» » TƏBİB-dən əcaib-qəraib təyinat: Beyləqan xəstəxanasında biologoya müəlliməsi necə laborant-həkim işləyir?

TƏBİB-dən əcaib-qəraib təyinat: Beyləqan xəstəxanasında biologoya müəlliməsi necə laborant-həkim işləyir?

TƏBİB-dən əcaib-qəraib təyinat: Beyləqan xəstəxanasında biologoya müəlliməsi necə laborant-həkim işləyir?
Siyasət
13:07, 07 декабрь 2023
108
0
Dəfələrlə Beyləqan rayon mərkəzi xəstəxanasında baş verən qanunsuzluqlardan, işə götürülən işçilərlə bağlı düzgün təyinat aparılmaması, yəni Əlinin papağını Vəli, Vəlinin də papağını Əli başında gəzdirilməsindən yazmışıq. Yazmışıq ki, Beyləqan Mərkəzi Rayon xəstəxanasına götürülən kiçik tibb personalı və texniki işçilərlə bağlı işə qəbul proseduru və təyinatlar düzgün aparılmır.
Əksər işçilərin ştat üzrə adları kiçik tibb bacısı – xadiməçi, hətta qeydiyyatçı, porter (xəstə baxıcısı) və sair göstərilsə də, ancaq onlar tamam fərqli işlərdə çalışırlar. Yalnız yuxarıdan yoxlama gələrsə, o halda yerlərində görünürlər vəssalam.
Bu günləri isə Beyləqan rayon xəstəxanasıda ixtisasça biologiya müəlliməsi olan Əlizadə Leylaxanımın laboratoriya şöbəsində laborant-həkim işlədiyi məlum olub. Bu xüsusda RealMedia.az-a verilən məlumatlara görə, ixtisasça biologiya müəlliməsi olan Leylaxanım xanım ixtisası üzrə məktəblərdə iş tapmadığından, daha doğrusu müəllimlərin işə qəbulu üzrə müsabiqədən keçə bilmədiyindən hansısa yolla Beyləqan rayon xəstəxanasının lobarotoriya şöbəsində laborant-həkim olaraq fəaliyyətə başlayıb. İxtisasça müəllimə olan birinin xəstəxanın- qanın ümumi analizi şöbəsində həkim və ya mütəxəssis kimi çalışması işçilər arasında haqlı söz-söhbətə səbəb olub. Bildirilir ki, laborant-həkimlər var ki, onlar xəstəxanada işlə təmin olunmurlar.
Biz biologiyanın yer üzərindəki bitkilər, canlılar haqqında bir elm olduğunu yaxşı bilirik. Adətən şahidi olmuşuq ki, biologiya ixtisası üzrə təhsil alan və bu elmə sahib olanların müəllim işləməsələrdə, ETSN-də çalışırlar. Yəni ixtisaslarına uyğun sahədə. İlk dəfədir ki, bir bioloqçunun xəstəxanada həkim və ya lobarotoriya şöbəsində mütəxəssis kimi işləməsinin canlı şahidi oluram.
Görünür ki, Beyləqan rayon xəstəxanasında imkanlar genişləndikcə ayrıca bir bioloqa da ehtiyac yaranıb. Yəqin ki, Beyləqan xəstəxanası yeni kəşflər yaratmaq istəyir. Buna görə də insanların qan nümunələri ilə heyvanların qan nümunələri üzərində ümumi analiz aparıb uyğun nəticə əldə edərək bir-birləri ilə əvəz edilməsinə cəhd göstərir. Yox, əgər belə deyilsə, mən yalnış düşünürəmsə, onda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Beyləqan rayon xəstəxanasının lobarotoriya şöbəsinin qapısını qıfıllamalı, bir bioloqun hansı zərurətdən dolayı xəstəxanada işə götürülməsini, kimlər tərəfindən götürüldüyünü, nə məqsədlə götürüldüyünü, laboratoriyada nə işlər çevirdiyini dəqiqləşdirməlidir.
Görünür, Beyləqan rayon xəstəxanasının rəhbərliyi bir bioloqçunu işə götürməklə xəstəxananı heyvanlar aləmi ilə dəyişik salıb.
P.s. Qeyd edək ki, Beyləqan rayon xəstəxanasında kifayət qədər ali və orta ixtisas təhsilinə malik tibb işçiləri var ki, onlar sertifikasiyaya cəlb olunmayıblar. Bu isəonu deməyə əsas verir ki, Beyləqan rayon xəstəxanasında dövlətin qoyduğu tələblərə bəzi həkimlər əməl etmirlər. Vurğulayaq ki, qanunvericiliyə uyğun olaraq, praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan ali və orta ixtisas təhsilinə malik tibb mütəxəssisləri peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün 5 ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan keçməyən və keçməkdən imtina edən həkimlərin çalışdıqları müəssisə rəhbərliyi üçün də inzibati xəta doğrurur. Hər bir həkim sertifikasiyasız çalışmağın risk olduğunu bilməlidir. Hər bir həkim özlüyündə bilməlidir ki, sertifikatsız çalışmaq risk faktorudur.
Bununla bağlı növbəti yazımızda geniş mövzu açacağıq.
RealMedia.az
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxın