» » Cəlilabad rayon Elektrik şəbəkəsi ilə bağlı yazılanlar şər və böhtandır - MÖVQE

Cəlilabad rayon Elektrik şəbəkəsi ilə bağlı yazılanlar şər və böhtandır - MÖVQE

Cəlilabad rayon Elektrik şəbəkəsi ilə bağlı yazılanlar şər və böhtandır - MÖVQE
Siyasət
13:19, 26 апрель 2023
72
0
Son günlər bəzi internet saytlarında “Azərişıq” ASC-nin Cəlilabad rayon Elektrik şəbəkəsi ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Həmin məlumatları araşdırmaq məqsədiylə adı cəkilən müəssisədə olduq. Deyilənləri, yazılanları dəqiqləşdirməyə çalışdıq. Məlumatların haradan qaynaqlandığını deyə bilmərik. Lakin Cəlilabad rayon Elektrik şəbəkəsində faktiki olaraq vəziyyət heç də yazılanlarda göstərilən kimi deyil. Əksinə, burada durum tamam fərqlidir və bunu bilmək üçün alim-filan olmağa da ehtiyac yoxdur. Bir az özünə əziyyət verib buraya təşrif buyurmaq kifayətdir. Yox, əgər bəzi həmkərlarımız Cəlilabad rayon Elektrik şəbəkəsinə gəlmək istəməyib, kənardan «qarmaq» atmaq eşqindədirlərsə, o zaman yazdıqlarımızı diqqətlə oxuyub, vəziyyətdən hali olsunlar.

Bəri başdan tam məsuliyyətlə qeyd edirik ki, Cəlilabad rayon Elektrik şəbəkəsi barədə yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. Ən azından şəbəkənin kollektivi tərəfindən bu məqalələr nifrətlə qarşılanıb. 42 il əvvəl, 1981-ci il oktyabrın 20-də “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) birinci enerji bloku ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilib, bununla da Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulub. Sonrakı illərdə Prezident İlham Əliyevin bu sahəyə ciddi diqqəti sayəsində milli energetika salnaməmizin daha bir şanlı səhifəsi yazıldı. Bu gün ölkəmizin ən ucqar rayon və kəndlərinə qədər hər yerdə əhali yüz faiz elektrik enerjisi ilə təmin olunur. Ölkə rəhbərliyinin diqqət və qayğısından sonra Azərişıq ASC-nin əməyini qeyd etmək yerinə düşər. 

Bu mənada, Azərişıq ASC-nin sədri cənab Vüqar Əhmədov öz vəzifəsini layiqincə yerinə yetirən, xalqina, millətinə və dövlətinə sədaqətlə xidmət edən bir insandır. Eyni zamanda, ucqar dağ rayon və kəndlərində çalışan energetiklər vardır ki, belə demək mümkündürsə, onlar hər gün insanların evinə işıq göndərir, ocaqlarını işıqlandırır. Bu rayonlardan biri də Cəlilabad rayonudur. 

Hazırda Cəlilabad rayonunda 119 kəndlə bərabər bütün rayon ərazisi fasiləsiz elektrik enerjisi ilə təmin olunur. Bu gün Cəlilabad rayonunda ucqar dağ kəndlərində belə elektrik xətlərinin davamlılığı, elektrik enerjisinin fasiləsizliyi tam nəzarətdədir.  

Aydın məsələdir ki, hər bir mətbuat orqanının özünün dəsti-xətti, marağı və istəyi var. Amma bütün bunları bir araya gətirmək üçün ədalətl mövqe lazımdır. Çünki yazılan yazılardakı qərəz göz çıxardığı qədər, maraq da ədalətsizliyin fövqündə dayanmış şəkildə görsənir.

Bu bir həqiqətdir ki, Cəlilabad rayon Elektrik şəbəkəsinin həyatında vəziyyət çox dəyişib. Aydın məsələdir ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin bu mühüm sahəyə göstərdikləri ugurlu siyasətin məntiqi nəticəsidir.

Sonda bəzi həmkarlarımıza xatırlatmaq istəyirik ki, fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq hec bir qələm sahibinə hörmət gətirməz. Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.

Və bir də heç bir “etibarlı mənbə” Cəlilabad rayon Elektrik şəbəkəsinin kollektivini əvəz edə bilməz. Getdik, gördük və yazırıq. DÜZÜ DÜZ, ƏYRİNİ ƏYRİ...

Yenixeber.com.az
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxın