Yollarımız hər zaman açıq olsun!
Siyasət
Xatirələri, sevincləri, dəyərləri, arzuları birləşdirən yollarımız hər zaman açıq olsun!
Prezident İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamından sonra hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur.
Artıq 15 ildir ki, peşə bayramını qeyd edən avtomobil yolları işçiləri ölkəmizdə gedən sosial-iqtisadi inkişafa dəstək olmaqla Azərbaycanda yol infrastrukturunun inkişafında mühüm rol oynayırlar. İndi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri məhz yol infrastrukturunun müasir standartlara cavab verərək yenidən qurulmasıdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ölkənin ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin, tunellərin və yol qurğularının, həmçinin Bakı şəhərində yerləşən avtomobil yollarının, prospektlərin və küçələrin vəziyyətinə nəzarətin həyata keçirilməsi, qorunub-saxlanılması, layihələndirilməsi, tikilməsi, cari, orta və əsaslı təmiri və bərpa edilməsi işlərinin aparılmasını həyata keçirir.
Qeyd edək ki, Agentliyin balansında 1532 ədəd körpü, ümumi istifadədə olan 17755 km uzunluqda avtomobil yolu var ki, bunun da 4538 km-i respublika əhəmiyyətli, 13217 km-i isə yerli əhəmiyyətli avtomobil yollarından ibarətdir.













Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər:
Rəşad Vəliyev – Şəmkirdə su təsərrüfatının inkişafına töhfə verən peşəkar rəhbər
Rövşən Ramazanov: IV Şuşa Qlobal Media Forumu həqiqətin bərpasını və etimadın yenidən qurulmasını dünyaya təqdim edir
Ayaz Əliyev: Şuşa Qlobal Media Forumu - Azərbaycan dünyanın diqqət mərkəzindədir
Yasamal rayonunda abadlıq və kommunal xidmətlərin uğurlu təşkilində peşəkar idarəçiliyin nümunəsi – Vüsal Hüseynov
Mingəçevirin İctimai Təhlükəsizliyinin Keşiyində Dayanan Peşəkar Rəhbər – Polis Polkovniki Ədalət Əliyev
Həmçinin oxuyun:
Raqub Yunusov: "“Heydər Əliyev İli” ulu öndərə ümumxalq məhəbbətinin ifadəsidir"
Milli həmrəyliyin Zəfər təntənəsi
Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin təşəbbüsü ilə "Unutmadıq, unutmarıq" adlı tədbir keçirilib
Azərbaycan Orta Dəhliz layihəsində söz sahibidir.
Namizəd İsmayılov: Yeni Azərbaycan Partiyasının Müasir Azərbaycanın tərəqqisində rolu
