Müşfiq müəllim: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının güclənməsinə böyük töhfələr verir”

Gündəm / Siyasət

“İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü öz işinə başlayıb. Məlumdur ki, Azərbaycan ECO-ya üzv ölkələrlə həm təşkilat daxilində, həm də ikitərəfli formatda əlaqələrinin genişləndirilməsini hər zaman xüsusi diqqət mərkəzində saxlayır. Bu məqsədlə ölkəmiz mütəmadi olaraq təşkilat daxilində bir çox sahələrdə səmərəli təklif və təşəbbüslərlə çıxış edir.”
Azərbaycan artıq üçüncü dəfədir ECO-nun Zirvə görüşünə ev sahibliyi edir. “Əvvəlki iki zirvə görüşü 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirilmişdir. Şübhəsiz, Azərbaycanın ECO-nun Zirvə Toplantılarına ev sahibliyi etməsi də ölkəmizin təşkilatda fəallığının bir göstəricisidir. Öz çıxışında cənab Prezident İlham Əliyev vurğuladı ki, bugünkü Zirvə görüşünün məhz Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistan işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə keçirilmiş ECO-nun Nazirlər Şurası, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşü və Laçında bu ilin may ayında keçirilmiş Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşü işğaldan azad olunmuş şəhərlərimizin beynəlxalq nüfuzunun yüksəlməsini təmin edən mötəbər tədbirlərdir.”
Müşfiq müəllim İqtisadi Əməkdaşlıq Təşkilatının beynəlxalq nüfuzunun yüksəlməsi istiqamətində Azərbaycanın çalışma və səylərinin, eləcə də bu sahədə əldə olunan uğurların ECO-ya üzv ölkələrin diqqətindən kənarda qalmadığını da qeyd edərək deyib: “İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan yalnız öz inkişafını deyil, həm də qonşu və tərəfdaş xalqların rifahını düşünən, əməkdaşlıq yaradan bir ölkədir. Sammit çərçivəsində müzakirə edilən dayanıqlı inkişaf, regional əməkdaşlıq və iqlim məsələləri kimi mövzular da Azərbaycanın müəyyən olunmuş prioritetlərinə son dərəcə uyğundur. Demək olar ki, bu istiqamətlərdə Azərbaycan müasir beynəlxalq gündəliyə ən çox töhfələr verən ölkələrdən biridir. Bu baxımdan keçən il tarixdə ilk dəfə olaraq ECO məkanında keçirilmiş COP29 konfransına ölkəmizin sədrliyi xüsusi qeyd olunmalıdır. Azərbaycanın təşəbbüsü ilə bu il ilk dəfə ECO Həftəsi keçirilir. Şuşada ECO-nun Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu təşkil edilmişdir. Hazırda ECO-nun Azərbaycanda yerləşəcək Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasının təmin edilməsi istiqamətində işlər davam edir. Əlbəttə ki, bütün bunlar həm İqtisadi Əməkdaşlıq Təşkilatının güclənməsinə, həm beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir. Diqqətəlayiq haldır ki, ECO-ya üzv ölkələr tərəfindən Azərbaycanın bu kimi təşəbbüsləri yüksək qiymətləndirilir və dəstəklənir”.
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər:
"Haqqın, həmrəyliyin və təhsilin səsi" – Xudaverdi Əliyevin Sumqayıtda həmkarlar ittifaqı mədəniyyətini yüksəldən fəaliyyəti
"Şəhər təkcə daşdan tikilmir" – Qaradağda şəhərsalma mədəniyyətini formalaşdıran idarəçi
Səbir, məsuliyyət və insan sevgisi ilə inşa olunan bir sağlamlıq qalası – Şahlar Hüseynovun Beyləqan səhiyyəsinə verdiyi dəyərli töhfələr
Un və iqtisadi düşüncənin kəsişdiyi uğur modeli – “Bərdə-Çörək” ASC-yə dəyər qatan Məhərrəm Şəfiyevin rəhbərlik vizyonu
Dövlətçilik ənənəsinə sədaqət, idarəçilikdə peşəkarlıq – Baş nazirin köməkçisi Əhməd Əhmədzadənin məsuliyyətli xidmət yolu
Həmçinin oxuyun:

Elşad Abdullayev: Birlik, sülh və əməkdaşlıq

Eldar Quliyev: “Heydər Əliyev İli başa çatsa da, Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək”

Eldar Quliyev: “Heydər Əliyev İli başa çatsa da, Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək”

İslam İsmayılov : Zəfər zirvəsinə yüksələn qəhrəmanlar

Azərbaycan Orta Dəhliz layihəsində söz sahibidir.