Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi və sarsılmazdır
Gündəm / Siyasət
İki qardaş xalqın dostluğu tarixin ağır sınaqlarından keçərək indiki ən yüksək səviyyəsinə çatıb. Türk zabit və əsgərləri 1918-ci ilin martında daş¬nak-bolşevik qırğınlarında Bakı şəhəri¬nin, digər bölgələrin erməni vandalla¬rından azad edilməsində qəhrəmanlıq göstərib şəhid oldular. Çanaqqala sa¬vaşında yüzlərlə azərbaycanlı döyüş meydanında doğma sandığı torpaq uğ¬runda canını fəda etdi. Bu silinməz sə¬hifələr Azərbaycan və Türkiyə arasında tarixi qardaşlıq əlaqələrinin təməlində durur.
Bu gün Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və sıx əməkdaşlıq münasibətləri özünün ən yüksək səviyyəsindədir. Bu iki dövlət arasındakı münasibətlər tarixin sınağından keçmiş, heç bir qüvvə bu birliyi poza bilməmişdir. Əksinə, hər iki dövlət və millət şərəflə ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət", böyük öndər Mustafa Kamal Atatürkün" Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" tarixi sözlərinin həqiqətini dünyaya nümayiş etdirirlər. Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.
44 günlük Qarabağ müharibəsin¬də qazandığımız Zəfərdə Türkiyənin Azərbaycana göstərdiyi siyasi dəstə¬yin rolu ölçüyəgəlməzdir. Prezident Rəcəb Tayyib Ərdoğanın bu mühari-bədə Azərbaycana misilsiz şəxsi siyasi dəstəyi ölkəmizə dost olmayan kənar güclərin müdaxiləsini neytrallaşdırdı, haqqın-ədalətin öz yerini almasını tə¬min etdi. Müharibədən sonra imzala¬nan Şuşa Bəyannaməsi isə iki qardaş ölkə arasında hərbi-strateji müttəfiq¬liyi rəsmiləşdirdi. Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasından sonra mətbuata verdiyi Bəyanatında ölkələrimizi birləşdirən amillərə diqqət çəkərək vurğulayıb: "Mən mətbuat konfranslarında, öz çıxışlarımda dəfələrlə demişəm ki, bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir. Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, işbirliyi, müttəfiqlik nümunəsi göstəririk".
Bu gün Azərbaycanla Türkiyə əməkdaşlığı bütün sahələrdə konkret proqramlar əsasında inkişaf etməkdədir. İki qardaş ölkə xarici siyasət sahəsində vahid mövqedən çıxış edir. Eyni zamanda bölgədə inkişaf, sabitlik və təhlükəsizlik baxımından Türkiyə-Azərbaycan birliyi, tandemi olduqca önəmli və təsirlidir.
Azərbaycan –Türkiyə münasibətləri bütün digər sahələrdə olduğu kimi hərbi sahədə də inkişaf etməkdədir. Təsadüfi deyildir ki, Azərbaycanda Türk Ordusunun kiçik modelini yaratmaq əsas hədəfimizdir. Artıq bu sahədə əməli-praktiki işlərə start verilib. Qardaş ölkə ilə birlikdə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi edilməsi dediklərimizin əyani sübutudur.
Hər zaman olduğu kimi, Qarabağın yenidənqurma işlərində də Türkiyə-Azərbaycan qardaşlığı birgədir, işğaldan azad edilmiş torpaqlarımızın yenidən tikilib qurulmasında Türkiyə dövləti yaxından iştirak etməkdədir. Azad edilmiş ərazilərdə start verilmiş bərpa quruculuq işlərini həyata keçirtmək üçün təbii ki, ilk kontraktlar Türkiyə dövləti ilə imzalanıb. Görüləcək böyük həcmli işlər birgə həyata keçiriləcək, Türkiyə şirkətlərinin burada fəaliyyəti üçün yeni imkanlar yaranacaq.
Bir millətin iki dövlətinin qarşılıqlı əlaqələrinin spektri, münasibətlərinin özəlliyi və möhkəmliyi artıq sərhədləri aşıb. Bu birliyin yaratdığı qüdrət bütün maneələri aradan qaldırmağa qadirdir. Göründüyü kimi, bu gün dünyaya nümunə kimi göstərilən, bərabəri olmayan Azərbaycan-Türkiyə birliyi cənab İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın ortaya qoyduqları qətiyyətli siyasətlə getdikcə daha da möhkəmlənir və bu, şad gündə də, dar gündə də bir-birinin yanında olan uca türk millətini hər zaman qürurlandırır.
Bəhram Bağırov,
Salyan şəhər 1 saylı humanitar təmayüllü məktəb-liseyin müəllimi
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər:
Həmçinin oxuyun:
İslam İsmayılov : Zəfər zirvəsinə yüksələn qəhrəmanlar
Hacı Fərəc müəllim: Əldə olunmuş bu tarixi nəaliyyətlər Ali Baş Komandan İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı və zərgər dəqiqliyi ilə qurub-yaratdığı hərbi-siyasi xarakterli müdrik strateji gedişlərin əməli nəticəsidir
Niyazi Bayramov: Tarixi missiya
Manaf Manafov: Azad edilmiş torpaqlara həyat qayıdır
Azərbaycan Orta Dəhliz layihəsində söz sahibidir.