Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında əməkdaşlıq genişlənir -Fotolar
---

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Türkiyənin Kamu-Sen Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti ilə görüş keçirilib.
aia.az xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov iki ölkə arasında möhkəm tarixi köklərə və ortaq dəyərlərə əsaslanan münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib. O bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluğu və birgə səyləri bu əlaqələrin daha da möhkəmlənməsini və inkişafını şərtləndirən əsas amillərdəndir.
Konfederasiya sədri iki ölkənin həmkarlar ittifaqları arasında əlaqələrin dinamik inkişaf etdiyini deyib, qarşılıqlı səfərlərin, birgə tədbirlərin və həyata keçirilən təcrübə mübadiləsinin münasibətlərin daha da möhkəmlənməsinə önəmli töhfə verdiyini vurğulayıb.
Görüşdə qonaqlara əmək hüquqlarının müdafiəsi, layiqli iş şəraitinin təmin olunması, üzvlərin sağlamlığının qorunması, eləcə də onların müalicə və istirahətinin səmərəli təşkili istiqamətində görülən işlər və həyata keçirilən layihələr barədə məlumat verilib.
Türkiyənin Kamu-Sen Həmkarlar İttifaqları Konfederasiyasının sədri Öndər Kahveci rəhbərlik etdiyi qurumun dövlət qulluqçularının əmək hüquqlarının müdafiəsi və iş şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən danışıb. Öndər Kahveci birgə layihələrin həyata keçirilməsinin, beynəlxalq həmkarlar ittifaqları platformalarında koordinasiyalı fəaliyyətin əhəmiyyətinini qeyd edib.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb, əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.



Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər:
Kamaləddin Qafarov: “Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir”
Kamaləddin Qafarov: “ Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir”
Münasib Qurbanov: İlham Əliyev – Azərbaycanın Taleyini Öz Əlləri ilə Yazdığı Dövrün Prezidenti
Rafiq Zülfüqarov: İlham Əliyev – Azərbaycan Tarixində Sözünü Nəticələrlə Deyən Prezident
Müslim Mahmudov: Azərbaycanın Yeni Güc Formulu - İlham Əliyevin Qətiyyəti, Xalqın Birliyi, Dövlətin Zəfəri
Həmçinin oxuyun:
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olunub -Fotolar
İslam İsmayılov : Zəfər zirvəsinə yüksələn qəhrəmanlar
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin təşəbbüsü ilə "Unutmadıq, unutmarıq" adlı tədbir keçirilib
Azərbaycan Orta Dəhliz layihəsində söz sahibidir.
