Rusiya itirə-itirə gəlir – İki ən güclü tərəfdaşı da üz döndərdi
Siyasət
Pekin bir tərəfdən Rusiya ilə strateji tərəfdaşlığını davam etdirir, digər yandan Vaşinqtona siqnallar göndərir ki, Ukraynaya qarşı işğalçı müharibəni dəstəkləmir. Ərazi bütövlüyü prinsipi Pekin üçün önəmlidir, çünki özündə separatçı meyllər var. Məsələn, Çin lideri Si Cinpin Astanada olarkən, birmənalı şəkildə Qazaxıstanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etdi.
Musavat.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində bildirilir.
Mərkəzin ekspertlərinin fikrincə, Çin liderinin bu mesajı Moskvaya ünvanlanıb:
“Buna baxmayaraq, Pekin işğalçı müharibəyə görə Kremli tənqid etmir və Rusiyaya qarşı Qərbin sanksiyalarına qoşulmur. Çin lideri Cinpin “Böyük İyirmilər”in zirvə toplantısında çıxış edərkən Rusiyanın Ukraynada apardığı işğalçı müharibə barədə bir cümlə də işlətmədi.
Pekin Rusiyaya hərbi texnika göndərməsə də, Vaşinqtonun şübhələri azalmayıb. Məsələn, Moskva İrandan aldığı kimi Çindən də pilotsuz uçan aparatlar (PUA) əldə etmək istəyir. Ancaq Rusiyanın Çindən dronlar almasına dair məlumat yoxdur.
Bir qrup çinli ekspert dronların və raketlərin müharibədə faydalı olmayacağı qənaətindədir. Həmin ekspertlər buna misal olaraq Əfqanıstanda Talibana məğlub olan ABŞ-ı göstərirlər. Çin qitələrarası ballistik raketləri sınaqdan keçirir, yeni sualtı gəmilər inşa edir. Bu sualtı gəmilər nüvə başlıqlı raketlərə malikdirlər”.
Mərkəzin ekspetləri qeyd edirlər ki, Çin eyni zamanda fərqli ölkələrdə istehsal edilən hərbi texnikaya və bunları istehsal imkanlarına da qiqqət yetirir:
“Məsələn, müharibədən əvvəl Çin Ukraynanın mühərrik istehsal edən zavodlarından biri ilə müqavilə imzalamışdı. Ukrayna zavodu Çinə 400-dən çox irihəcmli mühərrik satmalıydı. Anlaşmanın dəyəri 800 milyon dollar idi. Müharibə bu planları alt-üst etdi. Vaşinqton da Kiyevə təsir edərək Çinlə müqavilənin ləğvini istədi. Belə olan halda Pekinin iki çıxış yolu qalırdı: ya oxşar mühərrikləri Rusiyadan almaq, ya da yerli istehsalı təmin etmək. Pekin ikinci varianta üstünlük verib. Çində dəyəri 100 milyon dollar olan mühərrik zavodu inşa edilir.
Rusiyanın Ukraynada hərbi gücü zəifləyib. Bundan başqa, müharibə Rusiya hərbi texnikasının modern olmadığını da göstərdi. Bir çox dövlətin Rusiya hərbi texnikasına marağı azalıb. Rusiyanın yaxın tərəfdaşı Çin hərbi texnikanın istehsalı məsələsində Moskva ilə əməkdaşlığa üstünlük verməkdənsə, yerli istehsala üstünlük verəcək. Rusiyanın əsas alıcılarından biri də Hindistan idi. Ancaq Dehli də Rusiya əvəzinə tədricən ABŞ və Avropa ölkələrinin hərbi texnikalarını almağa üstünlük verir”.

Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər:
Həmçinin oxuyun:
Azərbaycan Orta Dəhliz layihəsində söz sahibidir.
GENERAL ZALUJNIY YUMRUĞUNU MASAYA VURDU! – Rusiyanın kapituliyasiyadan başqa yolu qalmayıb...
Dünyanın "qapıları" Rusiyanın üzünə bərk-bərk qapadılıb: Putin "G-20" zirvəsinə qatılmağa niyə risk etmədi
“VƏZİYYƏT MÜRƏKKƏBDİR, QARABAĞDA TƏXRİBATLAR GÖZLƏNİLİR!” - “Ermənistan sülhü deyil, köhnə siyasəti davam etdirməyi seçir”
Soçidə daha çox Rusiyanın taleyi həll olundu... - NƏ BAŞ VERİR?