» » Xalid Quluzadə: Əminliklə verilən vədlər bugünümüzün reallıqlarında öz təsdiqini tapır

Xalid Quluzadə: Əminliklə verilən vədlər bugünümüzün reallıqlarında öz təsdiqini tapır

Xalid Quluzadə: Əminliklə verilən vədlər bugünümüzün reallıqlarında öz təsdiqini tapır
Gündəm / Siyasət
11:07, 20 февраль 2024
155
0
Müzəffər Qasımov: Əminliklə verilən vədlər bugünümüzün reallıqlarında öz təsdiqini tapır

Sumqayıt Sukanal İdarəsinin rəisi Xalid Quluzadə - 2003-cü ildən bəri ötən 20 ildə Azərbaycanın keçdiyi yol keşməkeşli olsa da bu qısa, lakin əsrə bərabər dönəm qürur, şərəf tarixi adlandırılmağa layiqdir. Zaman baxımından göz qırpımı qədər ani olan 20 il ərzində Azərbaycanın və azərbaycanlıların milli-ictimai statusu, fundamental islahatlar və quruculuq işləri ilə ölkənin mənzərəsi, həyat səviyyəsi dəyişmiş, iki əsrin ağır yükündən xilas olunmuşdur. Məhz bu illərə möhürünü vurmuş hadisələr nəticəsində son 200 ildə əldə edilməsi mümkün olmayan, bəzən isə xəyal edilməsi belə çətin olan nailiyyətlər qazanılmışdır. Bu qazanılan nailiyyətlərin isə bir memarı, bir Lideri olmuşdur: cənab İlham Əliyev. Çiynində qanlı-qadalı Vətən müharibəsi, sinəsində şəhid ağrıları, azad edilmiş şəhərlərin, kəndlərin adlarını rahat, arxayınlıqla elan edə-edə, illərdən bəri donub-daşlaşmış milli ruhu, bütün Azərbaycanı silkələyib oyadan cənab İlham Əliyev.

14 fevral 2024-cü ildə həmin Müzəffər Ali Baş Komandan xalqın ona bir daha göstərdiyi etimadı yüksək dəyərləndirərək and içirdi. And içirdi ki, bundan sonra da xalqa ləyaqətlə xidmət edəcək, xalqın onun üzərinə qoyduğu vəzifəni şərəflə yerinə yetirəcəkdir.

Əslində bu andiçmə mərasimi həm də böyük bir tarixi dönəmin hesabatı idi. Hesabatın əsas tezislərində bir xətt daha çox vurğulanırdı: bütün mübarizənin kökündə milli-mənəvi dəyərlərə sədaqət, xalqa xidmət, azərbaycançılıq ideologiyasına sədaqət.

Cənab İlham Əliyev bildirdi ki, istər daxili siyasətdə, istərsə də xarici siyasətdə ulu öndər Heydər Əliyev kursuna sədaqət bu gün əldə edilmiş nailiyyətlərin əsasını təşkil etmiş, Azərbaycan bu müddətdə dünya birliyində öz layiqli yerini tutmuşdur.

Bu illər ərzində milli iqtisadiyyat uğurla inkişaf etmiş, bunun nəticəsi olaraq Azərbaycanın xarici amillərdən asılılığı tamamilə aradan qaldırılmışdır. Sosial sahə də uğurla inkişaf etmiş, pensiya və əmək haqları artmış, çoxlu sayda iş yerləri açılmışdır. Ölkədə investisiyalar üçün əlverişli mühit yaradılıb, investisiyaların əksəriyyəti daxili vəsaitlərdir. Biznes mühitinin yaxşılaşdırılması üçün islahatlar davam etdirilir, inhisarçılığa qarşı tədbirlər görülmüş və görülməkdədir.

44 günlük Vətən müharibəsində qazanılan qələbəni Azərbaycan xalqının əyilməz ruhunun təcəssümü kimi xarakterizə edən cənab Prezident bu qələbənin xalqın yumruq kimi birləşməsinin, Azərbaycanın igid oğullarının Vətən uğrunda ölümün gözünə dik baxmağın simvolu adlandırmışdır.

Ölkə başçısı qeyd etmişdir ki, bundan sonra yeni dövrə qədəm qoyan Azərbaycan yeni çağırışlar və yeni hədəflər qarşısındadır. Bu hədəflər ilk növbədə vətəndaş cəmiyyətinin inkişafı, xarici təhdidlərə qarşı mübarizə, ordunun gücləndirilməsi, iqtisadiyyatın inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, yaxın illərdə 140 min nəfər məcburi köçkünün doğma yurd-yuvalarına qaytarılmasıdır.

Cənab Prezident qeyd etdi ki, Ermənistanda qisas arzusunda olan revanşist qüvvələr hələ də qalmaqdadır. Ona görə də Azərbaycan bundan sonra da ordusunu gücləndirməyə davam edəcək və istənilən vaxt potensial təcavüzkarın "ağlını başına gətirməyə" hazırdır.

Xarici təhdidlərə qarşı mübarizə üçün ilk növbədə xalqın sarsılmaz birliyinin vacib olduğunu qeyd edən cənab İlham Əliyev böyüməkdə olan nəsli vətənpərvərlik və milli dəyərlər ruhunda yetişdirməyə çağırdı.

Vətəndaş cəmiyyətinin formalaşdırılması üzrə addımlar atmağa çağıran cənab Prezident qeyd etdi ki cəmiyyətin birliyi böyük əhəmiyyət kəsb edir: “İkinci Qarabağ müharibəsindəki parlaq Qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır. Azərbaycanda yaşayan bütün etnik qruplar, bütün xalqlar Azərbaycan Bayrağı altında birləşib. Bu Qələbədə, bu tarixi Zəfərdə ölkəmizdə yaşayan hər bir xalqın öz dəyərli töhfəsi var.”
Beləliklə, Azərbaycan üçün yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Prezident İlham Əliyev fevralın 14-də Milli Məclisdə andiçmə mərasimindəki çıxışında qeyd etdiyi kimi: “Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək. Bu yolda hamımıza uğurlar, yolumuz açıq olsun!”
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxın