» » Rəşad İsayev: Şuşanın azad edilməsi tariximizin parlaq səhifəsidir

Rəşad İsayev: Şuşanın azad edilməsi tariximizin parlaq səhifəsidir

Rəşad İsayev: Şuşanın azad edilməsi tariximizin parlaq səhifəsidir
Siyasət
10:57, 18 май 2024
123
0


Binəqədi qəsəbə bələdiyyəsinin sədri əvəzi Rəşad İsayev - 90-cı illərin əvvəllərindən başlayaraq Azərbaycanda yaranmış xaos və özbaşınalıqdan istifadə edən mənfur düşmənlərimiz Qarabağda dinc əhaliyə qarşı ixtişaşlar törədərək ölkəmizin ərazisinin 20%-dən çoxunu işğal etmişdir. Həmin illərdə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə dəvət edilmişdir. O dövrdə Azərbaycanın çətin vəziyyətdə olduğunu və gündən-günə torpaqlarımızın işğal olunması təhlükəsinin daha da artdığını görən ulu öndər Heydər Əliyev xalqın çağırışına cavab verərək yenidən ölkəmizə rəhbərlik etməyi, Azərbaycanı bu çətin vəziyyətdən çıxarmağı öz üzərinə götürmüşdür. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ilk öncə dərin siyasi zəkası ilə ölkədə özbaşınalıq və xaosun qarşısını alaraq sabitlik yaratmış və nizami ordu quruculuğuna xüsusi diqqət ayırmışdır. Həmən dövrdən başlayaraq ölkəmiz dayanıqlı inkişafa qədəm qoymuş və bu gün zəfərləri ilə fəxr etdiyimiz Azərbaycan ordusunun təməlinin qoyulması ulu öndər Heydər Əliyevin rəhbərliyi dövrünə təsadüf edir.
Sonrakı dövrdə Azərbaycan həm daxildə iqtisadi inkişaf yolunu keçmiş, həm də ordu quruculuğuna xüsusi diqqət ayırmışdır. Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünya təcrübəsi qazanaraq ən müasir silahlarla təmin olunmuşdur. Cənab Prezidentin regionda sülhün yaranması və torpaqlarımızın işğaldan azad olunması istiqamətində müxtəlif beynəlxalq təşkilatlar qarşısında məsələlər qaldırmasına baxmayaraq düşmənlərimiz işğal etdikləri torpaqları tərk etməmiş və yeni torpaqlarımızı işğal etmək üçün müxtəlif təxribatlar törətmişdir. Nəhayət ki, 27 sentyabr 2020-ci il tarixdə düşmənin növbəti təxribatının qarşısı almaq üçün Müzəffər Ali baş Komandan İlham Əliyev ordumuza əks hücum əmri vermişdir. Bununla da 44 gün davam edən Vətən müharibəsinin nəticəsində ordumuz torpaqlarımızı işğaldan azad edərək Azərbaycan xalqının daimi fəxr edəcəyi tarixi zəfərə imza atmışdır.   
Prezident İlham Əliyev cari ilin 10 may tarixində Şuşa şəhərinə səfəri zamanı böyük qayıdış proqramına uyğun olaraq Şuşa şəhərinə köçmüş ilk sakinlərlə görüşmüşdür. Görüş zamanı Prezident İlham Əliyev Şuşalıları öz doğma torpaqlarında salamlayaraq qeyd etmişdir ki, otuz iki ildən sonra siz doğma Şuşaya qayıdırsınız. Bu gözəl tarixi hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm: “Siz otuz iki il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim.
Biz hazırlaşırdıq, ölkəmizi gücləndirirdik, iqtisadiyyatımızı gücləndirirdik, güclü ordu potensialı yaradırdıq. Ən önəmlisi gənc nəsli - bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən - yetişdirirdik və yetişdirdik. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar mənim əmrimlə 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Bugünkü günə görə biz onlara borcluyuq, şanlı Ordumuza borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq, şəhidlərimizə, qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi. Mənfur düşmən düzgün hesablamalar aparmamışdır. Özlərini özlərinin uydurduqları miflərə o qədər inandırmışdılar ki, hesab edirdilər bizim torpaqlarımızı əbədi işğal altında saxlaya biləcəklər. Onların arxasında duran havadarları - böyük dövlətlər onlarda bu əminliyi daha da gücləndirmişdilər. Ancaq biz əmin idik, bilirdik ki, gün gələcək və biz öz doğma torpaqlarımıza qayıdacağıq. Uzun illər mən Prezident kimi çalışırdım ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun və mənim fəaliyyətim göz qabağındadır, onlarla, bəlkə də yüzlərlə görüşlər keçirilmişdir, danışıqlar aparılmışdır. Amma heç bir nəticə olmamışdır. Nə üçün?! Çünki Ermənistan, bir daha demək istəyirəm, bizim torpaqlarımızı əbədi işğal altında saxlamaq istəyirdi. Onların arxasında duran, guya ki, vasitəçilik edən ölkələr isə bu işğalı əbədi etmək istəyirdilər.
44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək. 44 gün ərzində biz hər gün irəli gedirdik. Ermənistan ordusundan fərqli olaraq bir nəfər də olsun hərbçimiz döyüş meydanını tərk etməmişdir. Onların özlərinin etiraflarına görə 12 minə yaxın fərarisi olmuşdur. Bizim əsgər və zabitlərimiz hər gün irəli gedirdilər və müharibənin birinci günündə əldə olunmuş qələbə - bir neçə kəndin azad edilməsi sonuncu günə qədər davam etdi və 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı. Düşmən artıq anlamışdır ki, daha müqavimət göstərmək iqtidarında deyil və ondan sonra kapitulyasiya aktına imza atmışdır, faktiki olaraq təslim olmuşdur. Biz də o vaxt müharibəni dayandırdıq. Çünki müharibənin ilk günlərindən mən bəyan edirdim ki, düşmən bizə tarix versin, torpaqlarımızdan nə vaxt çıxacaq və o təqdirdə biz müharibəni dayandırmağa hazırıq.”
Bəli Prezident İlham Əliyev öz çıxışında müharibənin gedişi ilə bağlı bütün detalları Şuşa sakinlərinə bildirmişdir. Bununlada biz 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında ordumuzun qələbəsi ilə yanaşı beynəlxalq siyasi arenada da bütün təzyiqləri dəf edən Liderimiz gücünə şahid olduq.
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxın