəkatına sədrlik etdiyi dönəmlərdə isə ölkəmiz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.
Qeyd edək ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dönəmdə dünyanı cənginə almış Pandemiya ilə mübarizədə digər üzv ölkələrlə həmrəylik göstərmiş və obyektiv mövqe sərgiləyərək üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.
Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə çıxışı dünyanın diqqət mərkəzindədir. Görüş zamanı Prezident İlham Əliyev bildirmişdir ki, “multilateralizmin əsl müdafiəçisi və BMT-dən sonra ikinci böyük təsisat kimi Qoşulmama Hərəkatı yenidən formalaşan dünya nizamında öz yerini tapmalıdır. Biz “Bandunq prinsipləri” ətrafında qətiyyətlə dayanmalı, suverenliyin və ərazi bütövlüyünün pozulması, ölkələrin daxili işlərinə müdaxilə hallarına qarşı öz səsimizi ucaltmalıyıq. Hərəkatımızın dünya məsələlərində daha ön mövqedə olması mühüm əhəmiyyət kəsb edir. Multilateralizm bizim güclü vasitəmizdir. Hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT-də ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. Şadam ki, bu gün bu ideya ilə bağlı dünyada artan konsensus vardır. Əvvəllər qeyd etdiyim kimi, BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir. ”
Xüsusilə qeyd etmək lazımdır ki, ölkə Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmiz dünyada etibarlı tərəfdaş kimi qəbul olunur.
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər:
Həmçinin oxuyun:
Qərbi Azərbaycana qayıdışla bağlı görüləcək işlər dövlətimiz üçün prioritet istiqamətdir.
Milli həmrəyliyin Zəfər təntənəsi
Azərbaycan Orta Dəhliz layihəsində söz sahibidir.
Namizəd İsmayılov: Yeni Azərbaycan Partiyasının Müasir Azərbaycanın tərəqqisində rolu
“İRANLA AZƏRBAYCAN ARASINDA GƏRGİNLİK ARTACAQ, MÜNASİBƏTLƏR KƏSKİNLƏŞƏCƏK...” - “Bu addımları atsaq, Tehran rejimi Azərbaycana heç nə edə bilməz...”