Qobu yolunda qanunsuz tikinti xaosu – məsul qurumlar niyə susur?! FOTO/VIDEO FAKT
Hadisə

Qaynarxeber.az xəbər portalında daxil olan məlumata əsasən Abşeron rayonu, Qobu qəsəbəsi, xüsusilə Qobu yolunun üzərində son dövrlər sürətlə artan fərdi yaşayış evlərinin tikintisi ciddi suallar doğurur. Bu tikililərin hansı əsaslarla aparıldığı, kimlər tərəfindən maliyyələşdirildiyi və ən əsası, dövlət qurumlarının bu prosesdən xəbərdar olub-olmadığı cəmiyyət üçün qaranlıq qalmaqdadır. Görünən odur ki, burada ya açıq-aşkar qanunsuzluq var, ya da hansısa “görünməyən əl” bu tikintilərə himayədarlıq edir.
Əgər bu tikililər qanuni əsaslarla aparılırsa, bəs niyə onların sənədləri, icazələri, layihələri ictimaiyyətə açıqlanmır? Niyə ərazidə tikinti normalarına əməl olunub-olunmadığına nəzarət edilmir? Bu qədər sürətlə və plansız şəkildə aparılan tikinti işləri gələcəkdə ciddi infrastruktur problemlərinə, təhlükəsizlik risklərinə səbəb ola bilər. Bu isə artıq təkcə yerli məsələ deyil, ümumrespublika səviyyəsində diqqət tələb edən problemdir.
Burada ən ciddi suallardan biri də Abdin Fərzəliyev və rəhbərlik etdiyi Abşeron Rayon İcra Hakimiyyətinin mövqeyidir. Bu qədər genişmiqyaslı tikinti işlərindən icra strukturlarının xəbərsiz olması inandırıcı görünmür. Əgər xəbərdardırsa, bəs niyə tədbir görülmür? Əgər xəbərsizdirsə, bu, idarəetmədə ciddi boşluqların göstəricisidir.
Eyni sual Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üçün də keçərlidir. Tikinti təhlükəsizliyi, yanğın normaları, fövqəladə vəziyyət riskləri kimi məsələlər birbaşa bu qurumun səlahiyyətinə daxildir. Bu qədər nizamsız tikinti fonunda FHN-in hər hansı monitorinq aparmaması, rəy bildirməməsi cəmiyyətdə haqlı narazılıq yaradır.
Qobu yolunun ətrafında baş verənlər sadəcə tikinti məsələsi deyil – bu, həm də hüququn aliliyinin sınağıdır. Əgər qanunsuz tikinti varsa və buna göz yumulursa, bu, dövlətin qanunlarının selektiv tətbiqi anlamına gəlir. Bu isə vətəndaşlar arasında ədalətsizlik hissini gücləndirir və ictimai etimadı sarsıdır.
Digər tərəfdən, belə tikililərin arxasında kimlərin dayandığı məsələsi də açıq qalır. Sadə vətəndaşın bu miqyasda tikinti aparması real görünmür. Bu isə “himayədar qüvvələr” məsələsini gündəmə gətirir. Əgər doğrudan da belə qüvvələr varsa və onlar qanunlardan üstün tutulursa, bu, artıq korrupsiya və özbaşınalığın açıq təzahürüdür.
Ən narahatedici məqam isə budur ki, bütün bu proseslər ictimaiyyətin gözü qarşısında baş verir, lakin rəsmi qurumlar ya susur, ya da passiv mövqe nümayiş etdirir. Bu susqunluq isə sualları daha da artırır: kim qorunur? kimə toxunulmur? və niyə?
Artıq zamanıdır ki, aidiyyəti qurumlar bu məsələyə aydınlıq gətirsin. Hər bir tikintinin hüquqi əsasları yoxlanılmalı, qanunsuz hallara qarşı dərhal tədbir görülməlidir. Əks halda, bu gün Qobu yolunda baş verənlər sabah ölkənin digər bölgələrində də təkrarlanacaq.
Cəmiyyət isə susmayacaq. Bu məsələ diqqətdə saxlanılacaq və daha geniş faktlarla ictimaiyyətə təqdim olunacaq. Çünki qanun hamı üçün eyni olmalıdır – istər sadə vətəndaş, istərsə də “himayədar qüvvələr” üçün.
Video - şərhsiz


Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər:
Ruslan müəllim: Heydər Əliyev – Zamanın sınağından keçmiş dövlətçilik məktəbi və Azərbaycanın dirçəliş yolunun başlanğıcı
Seymur Musayev: Heydər Əliyev – Dövlətçilik düşüncəsinin yeni mərhələsini yaradan lider və Azərbaycanın yüksəliş yolunun əsas memarı
Dövlətə Sədaqətin və İctimai Xidmətin Parlaq Nümunəsi – Eldar Quliyev
Təhsilin işığında formalaşan dəyərlər: Mehparə Mustafayevanın nümunəvi idarəçilik yolu
Tərtərdə abadlıq, sosial həmrəylik və dövlətçilik dəyərlərinin nümunəvi təcəssümü
Həmçinin oxuyun:
Azərbaycan Orta Dəhliz layihəsində söz sahibidir.
“İRANLA AZƏRBAYCAN ARASINDA GƏRGİNLİK ARTACAQ, MÜNASİBƏTLƏR KƏSKİNLƏŞƏCƏK...” - “Bu addımları atsaq, Tehran rejimi Azərbaycana heç nə edə bilməz...”
12 saylı Cəzaçəkmə Müəssisəsi sap, pambıq alır, yoxsa “pambıqla baş kəsir..”
“VƏZİYYƏT MÜRƏKKƏBDİR, QARABAĞDA TƏXRİBATLAR GÖZLƏNİLİR!” - “Ermənistan sülhü deyil, köhnə siyasəti davam etdirməyi seçir”
Soçidə daha çox Rusiyanın taleyi həll olundu... - NƏ BAŞ VERİR?
