» » Teymur Hacıyev: Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır

Teymur Hacıyev: Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır

Teymur Hacıyev: Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Siyasət
13:34, 20 ноябрь 2023
65
0
Alim Babayev: Ermənistana və havadarlarına ciddi mesaj

Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev - Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etdi. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi işğaldan azad edildi. Azərbaycan Ordusu 3 il əvvəl Ermənistanın başladığı müharibədə misilsiz qəhrəmanlıq göstərərək mənfur işğalçları diz çökdürdü. İşğaldan azad olunan torpaqlar arasında qədim Ağdam da vardı. Tarixi Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı. 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medal təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunub. Azərbaycanın qədim ərzilərindən olan və əsası 1930-cu ildə qoyulan Ağdam 1993-cü ildə iyulun 23-də ərazisinin 73 faizi daxil olmaqla erməni vandalları tərəfindən işğal olunmuşdu. Bu illər ərzində işğalçılar Ağdamda coğrafi ərazi adlarını dəyişdirmiş, şəxsi və ictimai mülkiyyəti talan etmiş, əraziləri yandıraraq beynəlxalq insanlığa və bəşəriyyətə qarşı anti-insani varvarlıq həyata keçirmişdir. İkili standartlar nəticəsində torpaqlarımız, o cümlədən Ağdamın ərazisi 30 ilə yaxın müddətdə işğal altında qaldı. Ermənilərin işğal altında olan Azərbaycan ərazilərindəki vəhşiliyini, qəddarlığını görən xarici və yerli jurnalistlər Ağdamı Qafqazın Xirosiması adlandırıblar. Bir sözlə, bu gün işğaldan azad olunmuş Ağdam və digər əbədi-əzəli Azərbaycan torpaqları erməni vandalizminin şahididir.
Bu gün Ağdamın xarabalıqları üzərində müasir şəhər tikilir, mədəni-dini abidələr, yaşayış evləri bərpa edilir, rayonun işğaldan azad edilən üç kəndində - Xıdırlı, Kəngərli və Sarıcalıda yenidənqurma başlanılıb. Qeyd edək ki, ötən il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfərləri zamanı hər üç kəndin təməlqoyma mərasimində iştirak ediblər.
Azərbaycan Respublikasının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata-baba yurdlarından didərgin salınmış soydaşlarımızla keçirdiyi çoxsaylı görüşlərində, yeni şəhərciklərin açılışı tədbirlərində deyirdi ki, yeni salınan qəsəbələr müvəqqəti yaşayış yeridir. Torpaqlar işğaldan azad olunandan sonra Füzulidə, Ağdamda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Şuşada daha gözəl evlərin tikiləcəyini, daha gözəl şərait yaradılacağını deyən möhtərəm Prezidentimiz verdiyi vədi layiqincə yerinə yetirdi. Bəli, artıq bu gün keçmiş məcburi köçkünlərimiz qürurla , böyük təntənə, şadlıqla doğulub boya-başa çatdıqları əbədi-əzəli doğma ata-baba yurdlarına qayıdırlar. Prezident İlham Əliyev 2021-ci ilin ilin mayın 28-də Respublika Günündə Ağdama səfəri zamanı demişdir: “Biz elə bir şəhər, elə elə bir Ağdam quracağıq ki, bütün dünyaya nümunə olacaqdır”. Bəli, bu gün bütün dünya güclü və qalib Azərbaycanı tanıyır. Azərbaycan qədim, əzəli torpaqlarını işğalçılardan azad etməklə bütün dünyaya bir daha bəyan etdi: Qarabağ Azərbaycandır!
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxın