GENERAL ZALUJNIY YUMRUĞUNU MASAYA VURDU! – Rusiyanın kapituliyasiyadan başqa yolu qalmayıb...
Gündəm / Siyasət
Ötən həftə nüfuzlu Qərb KİV-ləri ABŞ və Avropa müttəfiqlərinin Ukraynanın siyasi rəhbərliyinə Rusiya ilə danışıqlar qapısını açıq qoymaq üçün təzyiqlər etdiyi barədə xəbərlər yaymışdı. Diplomatik mənbələrdən verilən məlumatlara görə, Vaşinqton və Brüssel Prezident Volodimir Zelenskinin sərt mövqeyindən narazıdır və onun yumşaldılmasını istəyirlər.
Xatırladaq ki, V.Zelenski fərman imzalayaraq Rusiya ilə danışıqlara getməyi özünə qadağan edib.
Bu məlumatlardan sonra doğrudan da Ukrayna Prezidenti, onun köməkçiləri, habelə Xarici İşlər naziri Dmitri Kuleba Ukraynanın ərazi bütövlüyünün bərpası, işğala son qoyulması şərti ilə Rusiya ilə danışıqlar masasına oturmağa hazır olduğunu bəyan ediblər.
Dünən Türkiyənin paytaxtı Ankarada Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uliyam Börnslə müzakirələr apardığı barədə xəbərlər yayılıb və təsdiqini tapıb. Mediaya sızdırlan məlumatlarda tərəflərin sülh planı üzərində işlədiyi, əgər razılaşma olarasa, Rusiya qoşunlarının Krım xaric Ukrayna torpaqlarını tərk edəcəyi bildirilir.
Bu gün Ukrayna hərbi-siyasi elitasından verilən açıqlamalarda rəsmi Kiyevin mövqeyi dəqiq ifadə olunub.
Ukrayna ordusunun Baş komandanı Valeri Zalujnıy bəyan edib ki, Ukrayna əsgərləri heç bir danışıqları, razılaşmaları və ya kompromis qərarları qəbul etməyəcək.
Ukrayna Prezidenti Zelenski isə G20-nin İndoneziyada keçirilən sammitinin iştirakçılarına müraciət edib. Prezident videomüraciətində dünya liderlərini Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni dayandırmağa çağırıb.
v“Ukraynaya qarşı müharibənin dayandırılması üçün vaxt çatıb. Biz Rusiyaya öz qüvvələrini gücləndirmək üçün imkan verə bilmərik. Mən əminəm ki, bu müharibəni dayandırmaq zamanı gəlib çatıb” - deyə Zelenski bəyan edib.
Prezident deyib ki, müharibənin başa çatması üçün Rusiya öz qoşunlarını çıxarmalı, vurduğu zərərə görə kompensasiya ödəməli və Ukraynanın ərazi bütövlüyünü təsdiqləməlidir. Zelenski həmçinin müharibədən sonrakı təhlükəsizlik sisteminin möhkəmləndirilməsi üçün beynəlxlaq konfrans çağrılmasını təklif edib.
Onu da xatırladaq ki, G20 zirvə görüşündən əvvəl keçirilən ABŞ-Çin danışıqlarında nüvə silahından istifadənin yolverilməzliyi haqqında razılaşma əldə olunub. Prezident Bayden və Çin rəhbəri Si Cipin bəyan ediblər ki, nüvə müharibəsi heç vaxt aparılmamalıdır və bu savaşda heç kim qalib gələ bilməz.
Gedişatı dəyərləndirən siyasi təhlilçi Şahin Cəfərli hesab edir ki, hazırda Ukraynanın ən güclü adamı general Zalujnıy bu açıqlaması ilə möhürünü vurub. “ABŞ və Çin liderlərinin Ukraynaya qarşı nüvə silahının tətbiqi və ya tətbiq ediləcəyi barədə hədələrin əleyhinə vahid mövqe ortaya qoyması çox önəmli hadisədir. Dünyanın 2 qüdrətli dövləti Putinə bu barədə ortaq xəbərdarlıq göndərmiş oldular. Çin işğal və ilhaq edilmiş Ukrayna ərazilərini, o cümlədən Krımı Rusiya ərazisi kimi tanımır. Bu isə o deməkdir ki, Çin Ukrayna ordusunun Krıma daxil olmasını da Rusiya tərəfindən nüvə silahının tətbiqi üçün legitim səbəb saymayacaq. Yəni Putinin nüvə silahı kartının da əlindən çıxdığını söyləmək olar”, - Cəfərli qeyd edib.
Müşahidəçilərə görə, Zalyujnıyın məlum bəyanatı hansısa kompromislər hesabına müharibəni dayandırmaq istəyən daxili və xarici qüvvələrə ciddi mesajdır. Hətta Prezident Zelenski də onun mövqeyini nəzərə almadan hər hansı addım ata bilməz. Beləliklə, qarşıdakı həftələrdə Rusiya hakimiyyəti Ukraynadan çıxmaq barədə siyasi qərar qəbul etməsə, müharibə daha şiddətlə davam edəcək və işğalçı ordunun dəhşətli itkiləri və iflası labüddür. Çünki gedişat rus ordusunun müqavimət gücünü sürətlə itirdiyini və bütün alətlərin sıradan çıxdığını göstərir.
Prezident Putinin xarici ölkə vətəndaşlığını qəbul etmiş rusları orduya dəvət etməsi barədə fərmanı da demoralizasiyadan xəbər verir.../“AzPolitika.info” /

Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər:
Həmçinin oxuyun:
12 saylı Cəzaçəkmə Müəssisəsi sap, pambıq alır, yoxsa “pambıqla baş kəsir..”
Elman Rüstəmovdan güc alan, maraqlar konfliktində mərkəz olan “Şapka Mamed”lə bağlı İLGİNC FAKTLAR
Dünyanın "qapıları" Rusiyanın üzünə bərk-bərk qapadılıb: Putin "G-20" zirvəsinə qatılmağa niyə risk etmədi
“VƏZİYYƏT MÜRƏKKƏBDİR, QARABAĞDA TƏXRİBATLAR GÖZLƏNİLİR!” - “Ermənistan sülhü deyil, köhnə siyasəti davam etdirməyi seçir”
Soçidə daha çox Rusiyanın taleyi həll olundu... - NƏ BAŞ VERİR?