Kəlbəcərin ADı olub, ÖZÜ olmayan 96 nömrəli MƏKTƏBi - Nazirə müraciət olundu
Təhsil
BİA.az-a Şəmkirin Varlı Həyat kəndində yerləşən Kəlbəcər rayon 96 nömrəli məktəbin faəaliyyəti barədə ilginc məlumatlar daxil olmuşdur.
Məlumatda bildirilir ki, vaxtilə bu məktəb kifayət qədər bərbad və olduqca ciddi uçqun təhlükəli olub. Hələ o vaxt sosial şəbəkələrdə Şəmkirin Varlı Həyat kəndində yerləşən Kəlbəcər rayon 96 nömrəli məktəbin tədris üçün tamamilə şəraitsiz olması ilə bağlı video yayılıb. Görüntülərdən aydın olur ki, məktəb bərbad vəziyyətdədir və uçqun təhlükəsi altındadır.
Məsələ ilə bağlı Təhsil Nazirliyindən medianın sorğusuna cavab olaraq bildirilib ki, Şəmkirin Varlı Həyat kəndində yerləşən Kəlbəcər rayon 96 nömrəli məktəbin şagird və müəllim heyətinin yaxınlıqdakı məktəbə köçürülməsi nəzərdə tutulur və 1 ildən sonra 40 şagird yerlik modul tipli köçkün ümumi orta məktəb binası quraşdırılıb.
Məlumatda deyilir: "Məktəbdə kənddə məskunlaşan Kəlbəcərli və yerli sakinlər təhsil alır. Əgər buna təhsil demək olarsa. Dərsə davamiyyət demək olar ki, yox dərəcəsindədir. Yeni dərs ili başlayandan bu günə kimi məktəbin qapıları şagirdlərin üzünə bağlı vəziyyətdədir. Direktoru məktəbdə tapmaq müşkül məsələdir. Gəlib neyləyəcək ki? Öz iş-günündə, kefindədir. Ancaq ayda bir dəfə məktəbə gəlib jurnalları yazdırıb gedir".
Məlumatda bildirirlər ki, uşaqları evdə qalıb, əməlli-başlı təhsil ala bilmir. Direktor Habil Məmmədovun yarıtmaz failiyyəti ucbatından məktəb fəaliyyətsiz qalıb.
Sual olunur: Əgər fəaliyyət göstərmirsə ştatda olan müəllim və texniki işcilərin maaşlarını kimlər pay-püşk edir?
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin məsul vəzifəliləri, xüsusilə Kəlbəcər rayonu üzrə təhsil sektorunun müdiri Namiq Rəcəbovun bu məktəbdən xəbəri varmı?
Kənd sakinlər mətbuat vasitəsi ilə Elm və Təhsil Nazirliyinin rəhbərliyindən xahiş edirlər ki, bu məsələ barədə ciddi yoxlama aparılsın və məktəbin fəaliyyətinin bərpası üçün aidiyyatı üzrə göstəriş verilsin.
Şəsləndirilən iddialarla bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovla əlaqə saxlamağa çalışsaq da, cəhdimiz alınmadı.
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
Ardı var...

Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər:
Həmçinin oxuyun:
Azərbaycan Orta Dəhliz layihəsində söz sahibidir.
Namizəd İsmayılov: Yeni Azərbaycan Partiyasının Müasir Azərbaycanın tərəqqisində rolu
“İRANLA AZƏRBAYCAN ARASINDA GƏRGİNLİK ARTACAQ, MÜNASİBƏTLƏR KƏSKİNLƏŞƏCƏK...” - “Bu addımları atsaq, Tehran rejimi Azərbaycana heç nə edə bilməz...”
Tural Hüseynli : Yeni iqtisadi inkişaf modeli - Azərbaycanı nə gözləyir...
Soçidə daha çox Rusiyanın taleyi həll olundu... - NƏ BAŞ VERİR?