Tərtər səhiyyəsində şöbə müdiri “rəzalət” yaşadır
Gündəm

Xeyli müddətdir ki, Tərtər Mərkəzi Rayon Xəstəxanasında yaşanan ab-hava, yəni bu səhiyyə müəssisəsində baş alıb gedən qanunsuzluqlar, süründürməçilik halları, həddi-hüdudu bilinməyən biabırçılıqlar, sakinlərin etdikləri giley-güzarlar və s., əksər media qurumlarının gündəmini zəbt edən əsas mövzulardan birinə çevrilib. Bugünlərdə isə redaksiyamıza daxil olan sensasion məlumatlar sırasında Tərtər MRX-da şöbə müdiri vəzifəsini daşıyan Gülarə Əhmədovanın adı daha çox hallanmaqdadır. Belə ki, daxil olan məlumatlarda vurğulanır ki, xanım şöbə müdiri bu gün də bir kimsəni “priznavat” etmir və o, çalışdığı səhiyyə müəssisəsini, sanki “kolxoz bazarı”na çevirib. Bir sözlə, MRX-da gəlirli sahələrdən birinə rəhbərlik edən bu xanım, hələ ki, bir kimsədən ehtiyat etmir və daşıdığı vəzifəsinin imkanlarından yararlanaraq hər işdən pul çıxarır. Belə bir səbəbdəndir ki, Gülarə Əhmədovanın adı yerli sakinlər arasında “rüşvətxor şöbə müdiri” deyə hallanır.
Bütün bunlar haqda hər kəsi yaxın günlərdə məlumatlandırmağa çalışacağıq. Bizi izləyin.
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər:
Kamaləddin Qafarov: “Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir”
Kamaləddin Qafarov: “ Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir”
Münasib Qurbanov: İlham Əliyev – Azərbaycanın Taleyini Öz Əlləri ilə Yazdığı Dövrün Prezidenti
Rafiq Zülfüqarov: İlham Əliyev – Azərbaycan Tarixində Sözünü Nəticələrlə Deyən Prezident
Müslim Mahmudov: Azərbaycanın Yeni Güc Formulu - İlham Əliyevin Qətiyyəti, Xalqın Birliyi, Dövlətin Zəfəri
Həmçinin oxuyun:
Qərbi Azərbaycana qayıdışla bağlı görüləcək işlər dövlətimiz üçün prioritet istiqamətdir.
Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin təşəbbüsü ilə "Unutmadıq, unutmarıq" adlı tədbir keçirilib
Azərbaycan Orta Dəhliz layihəsində söz sahibidir.
Namizəd İsmayılov: Yeni Azərbaycan Partiyasının Müasir Azərbaycanın tərəqqisində rolu
