Xətai rayonunda növbəti tikinti qalmaqalı: Ağacları kim kəsir, qurumlar niyə susur? - VİDEO
Hadisə

Xətai rayonu, Əliağa Şıxlınski küçəsi 40 ünvanında aparıldığı bildirilən tikinti işləri ilə bağlı redaksiyamıza narahatedici məlumatlar daxil olub. Məlumata görə, sözügedən ərazidə tikinti aparılması üçün çoxsaylı ağaclar kəsilib və yaşıllıq sahəsinə ciddi ziyan vurulub.
Sakinlər haqlı olaraq sual edirlər: Dövlətin aidiyyati qurumlar hara baxır?Fövqəladə Hallar Nazirliyi tikintinin təhlükəsizlik və normativ tələblərə uyğunluğunu yoxlayırmı? Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bu tikintidən xəbəri varmı? Əmlak Məsələləri üzrə aidiyyəti qurumlar və Xətai Rayon İcra Hakimiyyəti bu prosesdən xəbərdardırmı?Tikinti qanunsuz aparılırsa, onda bu özbaşınalığa niyə göz yumulur? Ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin araşdırma aparmasına ciddi ehtiyac yaranıb.Daxil olan məlumatlarda iddia olunur ki, tikinti prosesinin arxasında Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevin dayandığı bildirilir. Bu, ciddi iddiadır və aidiyyəti qurumlar tərəfindən araşdırılmalıdır. Qeyd edək ki, hazırda bu iddianın rəsmi təsdiqi yoxdur və qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Nyus.Az
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər:
Kamaləddin Qafarov: “Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir”
Kamaləddin Qafarov: “ Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir”
Münasib Qurbanov: İlham Əliyev – Azərbaycanın Taleyini Öz Əlləri ilə Yazdığı Dövrün Prezidenti
Rafiq Zülfüqarov: İlham Əliyev – Azərbaycan Tarixində Sözünü Nəticələrlə Deyən Prezident
Müslim Mahmudov: Azərbaycanın Yeni Güc Formulu - İlham Əliyevin Qətiyyəti, Xalqın Birliyi, Dövlətin Zəfəri
Həmçinin oxuyun:
Qobu yolunda qanunsuz tikinti xaosu – məsul qurumlar niyə susur?! FOTO/VIDEO FAKT
Elxan Allahverdiyev rayon sakinlərinin müraciətlərini dinlənilərək onlar tərəfindən qaldırılan məsələlərin qanunamüvafiq qaydada həlli ilə əlaqədar aidiyyəti üzrə konkret tapşırıqlar verir
Nazirliyin giziri itkin düşüb
Qərbi Azərbaycana qayıdışla bağlı görüləcək işlər dövlətimiz üçün prioritet istiqamətdir.
Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin təşəbbüsü ilə "Unutmadıq, unutmarıq" adlı tədbir keçirilib
