Kamaləddin Qafarov: “Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir”
---

“Dövlətlərin gücü təkcə iqtisadi və ya hərbi imkanları ilə deyil, ilk növbədə suverenliyini tam təmin etmək bacarığı ilə ölçülür.”
Bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata açıqlamasında deyib.
O, vurğulayıb ki, suverenlik xalqın öz taleyini müstəqil müəyyənləşdirməsi, dövlət hakimiyyətinin ölkənin bütün ərazisində maneəsiz həyata keçirilməsi və beynəlxalq münasibətlərdə bərabərhüquqlu tərəf kimi çıxış etməsi deməkdir. “Məhz bu baxımdan 20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixində xüsusi siyasi və hüquqi məna daşıyan əlamətdar tarixdir. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə təsis olunan Dövlət Suverenliyi Günü onilliklər boyu davam edən mübarizənin məntiqi yekununu ifadə edir. Sərəncamda qeyd olunduğu kimi, Azərbaycan xalqı bütün çətinliklərə, işğala və məhrumiyyətlərə baxmayaraq, dövlətçilik əzmini heç vaxt itirməmiş, ərazi bütövlüyünü və suverenliyini şəhidlərimizin qanı, qəhrəman əsgər və zabitlərimizin şücaəti hesabına bərpa etmişdir. Bu gün həmin nailiyyət milli sərvət kimi qiymətləndirilir.”
Millət vəkili bildirib ki, otuz ilə yaxın davam edən işğal dövrü beynəlxalq hüququn kobud şəkildə pozulmasının bariz nümunəsi idi: “Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal altında saxladı, etnik təmizləmə siyasəti həyata keçirdi, yaşayış məntəqələrini dağıtdı, tarixi-mədəni irsi məhv etdi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin icra olunmaması göstərirdi ki, beynəlxalq mexanizmlər problemin həllində nəticə vermir. Buna baxmayaraq, dünya birliyi həmin əraziləri hüquqi baxımdan Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyırdı. 2020-ci ildə Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. Qırx dörd gün ərzində işğal altındakı torpaqların böyük hissəsi azad edildi və ölkəmiz BMT Təhlükəsizlik Şurasının uzun illər icra olunmayan qətnamələrinin həyata keçirilməsini öz gücü ilə təmin etdi. Bu Zəfər dövlət suverenliyinin bərpasına aparan yolun ən mühüm mərhələsi idi. Sonrakı dövrdə Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın öz sərhədləri üzərində nəzarət hüququnu praktik şəkildə təmin etdi. Nəhayət, 2023-cü il sentyabrın 19-da həyata keçirilən və cəmi 23 saat 43 dəqiqə davam edən antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələr tərk-silah edildi, separatçı rejim ləğv olundu və ölkəmizin bütün ərazisində Konstitusiya quruluşu tam bərpa edildi. Prezident İlham Əliyevin Qarabağ Universitetindəki çıxışında qeyd olunduğu kimi, dövlət suverenliyinin tam bərpası Azərbaycanın gücünü və beynəlxalq hüququn üstünlüyünü bir daha nümayiş etdirdi. Bu gün ölkəmiz tam suveren dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoyur. Dövlət Suverenliyi Günü isə təkcə tarixi hadisənin xatirəsi deyil, milli birliyin, güclü dövlətçiliyin və gələcək inkişaf strategiyasının rəmzidir.”
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər:
Kamaləddin Qafarov: “Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir”
Kamaləddin Qafarov: “ Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir”
Münasib Qurbanov: İlham Əliyev – Azərbaycanın Taleyini Öz Əlləri ilə Yazdığı Dövrün Prezidenti
Rafiq Zülfüqarov: İlham Əliyev – Azərbaycan Tarixində Sözünü Nəticələrlə Deyən Prezident
Müslim Mahmudov: Azərbaycanın Yeni Güc Formulu - İlham Əliyevin Qətiyyəti, Xalqın Birliyi, Dövlətin Zəfəri
Həmçinin oxuyun:
Eldar Əzizov: “Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
Razim müəllim: “Xalqın etimadını doğruldan, dünyaya Azərbaycan qadınının obrazını tanıdan şəxsiyyət”
Eldar Quliyev: “Heydər Əliyev İli başa çatsa da, Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək”
İslam İsmayılov : Zəfər zirvəsinə yüksələn qəhrəmanlar
Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin təşəbbüsü ilə "Unutmadıq, unutmarıq" adlı tədbir keçirilib
