» Yusif Yusibov və qardaşı Cavanşir Yusibovdan bəzi "jurnalistlər" nə istəyir?

Yusif Yusibov və qardaşı Cavanşir Yusibovdan bəzi "jurnalistlər" nə istəyir?

Yusif Yusibov və qardaşı Cavanşir Yusibovdan bəzi "jurnalistlər" nə istəyir?
---
10:55, 02 ноябрь 2023
124
0

Bəli, Azərbaycan jurnalistikasında analogiyalardan istifadə etmək kimi uğursuz bir təcrübə yayılmaqdadır. Bəzi TikTok səhifələrində Gəncə Dövlət Universitetinin rektoru, Kimya elmləri doktoru, professor Yusif Yusibov və qardaşı Cavanşir Yusibovdan jurnalistliyə yaraşmayan videosujetlər hazırlayırlar.



Məsələn, hansısa bir vəzifə sahibi qanunsuzluğa rəvac verdiyinə görə ciddi tənqid olunursa, vəzifədən alınırsa, kütləvi informasiya vasitələri düşürlər həmin şəxsin eyni vəzifəni daşıyan həmkarlarının üstünə, başlayırlar oxşar nöqsanlar axtarmağa. Rast gəldikləri çatışmazlıq hallarını da “şişirdib” az qala ağır cinayət kimi təqdim edirlər. Gəncə Dövlət Universitetinin rektoru, Kimya elmləri doktoru, professor Yusif Yusibovun haqqında şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə üzümüzü tutub deyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyali olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Gəncə Dövlət Universitetinin rektoru, Kimya elmləri doktoru, professor Yusif Yusibov ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o, bu vəzifəyə təsadüfi gəlməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar. Gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxın