İqtisadi sahədə görüləcək işlərlə bağlı konkret təkliflər var
---

2025-ci ildə Azərbaycan və Çexiya arasındakı ticarət dövriyyəsi 814 milyon dollar olub. Ötən il Azərbaycandan Çexiyaya 745 milyon dollarlıq mal ixrac edilib. Hazırda Çexiya Azərbaycanın 6-cı, Avropa İttifaqında isə 4-cü ən böyük ixrac tərəfdaşıdır. Ölkələr arasında enerji sahəsində möhkəm əməkdaşlıq qurulub. İki ölkənin iş adamlarının iştirakı ilə biznes-forumun keçirilməsi ikitərəfli iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanlar deməkdir. Bu eyni zamanda ölkələr arasında ticarət, dövriyyəsinin növbəti illərdə daha da artırılacağından xəbər verir. Qeyri-neft-qaz sahəsində əməkdaşlığın gücləndirilməsi əsas prioritetlərdəndir. 2026-cı ilin ilk rübünə dair açıqlanan 195,7 milyon dollarlıq ticarət dövriyyəsi göstəricisi əməkdaşlığın cari ildə də stabil və davamlı olacağını proqnozlaşdırmağa imkan verir. Bu rəqəm göstərir ki, qlobal iqtisadi dalğalanmalara baxmayaraq, iki ölkə arasında tədarük zənciri qorunub saxlanılır.
Çexiya şirkətlərinin Azərbaycandakı fəaliyyəti çoxşaxəliliyi ilə seçilir. Nəqliyyat sektorunda dəmir yollarının modernləşdirilməsi, kənd təsərrüfatında müasir suvarma və emal texnologiyalarının tətbiqi, tikinti sektorundakı infrastruktur layihələri Çexiya biznesinin Azərbaycan bazarındakı güclü mövqeyini təmin edir. "Tatra" markalı yük maşınlarının Azərbaycanda yığılması layihəsi də ikitərəfli sənaye kooperasiyasının ən uğurlu və simvolik nümunələrindən biri hesab olunur. Gəncə Avtomobil Zavodu ilə yaradılan bu tərəfdaşlıq modelinin uğuru gələcəkdə digər ağır sənaye və maşınqayırma sahələrində də analoji layihələrin həyata keçirilməsi üçün presedent yaradır. Bu həm də Azərbaycanın regionda logistik qovşaq kimi imkanlarını genişləndirərək, istehsal olunan texnikanın üçüncü ölkələrə ixracı perspektivini gündəmə gətirir.
İki ölkə arasında hərbi sahədə də əməkdaşlıq diqqətdən kənarda qalmır. Aprelin 24-də Azərbaycan və Çexiya Müdafiə nazirlikləri arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb. Bu, iki ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə daşıyır. Bu sənəd tərəflər arasında hərbi-texniki tərəfdaşlığın hüquqi bazasını möhkəmləndirməklə yanaşı, birgə fəaliyyət üçün konkret yol xəritəsini müəyyənləşdirir.
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər:
İqtisadi sahədə görüləcək işlərlə bağlı konkret təkliflər var
SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir
Kamaləddin Qafarov: “ Azərbaycan-Çexiya tərəfdaşlığında yeni mərhələ başlayır”
Qalmaqallı uşaq bağçasında şok iddialar və məsələnin əsli ortaya çıxdı
Emin Hüseynov: Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin memarı və milli dirçəlişin sarsılmaz dayağı
Həmçinin oxuyun:
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Qərbi Azərbaycana qayıdışla bağlı görüləcək işlər dövlətimiz üçün prioritet istiqamətdir.
Azərbaycan Orta Dəhliz layihəsində söz sahibidir.
“Manatın möhkəmləndirilməsi iqtisadiyyat dünyasının ən absurd qərarı olar” - EKSPERT
Tural Hüseynli : Yeni iqtisadi inkişaf modeli - Azərbaycanı nə gözləyir...
