Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib-Fotolar
---

Ankarada Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının (TDHİT) iclası keçirilib.
“2026-cı ildə TDHİT-yə üzv dövlətlərdə işçilərin sosial-iqtisadi vəziyyəti və bu istiqamətdə həmkarlar ittifaqlarının qarşısında duran vəzifələr” mövzusunda keçirilən iclasda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti də iştirak edib.
Türkiyə İşçi Həmkarlar İttifaqları Konfederasiyasının sədri, TDHİT-nin prezidenti Ərgün Atalayın sədrlik etdiyi iclasda Təşkilatın 2026-cı il üzrə fəaliyyətinin yekunları, üzv dövlətlərdə işçilərin sosial-iqtisadi vəziyyəti, təşkilati məsələlər, eləcə də 2027-ci il üçün iş planı müzakirə olunub.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, TDHİT-nin vitse-prezidenti Sahib Məmmədov çıxışında dövlət başçılarının siyasi iradəsi sayəsində ölkələrimiz arasında əlaqələrin son illərdə daha da genişləndiyini, müxtəlif sahələrdə əməkdaşlığın dinamik inkişaf etdiyini deyib.
Konfederasiya sədri həmçinin Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri, məşğulluğun artırılması, sosial müdafiə mexanizmləri, eləcə də əmək hüquqlarının müdafiəsi və həmkarlar ittifaqlarının bu sahədə fəaliyyəti barədə məlumat verib.
Çıxışda rəqəmsallaşma və süni intellektin əmək münasibətlərinə təsiri, bu dəyişikliklərə uyğun yeni bacarıqların inkişaf etdirilməsi, beynəlxalq həmrəyliyin möhkəmləndirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi diqqətə çatdırılıb.
Konfederasiya sədri TDHİT-yə üzv təşkilatların fəaliyyətinin əlaqələndirilməsinin, ortaq maraq doğuran məsələlər üzrə vahid yanaşmanın formalaşdırılmasının və beynəlxalq əməkdaşlıq çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayıb.
İclasda gündəlikdəki məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Qeyd edək ki, Ankarada TDHİT-nin yeni inzibati binasının da açılışı olub. Açılış mərasimində çıxış edənlər binanın istifadəyə verilməsini türk dünyası həmkarlar ittifaqı hərəkatında birliyin və qarşılıqlı etimadın göstəricisi kimi dəyərləndiriblər. Yeni binada genişmiqyaslı tədbirlərin təşkili, işgüzar görüşlərin keçirilməsi və əməkdaşların səmərəli fəaliyyəti üçün müasir tələblərə uyğun şərait yaradılıb.
Sonra üzv təşkilatların rəhbərləri bina ilə tanış olublar.







Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər:
Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib-Fotolar
Münasib Qurbanov: İlham Əliyev – Milli Ləyaqəti Ucaldan, Azərbaycanın Tarixi Qürurunu Dünyaya Nümayiş Etdirən Prezident
Əfqan Xudaverdiyev: İlham Əliyev – Azərbaycanın Gücünü, Qürurunu və Gələcəyini Birləşdirən Tarixi Şəxsiyyət
Cəmaləddin Rüstəmov – Notarius peşəsinin dəqiqlik və etimad məsuliyyəti
Günay Ağamalı – İnsan duyğusundan ictimai məsuliyyətə uzanan fəaliyyət yolu
Həmçinin oxuyun:
Eldar Əzizov: “Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
Bakıda “İqlim dəyişikliyi üzrə həmkarlar ittifaqlarının fəaliyyəti” mövzusunda konfrans keçirilib -Fotolar
Eldar Quliyev: “Heydər Əliyev İli başa çatsa da, Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək”
Eldar Quliyev: “Heydər Əliyev İli başa çatsa da, Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək”
İslam İsmayılov : Zəfər zirvəsinə yüksələn qəhrəmanlar
