AƏSMA-da innovativ ideyaların reallaşdırılması üçün yeni imkanlar yaradılır -Fotolar
---

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) Təlim mərkəzində İnnovativ laboratoriya fəaliyyətə başlayıb.
aia.az xəbər verir ki, tədbirdə AHİK, üzv və tabe təşkilatların rəhbərləri, dövlət qurumlarının nümayəndələri, Akademiyanın professor-müəllim və tələbələri, eləcə də rəqəmsal texnologiyalar üzrə mütəxəssislər iştirak ediblər.
Konfederasiya sədrinin müavini Musa Mirzəyev həmkarlar ittifaqları üzvlərinin bilik və bacarıqlarının artırılması, onların maarifləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən danışıb. Vurğulanıb ki, Təlim mərkəzində yaradılan İnnovativ laboratoriya yüksək potensiallı tələbələr və professor-müəllim heyəti üçün yeni imkanlar açacaq.
Elm və Təhsil Nazirliyinin şöbə müdiri Turxan Süleymanov çıxışında laboratoriyanın gənclərin innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına, həmçinin startap layihələrinin inkişafına əlavə imkanlar yaradacağını qeyd edib.
Akademiyanın rektor vəzifəsini icra edən Fərid Babayev ali təhsil müəssisəsində tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən, əmək bazarının tələblərinə uyğun kadr hazırlığından söz açıb.
Tədbir çərçivəsində Akademiyanın Təlim mərkəzinin fəaliyyəti və həyata keçirilən layihələr, ali təhsil müəssisəsinin beynəlxalq əlaqələri barədə məlumat verilib. Vurğulanıb ki, Akademiya Böyük Britaniyanın Əməyin Təhlükəsizliyi və Sağlamlığı İnstitutunda (IOSH) akkreditasiyadan keçib.
Tədbirdə tələbələrin startap layihələri təqdim edilib, həmçinin təlim proqramlarında yüksək nəticə əldə edən iştirakçılara sertifikatlar verilib.
Qeyd edək ki, AƏSMA-nın Təlim mərkəzində informasiya texnologiyaları sahəsində peşəkar bilik və bacarıqların inkişaf etdirilməsi məqsədilə “Cisco” təlimlərinin təşkili də nəzərdə tutulur.







Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər:
AƏSMA-da innovativ ideyaların reallaşdırılması üçün yeni imkanlar yaradılır -Fotolar
Kamaləddin Qafarov: “Bakı beynəlxalq müzakirə platformasına çevrilir”
AHİK nümayəndə heyəti Cenevrədə BƏT rəsmiləri ilə görüşlər keçirib -Foto
Eldar Quliyev: “Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərin yeni, strateji müstəviyə transferi regionumuzda sülh sahəsində əldə olunmuş nəticələri daha da möhkəmləndirir”
Eldar Quliyev: “Azərbaycanın xarici siyasət strategiyası regional və qlobal sülhün möhkəmlənməsinə, beynəlxalq əməkdaşlığın bütün sahələrdə genişlənməsinə xidmət edir”
Həmçinin oxuyun:
AHİK nümayəndə heyəti Cenevrədə BƏT rəsmiləri ilə görüşlər keçirib -Foto
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olunub -Fotolar
"Haqqın, həmrəyliyin və təhsilin səsi" – Xudaverdi Əliyevin Sumqayıtda həmkarlar ittifaqı mədəniyyətini yüksəldən fəaliyyəti
Peşəkar məşqçi nominasiyasının qalibi danışdı -Fotolar
Tərtər səhiyyəsində şöbə müdiri “rəzalət” yaşadır
