» » Sumqayıt sahibkarları prezidentə üz tutdu: “Bizi Zakir Fərəcov və Adil Xudadatovun cəngindən xilas edin”

Sumqayıt sahibkarları prezidentə üz tutdu: “Bizi Zakir Fərəcov və Adil Xudadatovun cəngindən xilas edin”

Sumqayıt sahibkarları prezidentə üz tutdu: “Bizi Zakir Fərəcov və Adil Xudadatovun cəngindən xilas edin”
Hadisə
15:51, 06 июнь 2023
56
0
Sumqayıt sahibkarları prezidentə üz tutdu: “Bizi Zakir Fərəcov və Adil Xudadatovun cəngindən xilas edin”


Uzun müddətdir adı ölkə mediasından düşməyən, Sumqayıtın icra başçısı Zakir Fərəcov və onun “sağ əli” olan, hazırda Sumqayıt icra hakimiyyətində tikinti şöbəsinin müdiri olan ADİL XUDADATOV barədə Prezident İlham Əliyevə müraciət olunub.
Bir nüsxəsi də araz.az-a  daxil olan sahibkarların müraciətində bildirilir ki, bizim başımıza açılan oyunların əlli faizinin günahkarı Zakir Fərəcovdursa yerdə qalan əlli faizinin də günahı Adil Xudadatovdur:
“Cənab Prezident, məlumat üçün bildirək ki, Adil Xudadatov Zakir Fərəcovun tapşırığı ilə Sumqayıtı cəngəllik qanunları ilə idarə edir. Təsəvvür edin, Sumqayıt şəhəri üçün gördüyümüz quruculuq-abadlıq işlərinin uzun müddətdir ala bilmədiyimiz halal pulumuzu Adil Xudadatov bizə 30 faizni rüşvət qarşılığında vermək niyyətindədir. Sual yaranır dövlət büdcəsindən ayrılan vəsait niyə Adil Xudadatovun cibində , evində və ya seyfində olmalıdır? Axı dövlət var, dövlətin büdcəsi var.
Lazımdırsa görülən işlərin pulu köçürmə ilə biz sahibkarlara verilsin. Adil Xudadatovu Sumqayıtda tanımayan yoxdur. Harda qara işlər varsa Zakir Fərəcov onu göndərir. Qanunsuz tikililərdən tutmuş yaşıllıqların məhvinə qədər. Son dövürlür Sumqayıtda nə qədər qanunsuz tikililər var ki, “Şəhərsalma” belə xəbər tuta bilmir. “Balkon artırma, sənədsiz tikinti və s. Adil Xudadatovun əl işləri sayılır.
Bir sözlə, Sumqayıtda bütün tikinti, abadlı işləri ilə bağlı məsələlər Xudadatovun əlindədir. Onun icazəsi olmadan, daha doğrusu pulunu almadan şəhərdə daşı daş üstə qoymaq mümkün deyil. Cənab Prezident, Adil Xudadatov Zakir Fərəcov Abşeron rayonunda icra başçısı olandan qara işləri ilə məşğul olduğuna görə dəfələrlə cəzalanıb. Hətta 15 sutka həbsdə də yatıb. Dəfələrlə vəzifəsindən uzaqlaşdırılıb.
Məlumat üçün onu da qeyd edək ki, Arxitektura komitəsinin iradlarından və tutduğu nöqsanlardan sonra Xudadatov yanvar ayının əvvəlindən tutduğu vəzifədən azad edilərək cərimələnib və həmin vəzifəyə, yəni baş memar vəzifəsinə şəhər arxitektura idarəsi Babək Hüseynovu təyin edib. Naəlac qalan Zakir Fərəcov Xudadatovu tikinti şöbəsinə müdir təyin edib. Yəni Xudadatovun şəhərin memarlıq məsələsinə qarışmaq səlahiyyəti yoxdur. Amma heç bir faydası yoxdur. Zakir Fərəcovun qara kassası və güllə qabağına vermək üçün “peşkəsi” hər dəfə yanında olur.
Biz dəfələrlə Zakir Fərəcova və ölkənin yuxarı instansiyalarına müraciət edərərk öz haqqımızı tələb etməyə cəhd göstəmişik və hər dəfəsində Zakir Fərəcov Adil Xudadatovu qabağa verərək bizi aldatmağa çalışır.
Cənab Prezident xahiş edirik, bu dəfə Dövlət Təhlükəsizlik Xidmətini Sumqayıta göndərin. Onlar araşdırsınlar. Sumqayıtda baş verənləri görsəniz inanmayacaqsınız ki, sizin idarəçiliyinizdə belə bir şəhər və onu idarə edən şəxslər var.
Dərin Hörmətlə Zakir Fərəcov və Adil Xudadatovun əlindən zara gəlmiş bir qrup sahibkar.”
araz.az xəbər portalı.
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxın