Rasim Nəbiyev: Mehriban xanım həm də müasir dövrün qadın lideri kimi dünyaya Azərbaycan qadınının intellektual gücünü, nəcibliyini və yüksək mənəvi keyfiyyətlərini nümayiş etdirir

Siyasət

“Sərham” MMC-nin, Bakıxanov Çörək Zavodunun baş direktoru, “Möcüzə Market”in rəhbəri Rasim Nəbiyev - Bu gün Azərbaycan xalqı üçün xüsusi bir gündür – Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın doğum günü. Mehriban xanım öz ömür yolunu Vətənə və xalqa xidmətə həsr edərək, xeyirxahlıq, mərhəmət və insani dəyərlərlə zəngin bir həyat nümunəsi yaratmışdır. Onun səmimiyyəti, sadəliyi və xalqa bağlılığı həm ölkə daxilində, həm də beynəlxalq miqyasda böyük rəğbət qazanmışdır.
Mehriban Əliyevanın fəaliyyətinin əsas qayəsi insan amilidir. Təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə həyata keçirdiyi layihələr yalnız bu günün ehtiyaclarına deyil, həm də gələcəyin sağlam və savadlı nəslinin formalaşmasına xidmət edir. Onun təşəbbüsü ilə uşaq bağçaları, məktəblər, tibb müəssisələri, idman kompleksləri istifadəyə verilmiş, minlərlə insanın həyat şəraitinin yaxşılaşdırılmasına nail olunmuşdur.
Xüsusi qeyd edilməlidir ki, şəhid ailələri, qazilər və müharibə veteranları Mehriban xanımın diqqətində daim ön sıradadır. Onun qayğıkeş münasibəti, mənəvi dəstəyi və həssas yanaşması yüzlərlə ailəyə ümid işığı bəxş etmişdir. Vətən müharibəsi dövründə etdiyi müraciətlər, həmrəylik və birliyi möhkəmləndirən çağırışları xalqımız tərəfindən minnətdarlıqla qarşılanmışdır.
Heydər Əliyev Fondunun rəhbəri kimi o, artıq iki onillikdən çoxdur ki, ölkənin ictimai-sosial həyatında mühüm missiya daşıyır. Fondun təşəbbüsləri nəticəsində Azərbaycanın tarixi abidələri qorunmuş, milli-mədəni irs beynəlxalq aləmdə tanıdılmış, UNESCO-nun siyahılarına daxil edilmişdir. Bu fəaliyyətlər Azərbaycanın dünyadakı mövqeyini daha da möhkəmləndirmişdir.
Mehriban xanım həm də müasir dövrün qadın lideri kimi dünyaya Azərbaycan qadınının intellektual gücünü, nəcibliyini və yüksək mənəvi keyfiyyətlərini nümayiş etdirir. Onun fəaliyyətində humanizm və ziyalılıqla yanaşı, güclü dövlətçilik mövqeyi də öz əksini tapır.
Bu gün biz Mehriban Əliyevanın xidmətlərini dərin minnətdarlıqla xatırlayır, ona uzun ömür, sağlamlıq və yeni uğurlar arzulayırıq. Onun parlaq ömür yolu gələcək nəsillərə nümunə olacaq, humanist və xeyirxah missiyası xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
Ad gününüz mübarək, Mehriban xanım! Siz Azərbaycan xalqının qəlbində daim sevgi, hörmət və ehtiramla yaşayırsınız.
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər:
Səbuhi Abdullayev: Türk Dünyasının Birliyi Qəbələdən Gücləndi: TDT Zirvəsi Regional Sülh və Strateji Əməkdaşlığa Yeni İvme Verdi
Şahin müəllim – Aptek sahəsində dürüstlüyün, məsuliyyətin və insanlıq borcunun təcəssümü
Mehi Həsənov: Azərbaycan Türk dünyasının birliyinə davamlı töhfələr verir
Zaur Abdullayev: Türk dünyasının inteqrasiyası: Birgə gələcəyə doğru
Müşfiq Məmmədov: Tarixi Qələbədən Böyük Qayıdışa - yeni dövrün hədəfləri
Həmçinin oxuyun:

Un və iqtisadi düşüncənin kəsişdiyi uğur modeli – “Bərdə-Çörək” ASC-yə dəyər qatan Məhərrəm Şəfiyevin rəhbərlik vizyonu

Hacı müəllim: Xalqımızın qüruru

Fəxrəddin Məmmədov : Güclü xalqdan qalib gələcəyə

Mehman Eminov: Müasir Azərbaycan qadınının real obrazı - Mehriban Əliyeva

Hacı Məhərrəm Novruzov: Nümunəvi ömur yolu